Dreyk və Coş (ing. Drake & Josh) — Den Şnayderin Nickelodeon televiziyası üçün yaratdığı yeniyetmə sitkomu. Şou xaraktercə bir-birilərinin əksi olan və birlikdə yaşayan iki ögey qardaş, Dreyk Parker (Dreyk Bell) və Coş Nikols (Coş Pek) haqqındadır. Serialda həmçinin rol alıblar: Nensi Sallivan, Conatan Qoldşteyn və Miranda Kosqrov.
Dreyk və Coş | |
---|---|
ing. Drake & Josh | |
Janr | yeniyetmə sitkomu, sitkom |
Prodüser |
|
Yaradıcısı | Den Şnayder[d] |
Rollarda |
|
İstehsalçı ölkə | |
İl |
11 yanvar 2004 – 16 sentyabr 2007 |
Studiya | Schneider's Bakery[d], Nickelodeon, Paramount Television[d], CBS Studios[d] |
Dil | ingilis dili |
Rəng | rəngli |
Mövsüm sayı | 4 |
Seriya sayı | 56 |
Davametmə müddəti |
|
Telekanal | Nickelodeon |
IMDb | ID0363328 |
Sonrakı | Dreyk və Coş Hollivuda səfər edir[d] |
nick.com/drake-and-josh/ |
Teleprodüser Den Şnayder “The Amanda Show”-da aktyorlar Dreyk Bell və Coş Pek ilə işləmişdi. Bundan sonra o, Bell və Pekin baş rolları ifa edəcəyi “Dreyk və Coş” adlı yeni şou yaratmağa qərar verdi. Serial 11 yanvar 2004-cü ildən 16 sentyabr 2007-ci ilədək 4 mövsüm 56 epizod olmaqla yayımlandı. Bundan əlavə iki televiziya filmi də istehsal olundu: “Dreyk və Coş Hollivuda səfər edir”(2006) və “Milad bayramınız mübarək Dreyk və Coş” (2008). Serialın açılış mahnısı “I Found a Way” Dreyk Bell və Backhouse Mike tərəfindən yazılmış və Dreyk Bellin özü tərəfindən səsləndirilmişdir.
“Dreyk və Coş” serialı Kaliforniyanın San-Dieqo şəhərində yaşayan iki ögey qardaş Dreyk Parker və Coş Nikolsun həyatından bəhs edir. Onlar Meqan (Dreykin kiçik bioloji bacısı) və valideynləri — Odri (Dreykin bioloji anası) və Volterlə (Coşun bioloji atası) birlikdə yaşayırlar. Dreyk “cool” və xarizmatikdir, birlikdə ifa etdiyi qrupu var və qızlar arasında populyardır, lakin o, həm də narsist və ancaq özünü düşünəndir. Coş isə tərbiyəli, savadlı və bir az bir təhər uşaqdır. Coş serialın ikinci mövsümündə kinoteatrda işləməyə başlayır, bu yer serialın davamında hekayənin tez-tez cərəyan etdiyi yer olur. Ziddiyyətli xarakterə malik olmalarına baxmayaraq, serialda onların bir-birlərinə güclü bağlılıq və qayğı göstərdikləri çoxsaylı hallar göstərilir. İki oğlan müntəzəm olaraq yeniyetmə problemləri ilə məşğul olarkən, həm də tez-tez gülməli və macəralı vəziyyətlərə düşürlər.