Droqobıç gettosu

Droqobiç getto (ukr. Дрогобицьке гетто; (1941–1943) — Ukrayna SSR Lvov vilayətinin Droqobıç şəhərində yerləşən Yəhudi gettosu. Bu zaman bölgə Alman ordusu tərəfindən işğal olunmuş və Üçüncü Reyxin ərazisinə daxil edilmişdi.

Getto Faşist Almaniyası tərəfindən 1941-ci ilin noyabrında yaradılmışdır. 1942-ci ildə artıq gettoda olan yəhudilərin böyük qismi Polşada yerləşən kosentrasion və ölüm düşərhlərinə göndərilmişdi. Getto tamami ilə 1943-cü ilin avqust ayında ləğv edilir.

Almanların Polşanı işğal edənə qədər Droqoviç vilayət şəhəri olmuşdur. Şəhər 1939-cu ilə qədər əhalisinin böyük qismini yahudilər təşkil edirdi. 1939-cu il məlumatına görə şəhərdə 34,600 nəfər yaşayırdı. Bunların 26,3% ukraynalı, 33,2% polyaklar, 39,9% Yəhudilər[1] olmuşdur. İkinci Dünya müharibəsinə qədər şəhərdə 20 digər məlumata görə isə 23 sinaqoq olmuşdur[2]

Polşanın işğalı başa çatdırıldıqdan sonra bölgə SSRİ-nin tabeliyinə keçirilir. Droqobıç eyni adlı vilayət və rayonun mərkəzi elan edilir (4 dekabr 1939).

Ukraynalılara məhsus kenkart

1 iyul 1941 ildə Droqobıç şəhərinə Hiltler almaniyasının ordusu daxil olur. 7 iyul tarixində Polşanın Radom şəhərindən təhlükəsizlik polisi göndərilir. Bölgə əhalisinə kenkart adlı vəsiqələr paylanılır. Burada xüsisi ilə milli kimlik böyük həriflə göstərilirdi. Yahudilərə sarı rəngli və "J" (almanca Jude — cuğud) hərfi olan vəsiqələr verilmişdi. 27 iyuldan 2 avqusta qədər şəhər əhalisinin qeydiyyatı aparılır. Bu zaman şəhərdə yaşayan 34 112 nəfərdən 13 339 nəfəri yəhudi (39,10%) idi. Getto alman işğalı dönəmində fəaliyyət göstərir. Bu zaman burada 10 000-dən çox yahudi öldürülür. Öldürülmüş yəhudilər arasında ən məşhuru polşa yazıçısı və rəssamı Bruno Şuls olmuşdur.

6 avqust 1944 ildə 167 və 107-ci atıcı alayları, 1-ci qvardiya ordusu və 4-cü Ukrayna cəhbəsi qoşunları Droqobıçı almanlardan təmizləyir. Bundan sonra şəhərdə faşist cinayətləri ilə əlaqədar yaradılmış komissiya fəaliyyət göstərir. Droqobiç şəhərində 14,500 nəfər güllələnmişdir. Onlardan 10,000 nəfəri Bronisa meşəsində qətlə yetirilmişdir. 3 100 müstəlif məqsədlər üçün Almaniyanın digər hissələrinə aparılmışdır. Bu getto haqqında SS üzvü olan Feliks Landaunun gündəliyində ətraflı məlumat almaq olur.

  1. Нариси з історії Дрогобича (від найдавніших часів до початку XXI ст.) Дрогобич, Коло, 2009 рік; ISBN 978-966-7996-46-8
  2. "Дрогобицька хоральна синагога і дрогобичани". 2016-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-23.