Dryu Hyuston (ing. Andrew W. "Drew" Houston; d. 4 mart 1983, Akton, Massaçusets, ABŞ) — Araş Firdovsi ilə birlikdə "Dropbox" xidmətinin banisi.
Dryu Hyuston | |
---|---|
ing. Andrew W. "Drew" Houston | |
| |
Doğum tarixi | |
Doğum yeri | ABŞ, Massaçusets, Akton |
Təhsili | |
Fəaliyyəti | informatik, sahibkar |
Vikianbarda əlaqəli mediafayllar |
Dryu Hyuston 4 mart 1983-cü ildə ABŞ-nin Massaçusets ştatının Akton şəhərində dünyaya gəlib.
O, 1990-da "Acton-Boxborough Regional" məktəbinə daxil olub, sonra kompüter elmləri ixtisası üzrə Massaçusets Texnologiya İnstitutunu bitirib. Məhz orada Hyuston "Dropbox" xidmətinin həmtəsisçisi olacaq Araş Firdovsi ilə tanış olur.
"Dropbox"un əsası qoyulana kimi, Dryu bir çox mühüm layihələr üzərində işləyib, Bu layihələr arasında "Bit9", "Accolade" və "Hubspotu" göstərmək olar.
Dryu Hyuston "Business Week" jurnalının versiyasına görə, 30 yaşlı ən nüfuzlu insanı adlandırılıb, "Dropbox" Silikon vadisinin 20 ən yaxşı startapından biri olub.
"Forbes" jurnalı onun varidatını 400 milyon dollar həcmində qiymətləndirir.
Xidmətin yaranma ideyası Hyustonun Bostondan Nyu-Yorka avtobus səfəri zamanı meydana gəlmişdi. Belə ki, Hyuston səfər zamanı özü ilə noutbuku və fləş-kartını götürür, amma fləş kartı itirir. Nəticədə o, boş noutbukla məşğul olmaq məcburiyyətində qalır. Elə avtobusda internet vasitəsilə fayllara girişin sinxronlaşdırması üçün olan proqramı yazmağa başlayır.
Hyuston müsahibələrinin birində həmin zamanı belə xatırlayır:
"Mən bu barədə hələ ki, heç kəsə danışmamışam. "Dropbox"un yaradılması ideyası təsadüfən ağlıma gəldi. Belə ki, mən bir dəfə Bostonda yerləşən vağzalda fləş-kartımı itirdim və qərara gəldim ki, vacib əhəmiyyətli məlumatları cibdə daşımaq təhlükəlidir".
Hyuston və Firdovsi "Dropbox Inc" şirkətinin əsasını qoydu və investorlar axtarmağa başladılar. Onlar anlayırdılar ki, layihəni müstəqil olaraq inkişaf etdirmək, həmçinin bu qədər fayl üçün hostinq ödənişi "cib pulu" ilə sadəcə mümkün deyil.
Hyuston 2007-ci ildə "Y Combinator" məşhur startaplar inkubatorundan 15 000 dollar alır. Növbəti dörd ay o gündə 15 saat startapına həsr edərək səylə kod üzərində işləyirdi. Həmin ilin sentyabrında Hyuston və Firdousi San-Fransiskoya gedir və iki həftə ərzində "Sequoia Capital" risk şirkətinin nümayəndələri ilə görüşlərə nail olurlar. Bir neçə gün sonra onlar bu məsələ ilə bağlı uğur qazanırlar və tezliklə onların əlində artıq 1.2 milyon dollar investisiya var idi. 2008-ci ilin sentyabrında xidmətin tam işə salınmasından sonra şirkət artıq 12 milyon investisiya cəlb etməyi bacardı.
Dryu Hyuston müsahibələrinin birində uğur qazanmalarının səbəblərindən danışaraq fikrini bu cür ifadə edir:
"Yeni bir işə başladıqda, o, mürəkkəb və sirli görünür. Amma pərdəni qaldırırsan və ona baxırsan, onda aydın olur ki, heç bir magiya yoxdur. Bütün böyük şirkətlər belə yaradılır, sadəcə yaradıcılar addımbaaddım doğru qərarları qəbul etməyə və özünü ən ağıllı insanlarla əhatə etməyə çalışmalıdırlar".
Beləliklə, Dryu Hyuston və Araş Firdovs birlikdə hazırda 200 min istifadəçisi olan biznesin əsasını qoydular, onların "bulud" anbarında hər gün milyardlarla rəqəmli fayl, şəkil və video saxlanılır. İstifadəçilər gündəlik sözügedən xidmətə milyarddan çox müxtəlif fayllar yükləyirlər.