Dreyk (müğənni)

Dreyk (əsl adı: Obri Dreyk Qrem; 24 oktyabr 1986[1][2][…], Toronto, Kanada[5]) — Kanadalı repçi, müğənni. O, populyar musiqi sənayesində nüfuzlu bir şəxs kimi öz adını təsdiqləyib. Çoxları onu müasir hip-hop musiqisinin səsini formalaşdırdığına görə təqdir edir. Dreyk 2001–2008-ci illərdə CTV telekanalının efirində yayımlanan "Degrassi: The Next Generation" serialında oynadığı roluna görə məşhurluq qazanıb. 2006-cı ildə o, "Room for Improvement" adlanan debüt miksteypini buraxaraq musiqi karyerasına başlayıb. "Comeback Season" və "So Far Gone" adlı iki miksteypini təqdim etdikdən sonra 2009-cu ildə Young Money Entertainment şirkəti ilə səsyazma müqaviləsi bağlayıb.[12]

Dreyk
Ümumi məlumatlar
Doğum adı Aubrey Drake Graham[4][5]
Ləqəbləri Champagne Papi[6], Drizzy[7], Young Angel[8][9], 6 God[10], The Boy[11]
Doğum tarixi 24 oktyabr 1986(1986-10-24)[1][2][…] (38 yaş)
Doğum yeri
Uşağı 1[3]
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, müğənni, mahnı yazarı[d], sahibkar, aktyor, musiqi prodüseri, iş adamı, səsləndirmə aktyoru[d]
Fəaliyyət illəri 2001-ci ildən
Janrlar hip-hop[d], pop rep[d], müasir R&B[d], pop musiqisi, trep, drill[d], densholl[d], alternativ R&B[d]
Albom şirkətləri OVO Sound, Republic Records, Epic Records
drakerelated.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dreykin ilk üç studiya albomu: "Thank Me Later" (2010), "Take Care" (2011) və "Nothing Was the Same" (2013) böyük müvəffəqiyyət əldə etmişdir. Albomlara daxil olan sinqllar: "Find Your Love", "Take Care", "Started from the Bottom" və "Hold On, We're Going Home" ABŞ-də musiqi cərgələrinin zirvəsinə yüksəlmişdir.[13] Dreyk "Views" adlanan dördüncü albomunu 2016-cı ildə təqdim etmişdir. Bu albom 13 həftə ərzində Billboard 200 hit-paradına başçılıq edərək onun uğurunu növbəti səviyyəyə qaldırıb. Xüsusilə, albomda yer alan "Hotline Bling" və "One Dance" (WizKid və Kyla ilə) trekləri dünya miqyasında hitə çevrilmişdir.[14][15] Dreyk 2018-ci ildə sayca beşinci olan "Scorpion" adlı 25 trekdən təşkil olunmuş albomunu buraxıb. Alboma daxil olan bu üç sinql müxtəlif musiqi cərgələrinə liderlik edirdi: "God's Plan", "Nice for What" və "In My Feelings". Dreyk 2021-ci ildə altıncı albomu "Certified Lover Boy"-u təqdim etmişdir. Albomda yer alan 9 ədəd mahnı ABŞ-də hit-paradların ilk onluğuna daxil olaraq rekord qırmışdır. Özəlliklə, albomdan ilk sinql olan "Way Sexy" (Future və Young Thug-un iştirakı ilə) hit-paradların birinci sırasında qərarlaşmışdır. Dreyk 2022-ci ildə haus musiqi elementlərini özündə birləşdirən "Honestly, Nevermind" adlanan yeddinci albomunu buraxmışdır. Eyni il 21 Savage ilə birgə hazırladığı "Her Loss" albomunu yayımlamışdır. Dreyk 2023-cü ildə sayca səkkizinci olan "For All the Dogs" albomunu işıq üzünə çıxarmışdır. Albomdan üç mahnı bir nömrə olub: "Jimmy Cooks" (21 Savage ilə), "Slime You Out" (SZA ilə) və "First Person Shooter" (J. Cole ilə).

Dreyk 170 milyondan çox albom sataraq dünyanın ən çox satış edən musiqi sənətçilərindən biri olmağı bacarmışdır. O, ABŞ-də RIAA tərəfindən ən yüksək sertifikatlı rəqəmsal sinql sənətçisi titulunu qazanıb.[16] O, beş "Qremmi", altı "American Music Awards", 39 "Billboard Music Awards, iki "Brit Awards" və üç "Juno Awards" daxil olmaqla çox sayda mükafat qazanıb. Dreykin Billboard Hot 100 cərgəsində birinci pilləyə çatan 13 mahnısı var ki, bu da diqqətəlayiq bir nailiyyətdir. Bununla o, əfsanəvi müğənni Maykl Ceksonla çiyin-çiyinə dayanır, ona görə ki, hər ikisi qrafik tarixində kişi solo ifaçı tərəfindən ən çox hit olan mahnılara sahibdir.[17] Dreyk Hot 100 hit-paradına daxil olan ən çox mahnı sayına görə rekord qırıb, 77 sinqlı ilk onluğa daxil olub, üstəlik 329 mahnısı cərgələrə düşüb.[18]

Obri Dreyk Qrem[19] 1986-cı il oktyabrın 24-də Ontarionun Toronto şəhərində anadan olmuşdur. Atası Dennis Qrem Memfisdən olan afroamerikalı zərb ifaçısıdır və bir vaxtlar Cerri Li Lyuislə birlikdə çıxışlar edib.[20][21] Anası Sandra "Sandi" Qrem isə aşkenazi yəhudisi olan Kanadalıdır, əvvəllər ingilis dili müəllimi və çiçəkçi kimi çalışıb.[22][23][24][25][26] Atası Torontodakı cazklubda musiqi ifa edərkən həmin vaxt orada olan Dreykin anası ilə tanış olmuşdu. Drake həm ABŞ, həm də ki, Kanada vətəndaşıdır. Atası amerikalı olduğu üçün o, avtomatik olaraq ABŞ vətəndaşı olub.[27][28][29] Dreyk uşaq yaşlarında yəhudi inanclarını tədris edən özəl məktəbə getmişdir. O, yəhudilərin bar mitzva adlanan ənənəvi yetkinlik mərasimində də iştirak edib.[30][31]

Dreykin valideynləri o, beş yaşında olarkən ayrılıblar. Valideynləri boşandıqdan sonra Dreyk anası ilə Torontoda qaldı, atası isə Memfisə qayıtdı. Atası sonralar narkotiklə bağlı ittihamlara görə həbs edilib və bir neçə il cəza çəkmişdir.[32] Atasının kifayət qədər pulu yox idi və hüquqi problemləri vardı. O, bu səbəblərə görə ABŞ-ı tərk edib oğlunun yanına gedə bilmirdi. Həbs olunmazdan əvvəl atası hər yay Torontoya gedir və Dreyki ABŞ-ə, Memfisə gətirirdi.[33][34][35] Müsahibəsində atası iddia etdi ki, Dreykin musiqisində onu olmayan ata kimi təsvir etməsi kommersiya məqsədləri üçün şişirdilmişdir.[36] Bununla belə, Dreyk bu fikirlərlə qətiyyən razılaşmır.[37]

Dreyk uşaqlıqda Torontoda iki fərqli məhəllədə yaşamışdır. O, altıncı sinifə qədər Weston Road-da yaşayıb və dördüncü sinfə qədər "Weston Memorial Junior Public School"-a gedib. Məktəbdə oxuyarkən "Weston Red Wings" komandasının üzvü kimi xokkey oynamışdır.[34][38] Dreyk uşaq yaşlarında hokkeydə sağ cinah oyunçusu kimi istedad göstərmişdi. O, Yuxarı Kanada Kollecinin xokkey düşərgəsinə qatılmışdı. Bir oyun zamanı rəqib oyunçu tərəfindən boyunundan zədələndikdən sonra anasının tələbi ilə xokkeyi buraxmağa qərar vermişdir.[39] 2000-ci ildə Dreyk Torontonun varlı məhəlləsi olan Forest-Hillə köçüb.[40][41] O, köçməsi ilə bağlı ona verilən sualı cavablandırıb: "Yaşamağa yarım evimiz var idi. Biz başqa insanlarla bir evi paylaşmışdıq – onlar üst mərtəbədə, biz isə aşağı mərtəbədə yaşayırdıq. Mən evin zirzəmi adlanan aşağı hissəsində, anam isə mənim üstümdə, birinci mərtəbə adlanan mərtəbədə yaşayırdı. Ev çox geniş və ya dəbdəbəli deyildi. Bizim imkanımız çatacaq qədər idi".[42] Dreyk 1997-ci ildə hokkeyçilər üçün keçirilən mükafatlandırma mərasimi zamanı televiziyada yayımlanan skeç videosunda göründü. Bu gülməli videoda karyeraları ərzində bir neçə dəfə qol vurmağa nail olan yeganə qapıçılar Martin Brodeur və Ron Hextall haqqında zarafatlar edilmişdi.[43]

Dreyk orta məktəb təhsilini "Forest Hill Collegiate Institute"-da başa vurdu.[44] Daha sonra təhsilinə davam etmək üçün Torontonun Oakwood-Vaughan məhəlləsindəki "Vaughan Road Academy"-yə daxil oldu. Dreyk bildirib ki, daxil olduğu bu yeni məktəb "olduqca çətin və tələbkar olması ilə tanınır".[34] Dreyk yeniyetmə yaşlarında ana tərəfdən babası Reuben Sher-ə məxsus olan mebel fabrikində işə düzəlmişdir.[45] Dreyk irqi və dini mənşəyinə görə məktəbdə ayrı-seçkilik və təqiblərə məruz qalırdı.[46] Dərslərin çox vaxt aparması onun aktyorluq karyerasına diqqətini çətinləşdirdi. Beləliklə, hədəflərinə çatmaq məqsədi ilə məktəbi tərk etmək qərarına gəlir.[47] Dreyk orta məktəb diplomunu 2012-ci ilin oktyabrında 25 yaşında olarkən alıb.[48]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Sağlamlığı və yaşadığı yerlər

[redaktə | mənbəni redaktə et]

Dreyk doğma şəhəri Torontoda "The Embassy"[49] adlandırdığı 35.000 kvadrat metrlik dəbdəbəli malikanəsində yaşayır. 100 milyon dollar dəyərində olan bu mülk 2017-ci ildə xüsusi sifarişlə tikilib.[50][51] Onun hit mahnısı olan "Toosie Slide" üçün klip məhz burada çəkilib.[52][53] Dreykin Kaliforniya ştatının Hidden-Hills şəhərində 2012-ci ildən 2022-ci ilə qədər "YOLO Estate" adlanan evi var idi.[54] 2022-ci ildə o, Robbi Vilyamsdan 70 milyon dollara Beverli Krestdə ev alıb.[55] Onun CN teleqülləsi yaxınlığında bahalı mənzili var.[56] Dreykin Boeing 767 təyyarəsi də var.[57][58] 2021-ci ildə o, Beverli-Hillzdə 65 milyon dollarlıq mülk icarəyə götürüb.[59][60][61]

Dretkin bədənində müxtəlif döymələr var, o cümlədən Cek fənəri, "Oktyabr Aslan Ürəyi" kimi tərcümə olunan ifadə, bayquş şəkilləri və The Beatles qrupunun "Abbey Road" albomunun üz qabığından ilhamlanan rəsm.[62] Onun bədənində ailə üzvləri və Lil Wayne, Sade, Aaliyah, Jesús Malverde, Denzel Vaşinqton, 40 kimi onun üçün vacib olan insanları, həmçinin CN teleqülləsi və 416 nömrəsi kimi Toronto şəhəri üçün əhəmiyyətli olan simvolları təmsil edən döymələr var.[63]

18 avqust 2021-ci ildə Dreyk pandemiya zamanı COVID-19 virusuna yoluxduğunu bildirib. Xəstəlik nəticəsində onda saç tökülməsi baş verib. 2020-ci ilin mart ayında Dreyk virus üçün analizdən keçən ilk məşhur insanlar arasında idi.[64] 2022-ci ildə o, ikinci dəfə virusa yoluxdu, buna görə də Lil Wayne və Niki Minaj ilə konsertlərini yenidən planlaşdırılmalı oldu.[65]

Ailəsi və münasibətləri

[redaktə | mənbəni redaktə et]

Dreykin musiqiçi olan iki əmisi var.[66] Atasının qardaşları Larry Graham və Teenie Hodges gitara ifaçıları və mahnı yazarlarıdır. Larry "Sly and the Family Stone" adlı bir qrupa üzv idi,[67] Teenie isə öz növbəsində Al Green üçün "Love and Happiness", "Here I Am (Come and Take Me)" və "Take Me to River" kimi mahnıların yazılmasında töhfə vermişdir.[68][69]

Dreyk, 2008–2009-cu illərdə SZA ilə münasibətdə olub.[70] 2009–2016-cı illərdə isə Rihanna ilə ara-sıra münasibət qurub.[71] O, hər bir albomunda Rihannaya olan heyranlığından danışıb.[72] Dreyk 2016-cı ildə mükafat təqdimatı zamanı ona olan sevgisini bildirib.[73]

Dreykin 11 oktyabr 2017-ci ildə oğlu Adonis doğulub. Uşaq onun fransız rəssamı və keçmiş modeli Sophie Brussaux ilə münasibətindən dünyaya gəlib.[74][75][76] TMZ 2017-ci ilin əvvəlində onların münasibəti haqqında yazdıqdan sonra insanlar Brussaux-nun hamilə olması barədə fərziyyələr irəli sürdülər.[77] Dreykin düşməni Pusha T "The Story of Adidon" adlı mahnısında Dreykin oğlu və uşağının anası ilə əlaqəsi haqqında təfərrqüatları bölüşmüşdür. Dreyk həmin ilin sonunda bu məsələyə birbaşa özünün "Scorpion" albomunda toxunub. O, övladı olduğunu təsdiqləyib və uşağın şəxsi həyatının sirrini saxlamaq və onu ictimai diqqət mərkəzindən qorumaq arzusunda olduğunu bildirib.[75][78]

Hüquqi məsələlər

[redaktə | mənbəni redaktə et]

Dreyk 31 may 2009-cu ildə Torontonun Kiçik İtaliya səmtində qarət olunub. Silahlı hədə-qorxu nəticəsində qızıl və brilyant boyunbağısını, Audemars Piguet saatını və 2000 dollar pulu verməli olub. Qarətçilər çox keçməyib ki, saxlanılıblar və barələrində cinayət işi açılmışdır. Buna baxmayaraq onlara sürülən bəzi ittihamlar ləğv olunur. Onlar altı ay şərti cəza alıqdan sonra sərbəst buraxılıblar.[79] 2017-ci ilin aprelində bir şəxs Dreykin evinə soxulub. Bununla belə, ona qarşı heç bir cinayət işi açılmayıb. Sözügedən şəxs 2021-ci ilin iyununda Dreykə qarşı 4 milyard dollarlıq iddia qaldırıb.[80] Həmin ilin dekabrında iddia rədd edildi.[81] Dreyk 2022-ci ilin martında uzaqlaşdırma əmri tələb edərək həmin şəxsdən müdafiə olmaq üçün qanuni tədbir görüb.[82] Bu tələb həmin ilin aprelində məhkəmə tərəfindən təsdiq edilib.[83] 2021-ci ilin mart ayında bıçaqlı bir qadın Dreykin Torontodakı evinə girməyə cəhd edərkən polis tərəfindən saxlanılıb.[84] 2023-cü ilin yanvarında Dreykin Los-Ancelesdəki evini soymağa çalışan bir adam da tutulub.[85]

2012-ci ildə müğənni Erikka Li "Marvins Room" mahnısında səsindən istifadə etdiyinə görə Dreyki məhkəməyə vermişdi. Li Dreykin mahnısındakı vokallara sahib olduğunu və qonorar şəklində təzminata layiq olduğunu iddia etmişdir.[86] Dreykin vəkilləri Li-nin mahnı müəllifi kreditlərinə və qonorarlara layiq olmadığını açıqladılar. Daha sonra onlar Lini razı saldılar ki, albomun layner notlarında adı qeyd olunsun. Onlar 2013-cü ilin fevralında məhkəməyə getmədən məsələni həll etdilər.[87]

Konsert turları

[redaktə | mənbəni redaktə et]
  • Away from Home Tour (2010)
  • Club Paradise Tour (2012)
  • Would You like a Tour? (2013–14)
  1. 1 2 Drake // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Drake // Brockhauz Ensiklopediyası (alm.).
  3. http://www.vulture.com/2018/06/drake-confirms-he-has-a-son-on-his-new-album-scorpion.html.
  4. L'Encyclopédie canadienne, The Canadian Encyclopedia (ing.).
  5. 1 2 3 https://hedendaagsesieraden.nl/2024/04/04/drake/.
  6. https://www.billboard.com/articles/columns/hip-hop/8479603/drake-champagne-papi-alter-ego-moments.
  7. https://www.gq.com/gallery/drake-style-look-book-outfits.
  8. https://www.capitalxtra.com/artists/nicki-minaj/news/drake-and-lil-wayne-seeing-green-lyrics-meaning-explained/.
  9. https://genius.com/429815.
  10. https://www.complex.com/music/2020/07/drake-engineer-noel-shares-how-close-to-finishing-new-album.
  11. https://hiphopdx.com/news/drake-alter-ego-anita-max-wynn.
  12. "Drake Signs To Young Money, Distribution By Universal Republic". Billboard. June 30, 2009. March 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2022.
  13. XXL Staff. "How 'Nothing Was the Same' Made Drake the Face of Hip-Hop – XXL". XXL Mag (ingilis). September 24, 2018. May 16, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 28, 2022.
  14. "How Afrobeats Is Influencing American Pop Music, According to Producer P2J". Complex (ingilis). 2019-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-25.
  15. Ellis-Petersen, Hannah. "Sean Paul: 'Drake and Bieber do dancehall but don't credit where it came from'". The Guardian. September 5, 2016. ISSN 0261-3077. June 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 28, 2016.
  16. Mitchell, Gail. "Drake Certified as RIAA's New Top Digital Singles Artist". Billboard. June 29, 2018. March 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2022.
  17. Hussey, Allison; Lindert, Hattie. "Drake Gets No. 1 Album and Single, Tying Michael Jackson for Billboard Hot 100 Record". Pitchfork. October 16, 2023. October 22, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2024.
  18. "Drake". Billboard. July 14, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 19, 2024.
  19. Kellman, Andy. "Drake – Music Biography, Credits and Discography". AllMusic. 2023-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
  20. "Drake". Biography. March 28, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 29, 2018.
  21. "Drake's Competition in 2017 Might Just Be His Father". Billboard. March 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2022.
  22. Siegel, Tatiana. "Drake's Hotline to Hollywood: Inside an Ambitious Push Into Film and TV". The Hollywood Reporter. November 8, 2017. March 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2022.
  23. Doherty, Rosa. "Double helpings of Drake". The Jewish Chronicle. March 20, 2017. June 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 4, 2018.
  24. Rapkin, Mickey. "Drake Looks for Love". Elle. October 13, 2011. January 30, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 4, 2018.
  25. Beaumont-Thomas, Ben. "Drake's progress: the making of a modern superstar". The Guardian. April 6, 2018. May 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 27, 2018.
  26. Friedman, Gabe. "Drake named his new Toronto club after his Jewish grandparents". Jewish Telegraphic Agency. May 13, 2015. November 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 27, 2018.
  27. "Drake on His Mother's Influence, Kanye West & Andre 3000, and Obama Being a Fan?". November 16, 2011. May 1, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 25, 2018. I was like, 'Well I'm a dual citizen!'
  28. Tanabe, Karin. "Drake hopes to meet Obama". Politico. November 16, 2011. April 30, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2024.
  29. "Justin Bieber 'applying for US citizenship' before marrying American model Hailey Baldwin". The Independent. September 15, 2018. November 25, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2024. Hip-hop star Drake also holds dual US-Canadian citizenship.
  30. Bandler, Aaron. "Rapper Drake Throws a Re-Bar Mitzvah Party on His 31st Birthday". Jewish Journal. November 9, 2017. March 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2022.
  31. Markman, Rob. "Drake Proclaims 'I'm A Proud Young Jewish Boy' On 'HYFR' Set". MTV News. April 17, 2012. June 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 27, 2018.
  32. "Drake's Relationship With His Mother Through Fame & Music". DJBooth. 2021-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 29, 2018.
  33. "Drake's Dad On Raising Drake in the Hood in Memphis". XXL Mag. March 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2022.
  34. 1 2 3 "Cover Story Uncut: Drake Talks About Romance, Rap, And What's Really Real". Complex. November 15, 2011. November 17, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 31, 2012.
  35. "Drake Reveals Childhood Struggles: 'I Had To Become A Man Very Quickly'". Neon Limelight. July 15, 2009. July 20, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 7, 2010.
  36. "Drake Responds To Dennis Graham's Claims: 'It's Sad When Family Gets Like This'". BET. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01. I had a conversation with Drake about that. I've always been with Drake. I talk to him if not every day, every other day," Graham told Cannon. "We really got into a deep conversation about that." Graham admitted he was a bit hurt and confused by Drake's words. "I said, 'Drake, why are you saying all of this stuff about me, man? It's not cool,'" he explained. When he went to his son about it, the rap star allegedly replied, as Graham tells it, "Dad, it sells records." "I said, 'OK, well cool,'" the musician concluded.
  37. "Drake 'hurt' by father's allegations he faked drama to sell records". CNN. October 9, 2019. December 3, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2024.
  38. Glenesk, Matthew. "Drake's star rises with his NBA friends". ESPN. August 18, 2010. October 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2022.
  39. Glenesk, Matthew. "Drake's star rises with his NBA friends". ESPN. August 16, 2010. October 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 27, 2022.
  40. Ostroff, Joshua. "Aubrey Graham: from Degrassi to Drake". The Globe and Mail. March 23, 2009. December 29, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2022.
  41. Infantry, Ashante. "Chasing Drake". Toronto Star. June 21, 2009. March 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2022.
  42. "Cover Story Uncut: Drake Talks About Romance, Rap, And What's Really Real". Complex. 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
  43. Witner, Phil. "Watch a 10-Year-Old Drake Play Table Hockey and Be a True Canadian Patriot". Vice. June 19, 2017. October 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 27, 2022.
  44. Jordan, Harrison. "Degrassi actor says being different made him stronger". The Canadian Jewish News. December 20, 2006. December 1, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2022.
  45. Kennedy, John R. "No, Drake Didn't Work At 'His Uncle's Memphis Furniture Factory'". iHeartRadio. December 29, 2022. April 6, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 30, 2022.
  46. Mirsky, Maya. "Drake Has His Own Brand of Jewishness". Haaretz. October 15, 2018. March 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2024.
  47. Garraud, Tracy. "Drake Discusses Degrassi, High School Years, and So Far Gone with Vibe Magazine". Vibe. February 25, 2009. March 13, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 25, 2009.
  48. Fekadu, Mesfin. "Drake:'I got my High School diploma". The Washington Times. October 19, 2012. November 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2024.
  49. Powers, Ann. "Drake, Quarantined In Style, Makes Social Isolation A Public Spectacle". NPR. April 3, 2020. June 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 29, 2020.
  50. "Drake's 21,000-Square-Foot Mansion in Toronto Is Captured By Drone Video | Architectural Digest". Architectural Digest. March 1, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 29, 2018.
  51. "Drake's Temporary Toronto Home Will Give You Serious House Envy – WATCH". Capital XTRA. March 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 29, 2018.
  52. Saponara, Michael. "7 Things You Might Have Missed Inside Drake's House in 'Toosie Slide' Video". Billboard. April 3, 2020. March 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2022.
  53. "Drake Returns With New Single "Toosie Slide"". Rap-Up. April 3, 2020. April 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 29, 2020.
  54. Fleming, Jack. "Drake's party compound, the 'Yolo Estate,' sells for $12 million". Los Angeles Times. June 27, 2022. July 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 8, 2022.
  55. Flemming, Jack. "Drake is buying Robbie Williams' Beverly Crest mansion for more than $70 million". Los Angeles Times. February 28, 2022. March 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 1, 2022.
  56. "Holiday Décor Inspo: Inside Drake's Spacious Toronto Condo". Essence. October 23, 2020. March 9, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2024.
  57. "Inside 'Air Drake': Rapper unveils new massive 767 plane, which could cost more than $187 million". CBS News. May 13, 2019. November 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2019.
  58. Tim McGovern. "Drake Has Turned a Massive 767 Cargo Plane into a $185 Million Flying Oasis Named 'Air Drake'". People. May 11, 2019. February 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2019.
  59. "Drake Moves Into $65 Million Beverly Hills Mansion". Rap Up. October 29, 2021. March 14, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2024.
  60. Schrodt, Paul. "Inside Drake's $8 million mansion with a pool that puts Hugh Hefner to shame". Business Insider. April 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 27, 2020.
  61. "Drake Is Giving His YOLO Estate in L.A. a $300,000 Upgrade". W Magazine. March 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 27, 2020.
  62. Ocampo, Joshua. "Drake tattoo gallery: Rihanna's face, Adonis, Aaliyah, the Beatles & more". Capital Xtra. June 3, 2021. December 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 27, 2021.
  63. Ocampo, Joshua. "Drake Has 35 Epic Tattoos. We Tried to Find (and Explain) Them All". Men's Health. March 8, 2021. December 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 27, 2021.
  64. Mazziotta, Julie. "Drake Reveals He Had COVID and Hair Loss Was a Lingering Side Effect: 'It's Coming Back'". Yahoo. August 17, 2021. August 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 17, 2021.
  65. Monroe, Jazz. "Drake Postpones Reunion Show With Nicki Minaj and Lil Wayne After Contracting COVID-19". Pitchfork. August 1, 2022. August 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 1, 2022.
  66. Deziel, Shanda. "Drake superior". Maclean's. June 22, 2009. June 25, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 22, 2009.
  67. "Drake: Biography". TV Guide. June 17, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 29, 2012.
  68. Mervis, Scott. "Preview: Drake rises from the rap pack with a moody, sensual style". Pittsburgh Post-Gazette. May 24, 2012. July 29, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 29, 2012.
  69. Noz, Andrew. "Drake: 'Thank Me Later' ... No Thanks". NPR Music. June 15, 2010. May 2, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 29, 2012.
  70. Callas, Brad. "SZA on Dating Drake Back in the Day: 'We've Always Been Cool'". Complex. December 10, 2022. December 12, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 13, 2022.
  71. Marcus, Stephanie. "Drake Slams Chris Brown and Finally Admits He Dated Rihanna in New Interview". HuffPost. June 6, 2013. March 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 13, 2013.
  72. "A Timeline of Rihanna & Drake's Complicated Relationship". Billboard. May 3, 2018. March 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2022.
  73. "Drake told the world he is in love with Rihanna at the VMAs". The Independent. August 29, 2016. March 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 25, 2018.
  74. Kiefer, Halle. "Drake Confirms He Has a Son on His New Album Scorpion". Vulture. May 1, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 29, 2018.
  75. 1 2 "Drake acknowledges his son, Adonis, on new album Scorpion". Consequence. June 29, 2018. March 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2022.
  76. "Drake Confirms He Has a Son on New Album Scorpion: 'The Kid Is Mine'". People. February 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 29, 2018.
  77. Arnold, Amanda. "Everything We Know About Drake's Rumored Baby". The Cut. March 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 29, 2018.
  78. "Drake confirms he has a son in honest track on new album Scorpion". The Independent. November 26, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 29, 2018.
  79. "What happened after two men robbed Drake at gunpoint". The Globe and Mail. June 18, 2010. July 1, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 1, 2020.
  80. Naumann, Ryan. "Drake's Female Trespasser Loses It During Phone Call With Rapper's Lawyer Over $4 Billion Lawsuit". Radar. December 3, 2021. August 20, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2024.
  81. Rose, Jordan. "Judge Dismisses $4 Billion Lawsuit Filed Against Drake by Alleged 2017 Home Intruder". Complex. December 21, 2021. December 22, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 22, 2021.
  82. "Drake files restraining order against alleged stalker". The News. March 6, 2022. December 7, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2024.
  83. Baker, Cole. "Drake Granted Restraining Order Against Stalker". HotNewHipHop. April 20, 2022. April 20, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 20, 2022.
  84. Espinoza, Joshua. "Police Reportedly Arrest Armed Woman Outside Drake's Toronto Mansion". Complex. March 31, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2021.
  85. Cummings-Grady, Mackenzie. "Drake's $75M L.A. Mansion Burglarized; Suspect Arrested". HipHopDX. January 27, 2023. February 11, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 10, 2023.
  86. "Drake Sued by Ex-Girlfriend Over 'Marvin's Room'". Rolling Stone. February 3, 2012. July 30, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 30, 2015.
  87. Horowitz, Steven J. "Drake Settles Lawsuit With Woman From 'Marvin's Room'". HipHopDX. February 11, 2013. May 27, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2022.