Duz torbası (Duzluq, Duzqabı) — duz saxlamaq üçün istifadə edilən torba.
Duz torbasından Azərbaycan və Türkmənistanda duzu müəyyən müddət saxlamaq və həmçinin daşımaq üçün istifadə edilirdi.[1]
Xüsusi naxış və ornamentlərlə bəzədilmiş duz torbası uzun, dar boğazlı olmaqla müxtəlif rəngli yun, pambıq və həmçinin ipək ipliklərdən Zili (Qayıq) toxunuşla toxunmuş olur.[2]
Müasir zamanda duz müxtəlif ölçülərdə müxtəlif növ kisələrdə saxlanır və daşınır. Müasir duzqabı (nəməkdan) isə içinə duz tökmək üçün kiçik qab olmaqla saxsı, şüşə, plasmas və digər materialdan hazırlanır.