EDVAC (ing. Electronic Discrete Variable Automatic Computer) — ilk elektronik kompüterlərdən biridir. EDVAC-ı ENIAC-dan ayıran xüsusiyyət, onlu sistem deyil ikili say sistemindən istifadə etməsidir.
EDVAC-ın layihəsi ENIAC-in istifadəyə hazırlanmasından əvvəl hazırlanmışdı. EDVAC'ın layihəsi, ENIAC-in layihəsi əsnasında ortaya çıxan problemlərin çoxunu həll etməyə istiqamətli idi. ENIAC kimi EDVAC da Pennsylvania Universiteti tərəfindən Aberdeen İsbat Mərkəzinin (Aberdeen PROVING GROUND) Amerikan Hərbi Balistik Araşdırma Laboratoriyası (US Army'S BALLISTICS Research Laboratory) üçün istehsal edilmişdir. ENIAC-in layihəsi J.Presper Eckert, John William Mauchly, John von Neumann və digər bir neçə elm adamı tərəfindən hazırlanmışdır və yeni layihə isə John von Neumann tərəfindən 1945-ci ildə EDVAC-ın üzərinə tətbiq edilmişdir.
Yeni kompüterin istehsalı üçün olan müqavilə, 1946-cı ilin Aprel ayında 100.000 dollarlıq başlanğıc büdcəsiylə imzalanmışdır və müqavilədə cihazın adı Electronic Discrete Variable Automatic Computer (EDVAC) olaraq qeyd edilmişdir. İstehsalda əsas problem etibarlılığı və xərci arasındakı tarazlıq idi. EDVAC-ın büdcəsi, ENIAC-a bənzər olaraq təxminən 500.000 dollar idi. İlk xərc qiymətləndirilməsinin beş qatı.
Emal edilən bu kompüter, ikili say sitemi ilə avtomatik toplama, çıxarma, vurma, proqramlaşdırılmış bölmə əməliyyatı və bu əməliyyatları avtomatik olaraq təmin edən 1000 ədəd 44-bit sözlük yaddaşa (Daha sonra yaddaşı 1024 sözə yəni 5,5 kilobayta çıxarılmışdır) sahib bir cihaz idi.
Təchizat olaraq kompüter aşağıdakı komponentlərdən meydana gəlməkdə idi:
EDVAC-ın toplama müddəti 864μs və Vurma müddəti 2900μs idi. Kompüter təxminən 6000 vakum balonu, 12000 diyoda sahib idi və 56kW-lıq güc istehlakına sahib idi. Cihaz 7850 kg ağırlığa sahib və 45.5 ²-lik sahəni əhatə edirdi. Müəssisə işçilərinin tam heyəti hər 8 saatlıq növbə üçün 30 nəfər idi.
EDVAC 1949-cu ilin Avqustun ayında Balistik Araşdırma Laboratoriyasına təhvil verildi. Bəzi problemlərin fərqinə varılmasından və həll edilməsinən sonra kompüter, 1951-ci ildə işə başladı. Cihazın tamamlanması Eckert və Mauchly ilə Pennsylvania Universiteti arasındakı patent hüquqları üzərindəki anlaşılmazlıqlar səbəbiylə gecikdi. Bu vəziyyət, Eckert və Mauchly-nin Eckert-Mauchly Computer Corporation şirkətini qurmaq üçün şirkətdən ayrılmaları və peşəkar mühəndislərinin çoxunu özləri ilə yeni qurduqları şirkətə aparmaları ilə nəticələndi.
1960-cı ilə qədər EDVAC ortalama səkkiz saatlıq səhvsiz işləyərək gündə 20 saatdan çox davamlı işləyirdi. EDVAC 1961-ci ildə BRLESC ilə dəyiştirilənə qədər çalışdı. İş ömürünü tamamlayana qədər öz dövrü müddətincə etibarlılığını və məhsuldarlığını sübut etdi.