Xalq mahnısı daha çox Azərbaycan SSR xalq artisti Hacıbaba Hüseynovun özünəməxsus tərzdə ifasıyla məşhurlaşmışdır. Sonralar mahnını Alim Qasımov, Səxavət Məmmədov, Təyyar Bayramov kimi məşhur xanəndələr ifa etmişdir.
- Dilbər telin daramı, (bəzən: Qara telin daramı)
- Yoxdur könlüm aramı! (bəzən: Yoxdur könül aramı!)
- Sən ki, təbib deyildin,
- Neyçün açdın yaramı? Durnam!
- Sən haralısan sormam, (bəzən: sorma!)
- Mən buralarda durmam!
- Gedəlisən aslan yarım, (bəzən: əsmər yarım)
- Gəl sinəm üstə, Durnam!
- Yaralı Durnam!
- Qarpız kəsdim yeyən yox,
- Vallah dərdim bilən yox! (bəzən: dərdimi)
- Yarım mənlə barışıb, (bəzən: Mən yarımla barışdım)
- Gözün aydın deyən yox! Durnam!
- Sən haralısan sormam, (bəzən: sorma!)
- Mən buralarda durmam!
- Gedəlisən aslan yarım, (bəzən: əsmər yarım)
- Gəl sinəm üstə, Durnam!
- Yaralı Durnam!
- Qarpız kəsdim bar kimi, (bəzən: bal kimi və ya qan kimi)
- Dilimlədim nar kimi.
- Gördüm yarın əllərini, (bəzən: əllərin)
- Gecə yağmış qar kimi, Durnam!
- Sən haralısan sormam, (bəzən: sorma!)
- Mən buralarda durmam!
- Gedəlisən aslan yarım, (bəzən: əsmər yarım)
- Gəl sinəm üstə, Durnam!
- Yaralı Durnam!