E-dərgi

Elektron jurnal və ya E-dərgi – İnternetdə, yaxud başqa onlayn xidmətdə yerləşdirilmiş və çox zaman havayı olan nəşr məhsuludur.

E-dərgi müstəqil nəşr, həmçinin çap dərgisinin onlayn-versiyası ola bilər. Məqalələr , bir qayda olaraq, müntəzəm: hər həftə və ya hər ay dərc edilirlər və bununla da bloqlara oxşayırlar. Lakin əsas səhifədə adətən məqalələrin tam mətni yox, ancaq mövzuların başlıqları verilir. Adətən müəyyən mövzu seçilir: iqtisadiyyat, biznes, tikinti, dizayn, dekor, floristika, ev və ailə, sağlımlıq, elm, kənd təsərrüfatı və s.

E-dərgilər veb-saytlarda mövcud olmaqla yanaşı elektron ünvanlar və CD-disklər vasitəsilə göndərilə bilər. Bəzi nəşrlər müəyyən vaxt keçdikdə məqalələri CD-disklər yazıb ənənəvi poçt vasitəsilə göndərirlər.

Hesab olunur ki, ilk belə jurnal Cult of the Dead Cow xakerlar təşkilatı tərəfindən buraxılmışdır. Onlar tərəfindən 1984-cü ildən buraxılan jurnal hal-hazırdada nəçr olunur. 1985-ci ildə tanınmış jurnal Phrack yarınmışdır. Həmin jurnal telefon sistemlərinin qırılması və hakinqa həsr olunub.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 257 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]