Dzerjinski dağı

Dzerjinski dağı (1958-ci ilə qədər Svyataya dağı[2]) (belar. Гара Дзяржынская) — Belarus Respublikasının ən hündür nöqtəsi[1].

Dzerjinski dağı
belar. Гара Дзяржынская
Ümumi məlumatlar
Dağ sistemi Minski yüksəkliyi
Mütləq hündürlüyü 345[1]
Yerləşməsi
53°50′55″ şm. e. 27°03′57″ ş. u.
Ölkə  Belarus
Dzerjinski dağı xəritədə
Dzerjinski dağı
Dzerjinski dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Belə hesab edilir ki, dağın dəniz səviyyəsindən hündürlüyü 345 metrdir[1] (1933-cü ilə qədər tərtib olunan topoqrafik xəritələrdə 346,5 m[3], 1934-cü ildə tərtib olunmuş sovet xəritələrində 346,3 m[4], 1984-cü ildə tərtib olunmuş topoqrafik xəritələrdə isə 342,7 m[5]). Dağ Minsk yüksəklikləri ərazisində (əsasəndə Belarus cərgəsində), Minsk şəhərindən 30 km qərbdə, Djerinskidən bir qədər aralıda, Skirmantovo aqrar şəhərciyindən şimalda yerləşir. Əvvəllər Svayataya dağı (Müqəddəs dağ) olaraq adlanırdı. 1958-ci ildə isə adı Dzerjinski dağı olaraq adlandırılmışdır. 1990-cı illərdə dağın zirvəsində belarus dilində qranit plitə üzərində dağ haqqında məlumat əks olunmuşdur: "Dzerjinski dağı. Belarusun ən hündür nöqtəsi. Hündürlüyü dəniz səviyyəsindən 345 metrdir". Hazırda ərazi abadlaşdırılmışdır və bir abidədir.

Geoloji cəhətdən dağ Moskva buzlaqları dövründə Belarus ərazisində baş vermiş moren fəaliyyətin bir hissəsidir. Suxurları Valday buzlaqlarının son dövründə meydana gəlmişdir.

Əvvəllər Belarusun ən hündür nöqtəsi Şapalovı dağı hesab edilirdi (1933-cü ilə qədər ki, Polşa xəritələrində dağın hündürlüyü 350,1 m[6], 1950-ci illərdə tərtib edilən sovet xəritələrində 356 m[7], 1981-ci ildə tərtib edilmiş topoqrafik xəritələrdə isə artıq 334,6 m[8]).

Müqayisə üçün qeyd etmək olar ki, Belarusiyada ən yüksək nöqtələr (2011-ci ilin avqustuna olan məlumat) Kolodişi, Uşaçı və Slonim teleqüllələrinin[9] yerləşdiyi ərazilərlə birlikdə hündürlüyü 350 metrdir. Zirvədən baxdıqda düzənliyə açılan bir görünüş vardır. Cənub-qərb yamacları daha aydındır. Buradan 5 dərəcəlik baxış bucağı vardır. Zirvəni bildirən abidənin ətrafında park salınmışdır. Dağın yamacları isə meşələrlə örtülüdür.

  1. 1 2 3 Статистический ежегодник Республики Беларусь, 2017 Arxivləşdirilib 2017-10-24 at the Wayback Machine, стр. 39
  2. Belarus ensiklopediyası, Tom 6, səh. 161
  3. "Довоенная польская топографическая карта центральной Беларуси". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-23.
  4. "Карта РККА Минска и окрестностей масштаба 1:25 000". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-23.
  5. "Топографические карты СССР N-35-79 масштаба 1:100 000". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-23.
  6. "Довоенная польская топографическая карта центральной Беларуси". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-23.
  7. "Административная карта Белорусской ССР 1956 года". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-23.
  8. "Топографические карты СССР N-35-67 масштаба 1:100 000". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-23.
  9. "У Беларусі ўсталяваны новы рэкорд вышыні будынка". 2011-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-23.