Duygu Sağ

Duyqu Sağ (d. 1981, İzmir) — türk immunoloq.

Duygu Sağ
Doğum tarixi
Vətəndaşlığı Türkiye
Təhsili
Fəaliyyəti alim
Mükafatları L'Oreal UNESCO Beynəlxalq Yüksələn İstedad Mükafatı

Həyata keçirdiyi tədqiqatlar, insan bağışıqlıq sisteminin xərçənglə mübarizəsini anlamağa töhfə vermişdir.[2]

1981-ci ildə İzmirdə anadan olub.[3] İbtidai və orta məktəbi İnegöldə, liseyi isə İstanbul Atatürk Fen Liseyində internatda oxuyub.[4] 2003-cü ildə Orta Doğu Texniki Universitetinin Biologiya fakültəsini bitirib.

2014-cü ilə qədər magistratura, doktorantura və postdoktorantura təhsili üçün ABŞ-də yaşamışdır. Ailəsində xərçənglə bağlı ölümlər onun xərçəng tədqiqatçısı olmasına səbəb oldu.[4]

2014-cü ildə həmkarı, alim Gerhard Vingenderlə ailə həyatı qurub və həmin il beyin axını proqramı ilə əri ilə birlikdə Türkiyəyə qayıdıb.[5] Dokuz Eylül Universitetində İzmir Biotibb və Genom Mərkəzində təhsilini davam etdirdi.[5]

Tədqiqatçı immun sistemini gücləndirərək sidik kisəsi xərçənginə qalib gəlməyi hədəfləyən işinə görə 2018-ci il "L'Oreal UNESCO Beynəlxalq Yüksələn İstedad Mükafatı"na layiq görülmüşdür.[6] 2018-ci ildə Türkiyə Elmlər Akademiyasının (TÜBA) Üstün Gənc Alim Mükafatına,[7] 2019-cu ildə isə Mustafa Parlar Təhsil və Araşdırma Vəqfi Araşdırma Təşviq Mükafatına layiq görülüb.[8]

Elmi tədqiqatlar

[redaktə | mənbəni redaktə et]

Sağın elmi işi immun sisteminin xərçəng əleyhinə potensialını şişlə əlaqəli spesifik makrofaqlara yönəltməyə yönəlmişdir.[9] Onun komandası ilkin klinik tədqiqatlarda xolesterin daşıyıcısı ABCG1 olmayan makrofaqların güclü şişlə mübarizə aparan agentlərə çevrildiyini və sidik kisəsi xərçənginin inkişafının qarşısını aldığını müəyyən edib.[9] Xərçəngin müalicəsində yenilikçi immunoterapevtik yanaşma olaraq, məqsəd bu kritik makrofaq dəyişikliyinin altında yatan molekulyar mexanizmləri aydınlaşdırmaqdır.[9]

  1. 1 2 ORCID Public Data File 2020. 2020. doi:10.23640/07243.13066970.V1
  2. "L'Oréal-UNESCO Kadınlar İçin Bilim Ödülü'yle onurlandırılan Türk bilim insanı". Hürriyet Daily News. 25 Mart 2018. 24 Aralık 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Aralık 2023.
  3. "Kanseri yenmeye azmetti". Genç Gazete (Türkçe). 2023-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 Aralık 2023.
  4. 1 2 "Ödüllü Bilim Kadını, Kanser İmmünolojisi Çalışmasını Genişletecek". Milliyet (Türkçe). 30 Mart 2018. 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Aralık 2023.
  5. 1 2 "Devlet okulu mezunuyum ödülümü ülkemdeki bütün kadınlara hediye ediyorum". Sözcü Gazetesi (Türkçe). 25 Mart 2018. İstifadə tarixi: 3 Aralık 2023.
  6. "Doç. Dr. Duygu Sağ 'yükselen yetenek' ödülünün sahibi oldu". Habertürk (Türkçe). 25 Mart 2018. 19 Ocak 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Aralık 2023.
  7. "İnegöllü Doçent Ödülünü Cumhurbaşkanından Aldı". Inegolonline.com (Türkçe). 28 Aralık 2018. 4 Aralık 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 Aralık 2023.
  8. "Ocsoy Research Group | AVESİS". avesis.erciyes.edu.tr. 19 Ekim 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 Aralık 2023.
  9. 1 2 3 "Uluslararası Yükselen Yetenekler". UNESCO. 11 Mayıs 2023. 27 Mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Aralık 2023.