Dzukiya Milli Parkı (lit. Dzūkijos nacionalinis parkas) — Litvanın cənubunda milli park. Milli park ölkənin Dzukiya bölgəsində yerləşir. Park ərazisi dəniz səviyyəsindən 80-160 metr yüksəklikdədir[1]. Ərazinin ən yüksək nöqtəsi Dalqiakalnisdir (168,2 m). Vilnüs şəhərindən 100 km cənub-qərbdə yerləşir.
Dzukiya Milli Parkı | |
---|---|
lit. Dzūkijos nacionalinis parkas | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 58 519 ha |
Yaradılma tarixi | 1991 |
Yerləşməsi | |
54°03′40″ şm. e. 24°24′03″ ş. u. | |
Ölkə | Litva |
Yaxın şəhər | Druskininkay |
cepkeliai-dzukija.lt | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1991-ci ilin 23 aprelində yaradılan milli parkda şam meşələri, təbii landşaft və regionun kəndləri qorunur[2]. Dzukiya milli parkının təxmini sahəsi 550 km² olub əsasən Neman çayı boyunca yerləşir. Parkın yerləşdiyi ərazi qumlu Dayvana düzənliyi adlanır[2]. Milli parkın əsas hissəsi (95 %) Varen rayonu ərazisinə daxildir. Parkın təxminən 4 %-i Alituss,1 %-i isə Lazdiji rayonlarının ərazisinə aiddir. Milli parkın inzibati mərkəzi Marsinkonis kəndində yerləşir. Mill park ərazisində olan önəmli yaşayış məntəqələrindən biri də Merkine şəhəridir.
Dzukiya milli parkı Livanın ən böyük qorunan təbii zonası hesab olunur. Ümumi sahənin 43 700 hektarı meşə ərazsidir. Mürəkkəb çay sistemləri, kiçik çaylardan tutmuş Litvanın əsas çay arteriyası olan Neman bu əraziyə daxildir. Park ərazisindən axan digər iri çaylardan Ula və Myarkisi misal göstərmək olar.
Milli parkın yerləşdiyi bölgənin iqlimi ölkənin digər ərazilərinə nisbətən kontinentaldır. Ərazinin yanvar ayının orta temperaturu-5,4°С, maksimal göstərici isə - 40,0°С-dir. İyulun orta temperaturu +17,7°C-dir. Litvada qeydə alınan ən yüksək temperatur da bu ərazidə qeydə alınmışdır +37,0°C[3].
Ərazi üçün xarakterik landşaft — Marsinkonis, Linyajyaris, Qribauli və Şunupise bölgələrinin dyun massivləri[2]. Dyunlar təxminən 30 min il əvvəl, buzlaşmadan sonra formalaşmışdır.
Milli parkda 200 nəfərə yaxın əməkdaş fəaliyyət göstərir. Milli park ərazisi 10 sahəyə bölünüb.[2]