Dzivna boğazı (pol. Dziwna, alm. Dievenow) — Polşanın Volin adasını materikdən ayırır. Şeçin laqununu Baltik dənizinin akvatoriyasına daxil olan Pomor buxtası ilə birləşdirir. Baltik dənizindən gələn güclü küləklər axının istiqamətini müəyyənləşdirir. Uzunluğu 32,4 km təşkil edir. Boğazn şimalında Kamenski körfəzi vardır ki, onun da daxilində Xronşevka adası yerləşir. Sahillərində dörd dəniz limanı vardır: Volin, Seroslov, Kamen-Pomorski və Dzivnuv.
Dzivna boğazı | |
---|---|
pol. Dziwna, alm. Dievenow | |
Yerləşməsi | |
53°55′29″ şm. e. 14°41′13″ ş. u.HGYO | |
Ölkələr |
|
Akvatoriyası | |
Ayırır | Materiki Volin adasından |
|
|
Vikianbarda əlaqəli mediafayllar |