Tarmaşirin xan

Əlaəddin Tarmaşirin xan (XIII əsr1334) — Cığatay xanlığının xanı, Cığatay xanın törəməsi.

Tarmaşirin xan
özb. Aladdin Tarmashirin
1326 – 1334
ƏvvəlkiDürrə Teymur xan
SonrakıBozan xan
Şəxsi məlumatlar
Doğum tarixi XIII əsr
Doğum yeri Səmərqənd, Cığatay xanlığı
Vəfat tarixi
Vəfat yeri Almalıq
Milliyyəti türk
Fəaliyyəti monarx
Atası Duva xan
Ailəsi Çingizlilər
Dini Sünni İslam

Tarmaşirin xan ibn Duva xan bin Barak xan bin Yusun-Duva bin Mutugen bin Cığatay xan bin Çingiz xan.

1326-cı ildə xanlıq məqamına gələn Tarmaşirin xan, Mübarək — Şah və Barak xandan sonra gələn üçüncü müsəlman xandır və İslamiyəti qəbul etdikdən sonra Əlaəddin adını almışdır. Onun zamanında müsəlman Türk kütləsindən təşkil olan Türkistan coğrafiyasında xanədanın mənsubları da istisnalar olsa da, İslamiyətə girmişdilər. Əlaəddin Tarmaşirin xan 1329-cu ildə etdiyi səfər ilə hakimiyətini Dehli sultanlığı hududlarına çatdırmışdır. Cığatay ənənələrinə son dərəcə bağlı olan Tarmaşirin xan qış günlərində belə çadırda yaşamışdır. Tarmaşirin xanın İslamiyəti qəbulü Cığatay ulusu ilə İslam ölkələri arasındakı bağlantının qurulmasını da yaratmışdı. Bu sayədə müsəlman ölkələr ilə ticari fəaliyətlər canlanmışdır. Ancaq xanlığın mərkəzinin dəyişmiş olması ikilik çıxmasına səbəb olmuş, Tarmaşirin xan oğlu Səncəri vəzifələndirməsinə qarşı bu ikilik sona çatmamışdır. 1334-cü ilin yayında Almalıq yaxınlarında baş verən qurultayda, Çenkşi və Bozan — Oğulun başçıılığını etdikləri müxalif qrup, onun xanlıqdan çıxarılmasını bacararaq onu qətl etmişdilər.