Malcolm Douglas McIlroy (24 aprel 1932) — Amerikalı riyaziyyatçı, mühəndis və proqramçıdır[1]. 2019-cu ildən Dartmut Kollecində Kompüter Elmləri üzrə köməkçi professordur. McIlroy, ilkin olaraq Unix pipeline -ni təklif etməsi və spell, diff, sort, join, graph, speak, və tr kimi bir neçə Unix tools -u inkişaf etdirməsi ilə məşhurdur.[2] O, həmçinin makro prosessorların və proqramlaşdırma dilinin genişlənməsinin qabaqcıl tədqiqatçılarından biri idi.[3] O, bir çox nüfuzlu proqramlaşdırma dillərinin, xüsusən PL/I, SNOBOL, ALTRAN, TMG və C++ dizaynında iştirak etmişdir.
Duqlas Makilroy | |
---|---|
Doğum tarixi | 24 aprel 1932 (92 yaş) |
Elm sahəsi | |
İş yeri | |
Alma-mater |
|
Təhsili | |
Elmi rəhbəri | Erik Reissner |
Tanınır | Makros, Unix boru kəmərləri, Unix fəlsəfəsi, proqram komponentləri, Echo, Diff, Sort, Join, RUNOFF, tr, Unix təlimatı |
cs.dartmouth.edu/~doug/ | |
Vikianbarda əlaqəli mediafayllar |