"Paris Notrdam kilsəsi" (fr. Notre-Dame de Paris) — rejissor Jan Delannuanın filmi.
Paris Notrdam kilsəsi | |
---|---|
fr. Notre-Dame de Paris | |
Janr | dram |
Rejissor | Jan Delannua |
Prodüserlər |
Robert Akim Reymond Akim |
Əsərin müəllifi | Viktor Hüqo |
Ssenari müəllifləri |
Cin Aurenç Jak Prever Ben Hekt |
Baş rollarda |
Cina Lollobricida Entoni Kuinn |
Operator | Mişel Kelber |
Bəstəkar | Corc Orik |
İstehsalçı | Allied Artists Pictures Corporation |
Distribütor | MOKEP[d], Netflix |
İlk baxış tarixi | 19 dekabr 1956, Fransa |
Filmin növü | bədii film |
Müddət | 115 dəqiqə |
Büdcə | 1 milyon $ |
Gəlir | 2.25 milyon $ (ABŞ)[1] |
Ölkələr |
İtaliya Fransa |
Dil | fransız |
İl | 1956 |
Rəng | rəngli |
IMDb | ID0050781 |
Hadisələr orta əsrlərdə Parisdə baş verir. Qaraçı qızı Esmeralda öz gözəlliyi ilə kişilərin ağlını başından çıxarır. Ona eyni vaxtda Paris Notrdam kilsəsinin keşişi Klod Frollo və müqəddəs atanın yanında işləyən qozbel Kvazimodo aşiq olub. Qız isə Feb ləqəbli alicənab bir adama vurulub və bunu öz ürəyində saxlayır. Keşiş qısqanclıqdan onu yaralayır. Cinayətdə Esmeraldanı günahkar bilirlər və hakimlər qıza asılmaq hökmünü çıxarırlar. Feb onu xilas etmək üçün heç nə etmir, təkcə qozbel Kvazimodo sevdiyi qızın köməyinə gəlir.
Filmin sonunda Esmeralda kilsənin qabağındakı mübarizədə öldürülür. Esmeraldanın son sözü "Həyat gözəldir" olur.