Stalin

İosif Vissarionoviç Stalin (gürc. იოსებ ბესარიონის ძე სტალინი, rus. Иосиф Виссарионович Сталин, 18 dekabr 1878[1][2][…], Qori, Tiflis quberniyası[3][5][…]5 mart 1953[3][4][…], Kuntsevo kotteci[d], Moskva vilayəti[6]) — milliyətcə gürcü olan Qafqaz inqilabçısı, sovet siyasi, dövlət, hərbi və partiya xadimi, 21 yanvar 1924-cü ildən 5 mart 1953-cü ilə kimi Sovet dövlətinin lideri,[7] Sovet İttifaqı Marşalı (1943),[8] Sovet İttifaqı Generalissimusu (1945).

İosif Stalin
gürc. იოსებ სტალინი
rus. Иосиф Сталин
bayraq
SSRİ Nazirlər Sovetinin sədri
bayraq2
SonrakıGeorgi Malenkov
bayraq
SSRİ Xalq Komissarları Sovetinin sədri
bayraq2
ƏvvəlkiVyaçeslav Molotov
Sonrakıvəzifə ləğv olunub
Şəxsi məlumatlar
Doğum adı იოსებ ბესარიონის ძე ჯუღაშვილი
Doğum tarixi 18 dekabr 1878(1878-12-18)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 5 mart 1953(1953-03-05)[3][4][…] (74 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin qansızması[d]
Dəfn yeri
Partiya
Təhsili
  • Tbilisi İlahiyyat Seminariyası[d] (18941899)
Fəaliyyəti siyasətçi, inqilabçı, publisist, dövlət xadimi, dilçi
Anası Keke Geladze
Həyat yoldaşları
Uşaqları
Dini ateizm
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Qızıl Ordu
Rəhbərlik edib
Döyüşlər
Rütbəsi Sovet İttifaqı Marşalı (1943)[3], Sovet İttifaqı Generalissimusu (1945)[3]
Elmi fəaliyyəti
Elm sahəsi inqilabçı, siyasətçi, publisist

Təltifləri Sovet İttifaqı Qəhrəmanı Sosialist Əməyi Qəhrəmanı
"Qələbə" ordeni "Qələbə" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni 1-ci dərəcəli "Suvorov" ordeni "Moskvanın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Yaponiya üzərində qələbəyə görə" medalı "Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni Collar of the Order of the White Lion "Ağ şir" ordeni Medal "For the Victory over Japan" of Mongolia "Suxe-Bator" ordeni "Suxe-Bator" ordeni "Qırmızı bayraq" ordeni
Order of the Red Star Order of the Republic
Czechoslovak War Cross 1939–1945 Czechoslovak War Cross 1939–1945
Monqolustan Xalq Respublikasının Qəhrəmanı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İki dəfə SSRİ-nin ən ali hərbi ordeni olan "Qələbə" ordeni ilə təltif edilib.

Adı və soyadı

[redaktə | mənbəni redaktə et]

Stalinin həqiqi soyadı — İosif Vissarionoviç Cuqaşvili (onun və onun atasının adı gürcü dilində İosebBesarion kimi tələffüz olunur), qısaldılmış formada isə — Sosodur. Belə bir versiya yarandı ki, onun soyadı Cuqaşvili — gürcü yox, gürcüləşmiş osetin (Cuqaşev) soyadıdır, ancaq əksər tədqiqatçılar bunu qəbul etmirlər. İnqilaba qədər Cuqaşvili çoxlu təxəllüs və partiya ləqəblərindən istifadə etmişdir. Əsasən Besoşvili (Beso- Vissarion ləqəbinin qısaldılmış forması), Nijeradze, Çijikov, İvanoviç. Bu ləqəblər arasında (Stalini çıxmaq şərtilə) ən məşhuru gürcü folklorundan çıxan "Koba" olmuşdur. Hətta Stalini sonralar da qoca bolşeviklər Koba ləqəbi ilə çağırarmışlar, müharibəyə qədər hətta Voroşilovda onu bu cür çağırarmış. "Stalin" təxəllüsünün kökü mübahisəlidir: bəziləri onun "stal" (rus. стальpolad), digərləri isə nart eposu ilə və ya onun tərcüməçisi E. Stalinskinin soyadı ilə əlaqələndirirlər.

Böyük Vətən Müharibəsi illərində Stalin "Vasili" (oğlunun adı ilə əlaqədar) təxəllüsündən istifadə etmişdir. Adətən ona adı və atasının adı və ya hərbi rütbəsi ("yoldaş Sovet İttifaqı Marşalı (Generalissimus)")ilə yox sadəcə "yoldaş Stalin" kimi müraciət etmişlər.

Uşaqlığı və gəncliyi

[redaktə | mənbəni redaktə et]
Stalinin gəncliyi, 1912-ci il

Rəsmi versiyaya görə 21 dekabr 1879-cu ildə və ya metrit kitabındakı qeydə əsasən 6 dekabr 1878-ci ildə Gürcüstanda Qori şəhərində anadan olmuşdur. Ailədə üçüncü uşaq olmuşdur, iki ilkinlər uşaqlıqda ölmüşdür. Onun doğma dili gürcü dili olmuşdur, rus dilini sonra öyrənmişdir, lakin həmişə hiss olunacaq gürcü ləhcəsi ilə danışmışdır. Lakin Stalinin əsl atası yəhudi səyyah Nikolay Prjevalski olmuşdur. Buna görə Stalini gürcü hesab etmək olmaz. O, yəhudi olmuşdur.

Kasıb çəkməçinin və qala kəndli qızının ailəsində böyümüşdür. İosifin 11 yaşı olanda atası vəfat etmişdir. 1888-ci ildə İosif Qoridə möhkəm nizam-intizam höküm sürən kilsəyə, 1894-cü ildə isə Tbilisidə seminariyaya daxil olur. Lakin buranı qurtara bilməyib oradan qovulur (rəsmi versiyaya görə Marksizmin təşviqatına görə). Daima lider olmağa çalışmış və yaxşı oxumuşdur, anasının istəyi əsasında öz karyerasını kilsədə qurmaq istəyir. Təhsil illərində seminariyada gürcü dilində şeir yazmışdır. Onun şeirlərindən bir neçəsi inqilabdan əvvəl nəşr olunmuş şeirlər toplusunun içində olmuşdur: 1949-cu ildə Stalinin 70 illiyinə onun rus dilində şeirlərindən ibarət kitabı hazırlanırdı (gürcü dilindən tərcüməyə böyük mütəxəsislər, əsasən Arseni Tarkovski cəlb olunmuşdur), lakin bu kitab nədənsə nəşr olunmadı.

İnqilabdan öncə

[redaktə | mənbəni redaktə et]
Vladimir Lenin və İosif Stalin

1901–1902-ci illərdə RSFSR-in Tbilisi və Batumi komitələrinin üzvü. RSFSR-in II qurultayından (1903) sonra-bolşevik. Dəfələrlə həbs olunmuş, sürgün olunmuş və sürgündən qaçmışdır. 1905–1907-ci illərdə Birinci rus inqilabının iştirakçısı. 1907–1908-ci illərdə RSFSR-in Bakı komitəsinin üzvü. RSFSR-in 6-cı Ümumrusiya konferensiyasında (1912) sonra MK-nın pleniumunda MK-nın və RSFSR MK-nın rus bürosuna seçkisiz qəbul olunmuşdur.

1906–1907-ci illərdə Qafqazda eksproprkasiya adlanan əməliyyata rəhbərlik etmişdir. 1907-ci il 25 iyunda bolşeviklərin pula ehtiyacını ödəmək üçün inkassator faytonuna hücum təşkil etmişdir.

1909–1917-ci illərdə sürgündə olduğu müddətdə esperantonu (süni beynəlxalq dil) öyrənmişdir.

1917-ci il fevral inqilabından sonra Petroqrada qayıdır. Lenin mühacirətdən qayıdanadək MK-ya və bolşevik partiyasının Peterburq komitəsinə rəhbərlik etmişdir. 1917-ci ildən "Pravda" (Həqiqət) qəzetinin redaksiya heyətinin, Bolşevik partiyası MK politbüronun, hərbi-inqilabı mərkəzin üzvü olmuşdur. Leninin məcburi gedişi səbəbi ilə əlaqədar olaraq gizli şəraitdə keçirilmiş RSDFP(b)nin VI qurultayında Stalin MK-da hesabat məruzəsi ilə çıxış etmişdir. Oktyabr silahlı üsyanında iştirak etmişdir. 1917-ci il Oktyabr inqilabından sonra Xalq Komissarları Sovetinə Milliyyətçilik üzrə xalq komissarı kimi daxil olmuşdur.

Müvəqqəti hökumətə və onun siyasətinə mövqedən belə çıxır ki, demokratik inqilab hələ ki, qurtarmayıb və hökumətin devrilməsi praktiki məqsəd deyil.

Vətəndaş müharibəsi

[redaktə | mənbəni redaktə et]

Rusiya vətəndaş müharibəsi başlayandan sonra Stalin Rusiyanın cənubuna Şimali Qafqazdan çörəyin hazırlanıb sənaye mərkəzlərinə çatdımaq üçün ÜMİK-nin (ВЦИК) fövqəladə səlahiyyətli nümayəndəsi kimi göndərlimişdi. 1918-ci ilin 6 iyununda Tsarıtsına çatan Stalin şəhərdə nizam yaratdı. Moskvaya ərzağın çatdırılmasını təmin etdi, daha sonra isə Tsarıtsını Krasnovun dəstələrindən müdafiyəyə hazırladı. K. E. Voroşilovla birlikdə onlar Tsarıtsının müdafiəsini təmin edib Krasnovun və Dutovun ordu hissələrinin birləşməsinin qarşısını aldılar.

1918-ci ilin dekabrında admiral Kolçakın Sibirə hücumu başladı. O, şimaldan hücuma keçmiş ingilislər və ağqvardiyaçılarla birləşməyi planlaşdırırdı. Yaranmış fövqəladə-ciddi vəziyyəti aradan qaldırmağı Lenin Stalinə tapşırdı. Stalin Dzerjinski ilə birlikdə Perm altında ki, vəziyyəti tez və qətiyyətlə bərpa etdilər.

1922-ci ilin aprelində RKP (b) MK-nın pelniumunda Stalin MK-nın birinci katibi seçildi. Əvvəllər bu vəzifə yalnız partiya aparatına rəhbərlik demək idi, partiyanın lideri və dövlətə rəhbərliyi isə formal da olsa Xalq Komissarları Sovetinin sədri V. İ. Lenində qalmaqda idi.

Vladimir Lenin Stalinin təşkilatçılıq qabiliyyətini, onun biliyini, təcrübəsini, milli və digər kəskin siyasi problemləri həll edə bilməsi bacarığını yüksək qiymətləndirirdi. Onlar arasında şəxsi və prinsipial mübahisələr də olmuşdur. Lakin bu hallar heç bir şəkildə siyasi zidiyyət halları almamışdır. Buna baxmayaraq Lenin Stalini kobudluqda çox kəskin sürətdə ittiham edirdi. Onun fikrincə Stalinin bu keyfiyyəti birinci katib vəzifəsində olan şəxs üçün deyil, bu hal partiya rəhbərliyinin parçalanmasına gətirib çıxara bilər.

Lenin "Qurultaya məktub"unda qeyd edirdi ki, Stalin çox kobuddur və onu birinci katib vəzifəsindən çıxartmaq lazımdır. Stalinin işçi kimi keyfiyyətlərini nəzərə alan partiya rəhbərləri bunu etmədilər.

Lenini vəfatında sonra Stalin politburonun iki ən nüfuzlu üzvləri L. B. Kamenyov və Q. E. Zinovyevlə birləşib "üçlüyü" formalaşdıra bildi. Birlikdə onlar L. D. Trotski və onun tərəfdarlarını məğlub edə bildilər.

Kollektivləşmə

[redaktə | mənbəni redaktə et]

1930-cu illərin əvvəlindən etibarən kənd təsərrüfütlarının mərkəzləşmiş kolxozlarda (kolxoz — rus dilindən tərcümədə Kollektiv Təsərrüfat deməkdir) birləşdirlməsi — təsərrüfatın məcburi kollektivləşdirilməsi aparılırdı. Torpağa olan hüququn ləğv edilməsi "siniflər məsələsi"nin həllinin nəticəsi idi. Həmçinin o zaman ki, iqtisadi düşüncələrə əsasən iri kolxozlar texnikanın birləşdirilməsi və əməyin bölüşdürülməsi hesabına daha effektiv işləyə bilərdilər. Qulaq adlanan o zamanki, kəndlilər kollektivləşməyə qarşı çıxıb çıxmadıqlarından asılı olmayaraq, məhkəməsiz istintaqsız əmək düşərgələrində işlədilir və ya Sibirin və şərqin ucqar hissələrinə göndərilirdilər.

Stalinin yeritdiyi sənayeləşdirmə buğda və digər məhsulların xaricə eksportundan əldə edilən böyük vəsaitlər və avadınlıqlar tələb edirdi. Kolxozlar üçün dövlətə veriləcək böyük miqdarda kənd təsərrüfatı məhsulları planı qoyulmuşdu. Bəzi tarixçilərin fikrincə məhz bu planlar 1932–33-cü illərdə baş vermiş kütləvi aclıqlara gətirib çıxartmışdır.

İqtisadiyyatın inkişafı

[redaktə | mənbəni redaktə et]

Sənayeləşməni məcburiyyət qarşısında qalıb ağır sənayenin baza sahələrindən inkişafa başlaması bazarları kəndə lazımi məhsullar ilə təmin edə bilmədi.

Şəhərlərin normal məhsul təchizatı pozuldu, təsərrüfat malları vergisi natura şəklində idi, 1924-cü ildə isə pulla əvəzləndi. Çıxılmaz vəziyyət yaranmışdı: balansın bərpası üçün sənayeləşməni sürətləndirmək lazım idi, sənayenin sürətli inkişafı üçün kənddən gələn məhsulların, eksporta gedəcək malların və işçi qüvvəsinin miqdarı artmalı idi, bunun üçün isə çörək istehsalı və onun əmtəəliyi artmalı, kəndlərdə ağır sənayenin məhsullarına (maşınlara, dəzgahlara) ehtiyac yaratmaq lazım idi.

Bu cür çətinliyi aradan qaldırmaq isə yalnız kənd təsərrüfatının radikal modernləşməsindən sonra həll oluna bilərdi. Nəzəri olaraq bunu üç yolla etmək olardı. Birinci — "Stolıpin islahatları"nı yeni formada davam etdirmək, QULAQ-ların artan gücünü dəstəkləmək, kəndlilərin iri fermerlərə və proletariata təbəqələşməsi, kəndin əsas vəsaitini onların xeyrinə yönəltmək. İkinci — kapitalist təsərrüfatının mənbələrini (QULAQları) ortadan qaldırmaq və iri mexanikləşdirilmiş kollektiv təsərrüfatların yaradılması. Üçüncü yol — fərdi kəndli təsərrüfatlarının tədricən inkişaf etdirmək və onları "təbii" tempdə birləşdirmək — bu yol bütün hesablara görə çox gec baş verəcəkdi. 1927-ci ildə çorək istehsalı dayandırılandan sonra qəti addımlar atmaq lazım gəldi (stabil qiymətlər, qapalı bazar və hətta represiyalara) və artıq 1928–1929-cu illərdə baş vermiş növbəti çörək qıtlığı bu problemin tezliklə həllini labüd etdi.

1929-cu ildə tədarük zamanı görülmüş fövqəladə tədbirlər artıq qeyri-normal hal kimi qəbul edildi və 1300-ə qədər qiyama gətirdi. 1929-cu ildə artıq bütün şəhərlərdə (1928-ci ildə yalnız bəzi şəhərlərdə) çörəyə kartoçka tətbiq edildi.

Kəndlərdə fermerliyin kəndçiləri təbəqələrə bölməklə yaratmaq Sovetlərin ideoloji prinsiplərinə uyğun deyildi. Kollektivləşmə kursu götürüldü. Bu da QULAQların bir "sinif" kimi məhvinə səbəb oldu.

İkinci mühüm sual — sənayeləşmə üsulunun seçilməsi. Bu məsələnin müzakirəsi çətin və uzun çəkdi, müzakirənin nəticəsi isə dövlətin və cəmiyyətin gələcək taleyini müəyyənləşdirdi. Əsrin əvvəllərindəki Rusiyadan fərqli olaraq xarici investorlar mühüm maliyyə mənbəyi kimi SSRİ-də yox idi və SSRİ sənayeləşməni yalnız və yalnız öz daxili resurslarının hesabına inkişaf edə bilərdi. Nüfuzlu qruplar (Politbüronun üzvü N. İ. Buxarin, Xalq Komisarları Sovetinin sədri A. İ. Rıkov və ÜMPİS-in (ВЦСПС) sədri M. P. Tomski) Yeni İqtisadi Siyasət (YİS) sayəsində vəsaitin toplanmasını və inkişafın "amanverici" üsuluna tərəfdar idilər. İ. V. Stalin — sürətləndirilmiş üsulun. Stalinin nöqteyi-nəzəri qalib gəldi.

İkinci dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]
Tehran konfransı: Stalin, Ruzvelt, Çörçill

1938-ci ildə Qərb ölkələrinin Çexoslovakiyanı onun zəngin sənaye potensialı ilə birlikdə Hitlerə bağışlayıb imzaladıqları "Münhen sazişi"-nə cavab olaraq 1939-cu ilin 23 avqustunda Stalin Adolf Hitler ilə "hücumetməmə paktı"-nı imzaladı. Molotov-Ribbentrop paktının gizli əlavələrində (yalnız XX əsrin sonlarında nəşr olunmuşdur) SSRİAlmaniya öz aralarında Şərqi Avropanı öz nüfuz dairələrinə bölməni razılaşdırmışdılar. Nəticədə paktın imzalanmasının bütün "gunahı" anti-nasist cəbhəsi yaratmaq istəməyən və Almaniyanı "sakitləşdirmə" siyasəti yürüdən Qərb ölkələrinin boynuna qoyuldu.

Artıq müharibədən sonra, rəsmi şərhdə "Pakt"ın müharibənin başlanmasının uzadılması niyyətini ilə imzalandığının deyildi. Son nəticədə o, Hitleri həqiqətəndə ilk öncə İngiltərəyə hücum etməklə iki cəbhədə döyüşməyə məcbur etdi. Beləliklə müttəfiqlər SSRİ-yə kömək etməyə məcbur oldular. Lakin, tarixçi Dmitri Volkoqonovun fikrincə pakt müdafiəedici olmaqdan daha çox hücumedici idi, Robert Konkvest isə düşünür ki, Stalinin və Hitlerin rəhbər olduqları rejimlər bir-biri ilə ruhi cəhətdən yaxın olması paktın bağlanması üçün əsas səbəbdir. Paktın iqtisadi cəhətlərindən də yan keçmək olmaz. Sovet rəhbərliyinin əsas şərti SSRİ-yə kreditin verilməsi idi. Müharibədən öncə potensial düşməndən kredit götürmək — unikal tarixi hadisədir, lakin Stalin bunu bacardı. Nəticədə SSRİ 7 il müddətinə 4,5%-lə 200 mln Alman markı aldı. Bu vəsait investisiya məqsədi üçün istifadə olundu: Almaniyadan avadanlıqlaq, maşınlar və dəzgahlar alındı, bu avadanlıqların böyük hissəsi sonda Almaniyaya qarşı döyüşdə istifadə olundu.

1 sentyabrda paktın imzalanmasında düz bir həftə sonra Hitler Polşaya qərbdən soxuldu. 17 sentyabrda Sovetlər İttifaqı ukraynalıları və belorusiyalıları müdafiə bəhanəsi ilə Polşanın şimalına soxuldu və ölkənin şərq hissəsini tutdu (indiki Qərbi UkraynaQərbi Belorusiya). O da deyilməlidir ki, hücum zamanı Polşa və Sovetlər İttifaqı arasında hücumetməmə haqqında pakt mövcud idi. Elə həmin il SSRİ və Latviya, LitvaEstoniya arasında əldə edilmiş razılığa əsasən bu ölkələrə sovet ordusunun azsaylı kontingenti yeridildi (1940-cı ildə bu ölkələr öz parlamentlərinin qərarı ilə SSRİ-yə qoşuldular). Bir az sonra Sovet İttifaqı sovet-rumın razılaşması əsasında Bessarabiyanı tutdu, hansı ki, Rumıniya 1918-ci ilin aprelində birtərəfli sürətdə özünə birləşdirmişdi (1918-ci ildə RSFSR ilə imzalanmış müqaviləni pozaraq). Bu ərazi Moldova SSR elan edildi. Bu yerlərin əhalisinin bir qismi beynəlxalq münasibətlərin kəskinləşməsi ucbatında mərkəzi rayonlara köçürülmüşdülər.

1941-ci ilin mayında Stalin öz üzərinə Xalq Komisarları Sovetinin sədri məsuliyyətini götürdü.

1941-ci il iyunun 22-də Üçüncü Reyx Sovet İttifaqına qarşı aqresiyaya başladı. Böyük Vətən müharibəsi başladı. Bəzi tarixçilərin fikrincə Stalin faşist Almaniyasının tezliklə hücum edəcəyi haqqında casus məlumatlarına haqsız olaraq etinasız yanaşmışdır. Digərləri isə düşünürlər ki, bu haqda məlumat kifayət qədər deyildi və Stalinin əlində əsas var idi ki, bu məlumatları dezinformasiya hesab etsin (Bəzi tarixçilər, almanların SSRİ-yə hücumunun gözlənilməzliyini, yaponların Pyorl-Harbora hücumu ilə müqayisə edirlər). Hər halda hücum zamanı Qırmızı Ordunun dislokasiyası sərhədlər qərbə çəkildiyi üçün zəif idi, qüvvələr sərhəddə zəif konsentrasiyada və müdafiəyə tam hazırsız vəziyyətdə idi. Məhz bu şərtlər həmçinin elədə yüksək olmaya şəxsi heyətin hazırlığı və pis idarə olunma müharibənin ilk mərhələsində Hitlerə SSRİ üzərində üstünlük qazandırdı və o qısa müddətdə sovet müdafiəsini dərin yarıb, Qırmızı Ordunun nəzərəçarpacaq qüvvələrini əhatəyə alıb məhv edə bildi, həmçinin Belorusiyanı, Pribaltikanı, UkraynanıRSFSR-in qərb hissələrini tuta bildi.

Bir neçə aydan sonra Qırmızı Ordu öz müdafiəsini təmin etdi və 1941-ci ilin qışında almanları Moskva yaxınlığında dayandırdı. O zamana kimi artıq sənaye müəssisələri şərqə köçürülmüşdü. 1937-ci il "təmizləmə"sinin qurbanları əvəzinə özünü yeni nəsil hərbçilər büruzə verdi — Georgi Jukov, İvan Konyev, Aleksandr Vasilevski və həbsdən azad olunmuş 1937-ci il "təmizləmə"sini qurbanı — Konstantin Rokossovski.

Müharibə başlayan kimi kimi Stalin Dövlət Müdafiə Komitəsinin sədri, Müdafiə Xalq komissarı və SSRİ hərbi qüvvələrinin Ali-Baş komandanı oldu. 16 avqust 1941-ci il tarixli Ali-Baş Komandanın Qərərgahının N-270 saylı əmrində deyilirdi: "Döyüş zamanı üzərlərindən fərqlənmə nişnalarını çıxartmış və düşmən tərəfə keçmiş və ya onlara əsir düşmüş komandir və siyasi işçilər qatı dezertir hesab olunsunlar, onların ailələri isə hərbi andı pozmuş və vətəni satmış dezertirlərin ailəsi kimi həbsə məhkum olunsun." Mühasirədən çıxmış və ya əsirlikdən qayıtmış sovet əsgərləri filtirasiya düşərgələrinə düşürdülər, bundan sonra isə böyük əksəriyyəti yenidən orduya qayıdırdılar. Müharibədən sonra alman düşərgələrindən azad olmuş bütün sovet əsgərləri XDİK (NKVD)-in yoxlanışından keçirdilər. Onların bir hissəsi SSRİ-də həbs və məhkum olunmuşdur.

Müharibənin başlanğıcında Povoljya almanları SibirəMərkəzi Asiyaya köçürüldü, 1944-cü ildə isə Krım tatarları və bəzi Qafqaz xalqlarıda (həmçinin Axısqa türkləri) öz yerlərindən deportasiyaya məruz qalmışlar.

Aralarında ideoloji kinin olmasına baxmataraq SSRİ, Böyük BritaniyaABŞ rəhbərləri Antihitler koalisiyasını yarada bildilər və 1944-cü ildə ikinci cəbhə açıldı. Bir neçə dəfə keçirilmiş yüksək səviyyəli görüşlərdə Stalin özünü bacarıqlı və qətiyyətli diplomat kimi gösətərə bildi.

Müharibə zamanı Stalin "Sovet İttifaqı qəhrəmanı" adına layiq görülüb, iki dəfə "Qələbə (Победа) ordeni" və I dərəcəli "Suvorov ordeni" ilə təltif olunmuşdur. 6 mart 1943-cü ildə Stalin "Sovet İttifaqı Marşalı" rütbəsi, 27 iyun 1945-ci ildə isə məxsusi daxil edilmiş "Sovet İttifaqı Generalissimusu" rütbəsi verildi. Hətta müharibə qurtardıqdan sonrada Stalin hərbi idarələrə (1946-cı ilin fevralınadək — Müdafiə Xalq Komisarı və 1947-ci ilin martına kimi -SSRİ Hərbi Qüvvələri naziri) rəhbərlik edib.

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]

Müharibədən sonra ölkə iqtisadiyyatın sürətli inkişafı və qəsdən yandırılmış torpaqların bərpası yoluna qədəm qoydu. Müharibədən sonrakı bandit özbaşnalığını Stalin qəti tədbirlərlə kökündən kəsdi.

Müharibədən sonra azad edilmiş və sonradan Varşava Müqaviləsi Təşkilatını əmələ gətirəcək Şərqi Avropa ölkələrində prostalin kommunist rejimləri quruldu. Müharibədən sonra SSRİABŞ arasında Uzaq şərqdə baş vermiş münaqişə Koreya müharibəsinə gətirib çıxartdı.

1940-cı illərin sonlarında böyük-dövlətçilik ideologiyası (Kosmopolitizmlə mübarizə) gücləndi. 1950-ci illərin əvvəllərində Şərqi Avropa ölkələrində, daha sonra isə SSRİ də bir neçə böyük səs-küyə səbəb olmuş Antisemitik istiqamətli proseslər baş vermişdir.

Elm və təhsil

[redaktə | mənbəni redaktə et]

Stalinin göstərişinə əsasən ictimai elmlərdə, xüsusilə də humanitar elmlərdə dərin yenidənqurma həyata keçirilmişdir. Orta və Ali məktəblərdə Vətən tarixinin tədrisi bərpa olundu.

Elm, texnika və mədəniyyət xadimlərini həvəsləndirmək məqsədilə hər il verilən (1941-ci ildən başlayaraq) Stalin mükafatı təsis edilmişdir. Stalin dövründəki elmin inkişafını yüksəliş kimi qiymətləndirmək olar. Fundamental və tətbiqi elmi-tədqiqat institutları şəbəkəsinin, konstruktor bürolarının və Ali məktəblərdə laboratoriyaların yaranması hərcəhətli tədqiqatlara şərait yaratdı. Alimlər ölkənin həqiqi elitasına çevrildi. Fiziklərdən Kurçatov, Landau, Tamm, riyaziyyatçılardan Keldış, kosmik texnikanın yaradıcısı Korolyov, aviakonstruktor Tupolevun adları bütün dünyada tanınır. Stalin SSRİ-ni yeni inkişaf mərhələsinə çıxaracaq mütərəqqi elm və texnika sahələrinə daha çox diqqət ayırırdı. Təkcə 1946-cı ildə şəxsən Stalin atom texnikası və elmini inkişafı ilə əlaqədar altımış mühüm əhəmiyyətli sənəd imzalamışdır. 1952-ci ildən başlayaraq yerli kompyuterlər yaradılmağa başlandı. Bu qərarlar nəticəsi təkcə ölkənin nüvə dəbilqəsinin yaradılması olmadı, həmçinin dünyada ilk Atom Elektrik Stansiyası Obninsk AES tikildi (1954), 1957-ci ildə dünyada ilk atom buzqıran gəmi "Lenin" gəmisi suya buraxıldı və energetikanın növbəti inkişafı getdi.

Lakin o da deyilməlidir ki, elmi fəaliyyətin mərkəzi şəkildə idarə olunması dialektik materializmə zidd olan elmi sahələrin inkişafdan qalmasına səbəb oldu. Genetikakibernetika kimi böyük elmi tədqiqat sahələri "burjaziyanın yalançı elmi" elan edildi. Bunun nəticəsi çoxsaylı həbslər və tanınmış sovet alimlərinin güllələnməsi oldu. Stalinin özünün maraqlı olduğu Biologiyada keçəlləşmə, linqivistikada dil haqqında yeni təlim kimi yalançı elmi sahələr Stalin dövründə həqiqətəndə dövlət tərəfindən dəstəklənmişdir.

Stalin şəxsiyyətinə pərəstiş

[redaktə | mənbəni redaktə et]

Sovet propaqandası Stalinin ətrafında yarı-ilahi "böyük rəhbər və müəllim" siması yaradıldı. Stalin və onun yaxın ətrafının adları şəhərlərə, zavodlara, kolxozlara, hərbi texnikalara verilirdi. Onun adı Marks, EngelsLenin ilə birlikdə çəkilirdi. Onun haqqında tərifləyici mahnılar bəstələnirdi və hətta onun adı SSRİ-nin 1944-cü il himninin tekstinə də salınmışdır.

Şəxsiyyətə pərəstişlik tənqid edildikdən sonra məşhur yazıçı M. Şoloxov Stalin şəxsiyyətinə pərəstiş haqqında belə demişdir: "Hə, həqiqətəndə pərəstiş var idi…. amma şəxsiyyət də var idi!"

Stalin haqqında uydurmalar

[redaktə | mənbəni redaktə et]

Xruşşov iddia edirdi ki, almanların hücumundan dərhal sonra Stalin dəhşətli qorxu ilə yaxın bağa çəkilir və heç bir zəngə cavab verməmişdir, lakin müasir tarixçilər bu versiyanı təkzib edirlər.

Çörçillə aid edilən sitat — "Stalin Rusiyanı xışla qəbul edib atom silahı ilə yola saldı" (bəzən daha geniş mətndə tərcümə olunur) — yalnız 1980-ci illərin sovet mətbuatında təsadüf olunur, bu sitatın orijinal ingilis variantı — Çörçillin əsərlər toplusunda rast gəlinməyib. Çörçill həqiqətən də Stalin haqqında bir neçə tərifləyici sözlər demişdir, lakin bu müharibə dövrünə aiddir. Çörçill Stalin haqqında sonuncu tərifləyici sözü, paradoksal görünsə də, Soyuq müharibənin başlanğıcını bildirən öz məşhur Fulton nitqində demişdir; sonralar Çörçill Stalin haqqında müsbət bir şey deməmişdir.

1956-cı ildə Avropa ölkələrində bir sənəd işıq üzü görmüş və geniş yayılmışdı. Guya ki, bu sənəd 1913-cü ildə Polis departamenti tərəfindən hazırlanmışdır və Gizli polisin agenti — Cuqaşvili — Stalin haqqında gizli məktubdur. Elmi tədqiqatlar (həmçinin Stalinin rəqibləri tərəfindən aparılan tədqiqatlar da) sübut etdi ki, bu sonradan hazırlanmışdır və saxtadır.

Stalinin şəxsi həyatı və ölümü

[redaktə | mənbəni redaktə et]

1904-cü ildə Stalin Ekaterina Svanidze ilə evlənir, lakin üç ildən sonra arvadı tuberkulozdan dünyasını dəyişdi. Onların yeganə oğlu olan Yakov İkinci dünya müharibəsi zamanı almanlara əsir düşür. Bu haqda yayılmış versiyaların birində, həmçinin İvan Stadnyukun "Müharibə" və "Qurtuluş" sovet kinosunda almanlar Stalinə onun oğlunu feldmarşal Fridrix Paulusa dəyişməyi təklif edirlər, buna cavabında isə Stalin deyir: "Mən əsgərə feldmarşal dəyişmirəm". 1943-cü ildə Yakov qaçmağa cəhd edərkən alman hərbi düşərgəsi olan Zaksenhauzendə güllələnmişdir. Yakov üç dəfə evli olmuşdur və onun Yevgeni adlı oğlu hətta 1990-cı illərin rusiya siyasətində də iştirak etmişdir (Stalinin nəvəsi Anpilov blokunun namizədləri sırasında olmuşdur); Cuqaşvililərin bu birbaşa kişi xətti indi də mövcuddur.

1919-cu ildə Stalin ikinci dəfə evlənir. Onun ikinici arvadı, ÜKP (b)-nin üzvü, Nadejda Alliluyeva olur. O, 1932-ci ildə Kremldə ki, otağında özünə qəsd edir (rəsmi olaraq isə qəfil ölüm kimi göstərilir). Stalinin ikinci nikahından iki uşağı olur: Svetlena və Vasili. Onun oğlu Vasili, hərbi-hava qüvvələrinin zabiti, Böyük Vətən Müharibəsində müxtəlif komandir vəzifələrində iştirak edir, müharibədən sonra isə Moskvanın havadan müdafiəsinə (general-leytenant) rəhbərlik edir, Stalinin vəfatında sonra isə həbs olunur. 1960-cı ildə azadlığa çıxdıqdan bir müddət sonra vəfat edir. Stalinin qızı Svetlana Alliluyeva 1967-ci il 6 martında Dehlidə ki, Amerika Birləşmiş Ştatları səfirliyindən siyasi sığınacaq istəyir və elə həmin ildə ABŞ-yə köçür. Stalinin ailəsində 11 yaşına kimi Artyom Serqeyev (vəfat etmiş inqilabçı Fyodr Serqeyevin oğlu — "yoldaş Artyom") tərbiyə almışdır.

Həmçinin, mühacirətində Stalinin nikahdankənar oğlu — Konstantin Kuzakov dünyaya gəlmişdir. Stalin onunla əlaqə saxlamamışdır.

1953-cü il martın 5-də Stalin beyninə qansızmadan vəfat etmişdir. Belə bir versiya da mövcuddur ki, Lavrenti Beriya və ya N. S. Xruşşov ona kömək etməməklə onun ölümünə səbəb olmuşlar.

1953-cü il martın 5-də Stalinlə vida mərasimi zamanı küllü miqdarda insan onunla vidalaşmaq istədiyindən basabas yaranır. O zaman həlak olnaların dəqiq sayı hələ də məlum deyil, lakin ölən kifayət qədər çox olmuşdur. Həmçinin bir faktda məlumdur ki, basabasda həlak olanlardan biri 1422 nömrəsi almışdır; nömrələmə yalnız o cəsədlər üçün aparılırdıki, onları qohumlarının və ya dostlarını köməyi olmadan müəyyən etmək mümkün deyildi.

Stalinin balzamlanmamış cəsədi Lenin Mavzoleyində ümumxalq nümayişinə qoyulur və həmin mavzoley 1953–1961-ci illərdə "V. İ. Lenin və İ. V. Stalin Mavzoleyi" adlanır. 1961-ci il oktyabrın 30-da Sov. İKP-nin XXII qurultayında qərara alındı ki, "Stalinin Lenin vəsiyyətlərini kobud şəkildə pozması … onun cəsədini Mavzoleydə saxlamağı qeyri-mümkün edir". 1961-ci il 31 oktyabrdan 1-i noyabra keçən gecə Stalinin cəsədi Mavzoleydən çıxarıldı və Kreml divarında basdırıldı. Sonradan məzarın üzərində abidə ucaldı (büstün müəllifi M. V. Tomski).

Stalin Sosialist Əməyi Qəhrəmanı (1939) və Sovet İttifaqı Qəhrəmanı fəxri adlarına layiq görülmüşdür(1945). İki "Qələbə" ordeni (1943, 1945), üç Qırmızı Bayraq ordeni, üç Lenin ordeni (1939,?,1945), I dərəcəli Suvorov ordenləri kavalyeridir.

  1. 1 2 Jossif Stalin // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Josif Stalin // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. 1 2 3 4 5 6 7 8 Сталин Иосиф Виссарионович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. 1 2 http://news.bbc.co.uk/1/hi/world/europe/10412097.stm.
  6. 1 2 http://www.ducksters.com/biography/joseph_stalin.php.
  7. İosif Stalin // Большая советская энциклопедия[в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978..
  8. И.А.Красильников. Неизвестный Центральный фронт. Документальная хроника с 24 июля по 26 августа 1941 года. Центрального фронта Красной армии и группы армий "Центр" Германии. — Москва: "Информация", 2015. — С. 514. — 664 с., ил. с. — ISBN 978-5-903676-32-3. — ISBN 978-5-903676-32-3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]


Sovet İttifaqı Marşalları
Kliment VoroşilovMixail TuxaçevskiAleksandr YeqorovSemyon BudyonnıVasili BlyuxerSemyon TimoşenkoQriqori KulikBoris ŞapoşnikovGeorgi JukovAleksandr Vasilevskiİosif Stalinİvan KonyevLeonid QovorovKonstantin RokossovskiRodion MalinovskiFyodor TolbuxinKirill MeretskovLavrenti BeriyaVasili SokolovskiNikolay BulqaninHovannes BaqramyanSergey BiryuzovAndrey QreçkoAndrey YeryomenkoKirill MoskalenkoVasili ÇuykovMatvey ZaxarovFilipp QolikovNikolay Krılovİvan YakubovskiPavel BatitskiPyotr KoşevoyLeonid BrejnevDmitri UstinovViktor KulikovNikolay OqarkovSergey SokolovSergey AxromeyevSemyon KurkotkinVasili PetrovDmitri Yazov