Dublin özəyi (ing. Dublin Core Metadata Initiative, DCMI) — standard metaməlumatlar.
Metaməlumatlarda sadə "Dublin özəyi"ndə 15 əsas element əks olunur:
- başlıq (sərlövhə) (ing. title);
- informasiyanın müəllifi və ya onu yaradan (ing. creator);
- mövzu və açar sözləri (ing. subject);
- təsvir (ing. description);
- naşir (ing. publisher);
- başqa iştirakçılar (ing. contributor);
- tarix (ing. date);
- resursun tipi (ing. type);
- format (ing. format);
- resursun identifikatoru (ing. identifier);
- mənbə (ing. source);
- dil (ing. language);
- əlaqələr (ing. relation);
- əhatə dairəsi (ing. coverage);
- müəlliflik hüquqları (ing. rights).
Harvey, Ross; Philip Hider (2004). Organising Knowledge in a Global Society. Wagga Wagga NSW: Charles Sturt University. ISBN 1-876938-66-8.