Dunay-Qara dəniz kanalı (Rumıniya)

Dunay-Qara dəniz kanalı — Dunay çayını Qara dənizlə birləşdirən qısa yol. Həm də gəmiçilik üçün yaralı olan bir kanal. Kanal keçmiş liman şəhəri olan Çernavodedən Dunayın yatağından ayrılır. Mecidiyyə və Basarabi şəhərləri ərazisindən Konstansa dəniz limanına axır. bununla da iki şəhəri daxili limana çevirir. Poarta-Albedən isə kanal iki hissəyə bölünür. Kanal Dobruca platosundan axır.

Dunay-Qara dəniz
ro/Canalul Dunăre-Marea Neagră
Axdığı yerlər Rumıniya
Giriş Dunay
Mənsəb Qara dəniz
Uzunluğu 64,4 km
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Dunay-Qara dəniz kanalı
Dunay-Qara dəniz kanalının sxemi

Kanalın inşasına hələ Osmanlı imperiyası dönəmində ehtiyac yaranmışdır[1]. Dunay-Qara dəniz kanalının inşası haqqında ilk qərar 1948-ci ildə verilmişdir. Rumıniya Kommunist Partiyası Siyasi Bürosunun üzvlərinin sözlərinə görə bu layihənin təklifini ilk dəfə Stalin vermişdir. Rumıniya kommunistlərinin kanalı "Rumıniya burjuaziyasının qəbri" adlandırırdı.

Burada istifadə olunan texnikanın bir hissəsi Volqa-Don kanalının tikintisi bitdikdən sonra bura gətirilmişdir. İşlərin böyük qismi isə əllə aparılırdı. 1953-cü ildə kanal hələ hazır deyildi. 1952-ci ildə onun tikintisində iştirak edənlərin bir qismi sabotajda ittiham edilərək güllələnmişdir. bundan sonra kanal 23 il müddətində baxımsız qalır.

1976-cı ildə Nikolae Çauşesku kanalın tikintisini başa vurmaq qərarına gəlir. Tarixçilərin fikrinə görə Çauşesku SSRİ-dən asılı siyasət yeritmirdi. Bu səbəbdən Rumıniya Dunayı Qara dənizlə birləşdirən kanala ehtiyac duyurdu. Üstəlik Dunay çayının deltası SSRİ donanmasının nəzarətində idi. Bu dəfə kanal "Mavi xətt" adlandırılır. Onun tikintisinə ölkə istehsalı olan texnikalar cəlb edilir. Artıq 1984-cü ildə kanalın ilkin mərhələsi istifadəyə verilir. Şimal keçidi isə 1987-ci ildə tam hazır olur.

Kanalın tikintisi 2 mld avropa başa gəlir. Ancaq onun dərinliyi 5–7 metr arasında dəyişməsi səbəbindən olduqca az istifadə olunur. Belə ki, buradan iri tonnajlı gəmilər keçə bilmir. 2006-cı il məlumatına görə kanal 3 milyon avro gəlir gətirmişdir. Kanal dənizə olan məsafəni 400 km qısaldır. 2007-ci ildə Ukrayna özünün Dunay-Qara dəniz kanalını istifadəyə vermişdir. Bu kanalın xərci digərindən olduqca azdır.

  1. Movrodiyev, М.А. Dobrca. 1917.