Durusu[2] və ya Terkos (türk. Durusu Gölü; Terkos Gölü) — Türkiyədə, İstanbul şəhərindən 45 km şimal-qərbdə yerləşən su hövzəsi. Gölün maksimal dərinliyi 11 metr, eni 1–2 km, səthinin sahəsi isə 30,4 km²-dir. Göl suyunda 27 balıq növü mövcuddur.[3]
Durusu gölü | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 30,4 km² |
Dərin yeri | 11 m |
Yerləşməsi | |
41°20′24″ şm. e. 28°34′16″ ş. u.HGYO | |
Ölkə | |
|
Gölün sahil xətti son 1000 ildə çox dəyişilmiş və dəyişməyə davam edir. Durusu əvvəlcə Şərqi Frakyada strateji əhəmiyyətli bir yerdə yerləşən körfəz idi. Bu bölgə süquta uğramaqda olan Bizans imperiyasının son məntəqələrindən biri idi. Körfəzdə zaman-zaman Genuya dəniz quldurları sığınırdılar. Yaxınlıqda olan qalanın qalıqları buna sübutdur. Lakin çayın və dəniz axınlarının gətirdiyi allüvial qumun Durusu çayının deltasına toplanmasına səbəb oldu. 1855-ci ildə fransız mühəndisləri limanı gölə çevirməyi və suyundan böyüyən İstanbul əhalisi üçün istifadə etməyi təklif etdilər.
Osmanlı İmperiyası zamanı gölün ətrafında Durusu mahalı var idi.
1971-ci ildə dənizdən duzlu su axınının limana daxil olmasının qarşısını almaq məqsədi ilə Terkos adlanan su anbarı inşa olundu. Məhs bununla axının tənzimlənməsinə imkan yaradıldı. Məhs bu su hövzəsi İstanbulun əsas su mənbəsi hesab olurdu.
Göldə suyun səviyyəsi Qara dənizin səviyyəsinə nisbətən + 4,5 ilə −1 m arasında dəyişir. Su sahəsi də 25 ilə 30.4 km² (maksimum) arasında dəyişir. Göl sahilləri meşələrlə əhatə olunmuşdur. Yaxınlıqda Durusu kəndi yerləşir. Yay aylarında bu ərazi şəhər əhalisinin istirahət məkanına çevrilir.
Son onilliklərdə göldə şirin su flora və faunası əmələ gəlmişdir ki, bu da qum tirəsinin tədricən eroziyaya məruz qalmasına səbəb olur. İcazə ilə göl suyunda balıq tutmaq və su quşlarını ovlamaq olar.
«İstanbul» kanalının ehtimal olunan marşrutlarından biridə Durusu gölündən keçməklə Qara və Mərmərə dənizini birləşdirəcək.[4][5]