Doxsan üçüncü il (fr. Quatrevingt-treize) — Viktor Hüqonun Böyük Fransa inqilabının son günləri haqqında qələmə aldığı axırıncı romanı.
Doxsan üçüncü il | |
---|---|
fr. Quatrevingt-treize | |
Müəllif | Viktor Hüqo |
Janr | tarixi roman[d] |
Orijinalın dili | fransız dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1874 |
Əvvəlki | Gülən adam |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
"93-cü il" romanı demək olar ki, Viktor Hüqonun yaradıcılığına yekun vuran axırıncı böyük əsəridir. Bu roman bir tarixi əsər olmaqdan başqa Viktor Hüqonun ümumi humanist görüşlərinin silsiləsində müəyyən dərəcədə xüsusi bir həlqəyə çevrilmişdir.
Əsər iki dünyagörüşü, tarixə iki baxış və bir-birindən diametral surətdə fərqlənən müxtəlif dəyərlər sistemi arasında olan amansız mübarizədən bəhs edir. Markiz de Lantenak köhnə rejimin mücəssiməsidirsə, onun qardaşı oğlu özündə respublikaçıların inqilabi ideyalarını və yeni dövrü əks etdirir. Romanda, həmçinin Fransa İnqilabının üç əsas xadimi – Marat, Danton və Robespyerin də fəaliyyəti barədə söhbət açılıb...
Kitab ilk dəfə 1874-cü ildə Fransada nəşr edilib.
Roman Azərbaycan dilinə ilk dəfə Mikayıl Rəfili tərəfindən rus dilindən tərcümə edilib və 1948-ci ildə Bakıda nəşr edilib.[1]
Nigar Rəfibəyli tərəfindən edilən tərcümə Əkbər Ağayevin ön söz müəllifliyi və redaktorluğu ilə Bakıda, əvvəlcə kiril qrafikalı Azərbaycan əlifbası ilə, daha sonra Əsgər Quliyevin redaksiya heyəti baş redaktorluğu ilə latın qrafikalı Azərbaycan əlifbası ilə 2006-cı ildə Çaşıoğlu nəşriyyatında, 256 səhifədə, "Dünya Ədəbiyyatı" seriyasından, 5000 tirajla[2], 2015 və 2017-ci illərdə isə Bakı Kitab Klubunda 328 səhifədə, 100 tirajla çap edilib.[3]
"Doxsan üçüncü il" romanının azərbaycancası Bakıda Avrasiya Fondunun maliyyə dəstəyilə Azərbaycan Gözdən Əlillər Cəmiyətinin Bakı Tədris Müəssisəsinin Səsyazma studiyasında 2004-cü ildə Danışan kitabxana silsiləsindən səsləndirilib.[4]