Duva xan

Duva xan (12821307) — Cığatay xanlığının xanı, Cığatay xanın törəməsi.

Duva xan
1306 – 1307
SonrakıKünçək xan
1274 – 1306
Şəxsi məlumatlar
Doğum tarixi 1282
Vəfat tarixi 1307
Fəaliyyəti suveren[d]
Uşaqları
Ailəsi Cığataylılar

Buğa-Teymur xanın ölümündən sonra Duva xan onun yerinə Cığatay xanlığı hakimi məqamına gəlmişdir. Kaydu xanın yarlığı ilə Cığatay ulusunun başına keçən Duva xan, Barak xanın oğullarındandır. Onun səltənəti boyunca Cığatay xanlığı üst-üstə gələn təxribat, yağma və qətli-amların meydana gətirdiyi yaraları müalicə etməyə çalışmışdır. Duva xan harap şəhərləri təmir edərkən Əndican adında yeni bir şəhər qurmuşdur. Hər nə qədər bu imar-inşaat işləri Məsud bəy tərəfindən edilmiş və Kaydu xana bağlı olaraq yürütülmüşsə də, nəticə etibariylə öz xanlıq sahəsi Duva xan ilə hüzura kavuşmuştur. 1272-ci ildə Buxaranın təxribi sırasında yıxılan yerlər təkrar canlanmış, Abaqa zamanında təxrib edilən Məsudiyə mədrəsəsi yenidən inşa edilmişdir. Kubilay qaan bu dönəmdə Kaydu və Duva arasındakı ittifaqa qarşı ciddi bir təərrüzü gözə almamışdır. Bu durumdan istifadə edən Duva xan, Xorasan hüdudunu əmniyətə almış hətta Qəznə daxil Hindistana qədər olan bölgələri xanlığı sınırlarına daxil etmişdir. Ancaq Kubilayın törəmələrindən Olcaytu Teymur Qağanın diqqəti Kaydu ilə Duva arasındakı ittifaqa yönəlmişdir. Olcaytu Teymur Qağan ilə Kaydu arasında başlayan müharibələrdə Kaydu həyatını itirmişdir.

Duva xan, Kaydu ilə Olcaytu Teymur Qağan arasındakı mücadiləyə qatılmamış və bu şəkildə yaxşı bir siyasət izləmişdir. Atasının ölümündən sonra Kaydunun yerinə keçən oğlu Çapar xan atasının dirəniş-dirayətini göstərə bilməmiş, şəhərləri idarə edən Məsud Yalavacın nəvəsi Satılmış Yalavac da 1303-cü ildə vəfat etmiş, onun yerinə Məsud Yalavacın üçüncü oğlu Sevinc bəy, Çapar xanın yarlığı ilə şəhərlərin idarəsinə təyin edilmişdir. Sevinc bəy, atası və babası kimi mərkəzi Kokand şəhəri olaraq dəğil, Qaşğar olaraq təyin etmişdir.

1303-cü ildə Duva xan ilə Çapar xan arasında başlayan hüzursuzluq sonrasında çarpışmalar meydana gəlmişdir. Bu durumdan yararlanmaq istəyən Olcaytu Teymur Qağanın orduları, Çapar xan üzərinə yürümüşdülər. Duva xan ilə Çapar xan arasındakı çarpışmalar, 1304-cü ildə savaşa dönüşmüş, Çapar xanın qüvvələri Cığatay ölkəsinə girmişdilər. Eyni zamanda Olcaytu Teymur Qağanın orduları isə Çapar xanın ölkəsini istila etməyə başlamışdılar. 1305-ci ildə çox üstün qüvvələr ilə Ögedeylilərin yurduna girən Qağanlıq orduları Kaydu xanın qurduğu bu güclü eli tamamilə təxrib edib, xaraba qoymuşdular. 1305-ci 1306-cı ilə bağlayan aylarda dağılan Ögedey tayfalarının bir qismi qağanın ordularına boyun əymiş, geri qalanlar isə Çapar xan başda olmaq üzrə Duva xana sığınmaq məcburiyətində qalmışdılar. Duva xan, köç edənləri Ceyhun çayını keçirərək Şimali Əfqanıstana yerləşdirmişdir. Beləcə Kaydu xanın ulusu tamamən dağılmıştır. Teymur xanın orduları, Ögedey ulusunu yox etməklə qalmamış, ayrıca Cığatay xanlığının mərkəzi durumunda olan İli çayı hövzəsi ilə Yeddi-Su və Talas hövzələrini də tamamilə yağmalamışdılar. Duva xan, qağanın orduları ilə mücadilə etmiş və daha irəli hərəkata davam etmələrini önləmişsə də, qısa bir müddət sonra vəfat etmişdir.