Durrat əl Bəhreyn

Durrat əl Bəhreyn (ərəb. درة البحرينج‎ — «Bəhreyn mirvarisi»[1]) — Hind okeanına aid Fars körfəzində yerləşən süni olaraq hazırlanmış arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxildir. Ölkənin Northern City və Diyar əl Muharrak arxipelaqlarından sonra ən böyük üçüncü süni arxipelaqıdır. Adalar paytaxt Manamadan 40.5 km cənubda yerləşir

Durrat əl Bəhreyn
ərəb. درة البحرين
Ümumi məlumatlar
Adaların sayı 15
Ən böyük adası Atoll 1
Ümumi sahəsi 5 km²
Hündür nöqtəsi 0 m
Əhalisi 1.000 nəfər (2010-cu il)
Yerləşməsi
25°50′00″ şm. e. 50°36′50″ ş. u.
Ölkə  Bəhreyn
Akvatoriya
Durrat əl Bəhreyn xəritədə
Durrat əl Bəhreyn
Durrat əl Bəhreyn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya və təsvir

[redaktə | mənbəni redaktə et]

Durrat əl Bəhreyn ölkənin cənub-şərqində yerləşir. «Böyük torpağa» iki avtomonil körpüsü vastəsi ilə birləşir. Körpülər bir dairə xətti ilə keçir. Bütün adalar və onların ətraf akvatoriyaları bir ellips formasınma malikdir. Uzunluqları 4,5 və 3,5 km-dir. Adaların ümumi sahəsi 5 km² yaxındır. Onlar arasındakı akvatoriya sahələri isə 20 km²-dir[2]. 2010-cu il məlumatına görə adalarda 1000 nəfər insan yaşayırdı. Arxipelaqın sahibi Durrat Khaleej Al Bahrain Company[3] adlı şirkətdir.

Arxipelaq ümumilikdə 15 adadan ibarətdir[4]: Atoll 1 (2010-cu il məlumatımna görə adada 870 nəfər yaşayır. Bu isə ümumi arxipelaq əhalisinin 87 % təşkil edir), Atoll 2, Atoll 3, Atoll 4, Atoll 5, Atoll 6, Ləçək 1, Ləçək 2, Ləçək 3, Ləçək 4, Ləçək 5, Aypara, Mehmanxana, Qolf meydançası və Quş adası[5]. Adalarda yaşayış binalarından savayı beş ulduzlu mehmanxanmalar, qolf meyfdançaları, 0,7 km² sahəyə malik yaxta dayanacağı, 13 körpü, o cümlədən 6 avtomobil körpüsü vardır. Müvafiq olaraq Atoll adlı adalara aypara şəklində şimaldan cənuba doğru düzülmüşdür. Ən şimalda Atol 1 adası yerləşir. Ardıcıllıqla sıralanaraq Atol 6 adası ən sonda yerləşir. Eyni ilə Ləçək adaları da bu sıralama ilə düzülür. Mehmanxana adası isə arxipelaqın ən qərbinmdə yerləşənidir. Arxipelaqın ən kiçik adası isə Quş adasıdır.

Layihə 2002-ci ildə təstiqlənmişdir. Anmcaq tikinti işlərinə iki il sonra başlanmışdır. 2008-ci ilin fevralında tikinti işləri dayandırılmışdır. Buna səbəb 1300 nəfərdən ibarət olan işçi miqrantların (əsasən hindlilər[6]) kütləvi tətil elan etməsi olmuşdur. Onlar daha yüksək maaşlar və daha yaxşı yaşayış şərtləri tələb edirdilər[7]. Tətil altı gün davam etmişdir. Bundan sonra işçilərin maaşı 27 %[4] qaldırılmışdır. Bir müddət sonra tikinti işləri bitmiş layihə tam istifadəyə verilmişdir. Tikintinin maliyyə dəyəsi 7 milyard dollar olmuşdur. Halbuki onun 1.2 milyard dollara başa gələcəyi planlaşdırılırdı[2]. Təkcə 2008-ci ilin fevralına kimi 6 milyard dollar xərclənmişdir[8]).