EGA (Enhanced Graphics Adapter)

EGA (ing. Enhanced Graphics Adapter – Təkmilləşdirilmiş qrafiki adapter) — öz xarakteristikasına görə (rəngli) CGAVGA arasında yerləşən, IBM PC üçün monitor və videoadapterlərin standartıdır. IBM firması 1984-cü ilin avqustunda IBM PC/AT fərdi kompüterinin yeni modeli üçün EGA standartını buraxıb. EGA videoadapteri 16 rəng və 640×350 keyfiyyətini dəstəkləyir. Videoadapter MC6845 Motorolasının videokontrolleri və BİOS-un qrafiki funksiyalarının genişləndirilməsi üçün 16kB PZU ilə təchiz olunub.

EGA adapteri 640×350 keyfiyyətini dəstəkləməsi zamanı mümkün 64 rəngdən (hər biri 2 bit olmaqla qırmızı, yaşıl və göy tərkibli) 16-nı eyni vaxtda istifadə etməyə imkan verir. EGA həmçinin qrafiki dəstəkli, 16 rəng keyfiyyətli CGA-in 640×200 və 320×200 keyfiyyətini dəstəkləyir; bu zaman yalnız CGA palitrasındakı rənglərdən istifadə etmək olar. EGA standartı CGA ilə tam uyğunlaşmasa da, CGA-in ilkin rejimləri EGA tərəfindən dəstəklənir. EGA şəkilləri MDA monitorlarında ekrana çıxara bilər, bu imkan platadakı dəyişdiricilərin köməyilə əldə olunur, bu vaxt yalnız 640×350 keyfiyyət rejimi mümkündür.
EGA platası ISA şininə 8 bit variantından başlayaraq qoşulur. EGA versiyasının bazası 64kB videoyaddaşa malik idi ki, bu da rəngli qrafiki 640×200 və 320×200 rejimlərində monoxromatik qrafik üçün kifayət edir. Zaman keçdikcə EGA platasının çox hissəsi 256kB videoyaddaşla buraxılmağa başladı. EGA-nın bəzi meylli kənar istehsalçıları (xüsusilə, ATI Technologies və Paradise) genişləndirilmiş qrafiki rejimləri (məs, 640×400, 640×480 və 720×540), monitorun avtomatik təyini tipini və bəzən, CGA monitorları üçün xüsusi rejimi dəstəkləyir. EGA standartı 1987-ci il 2 apreldə IBM PS/2 kompüter modelləri üçün IBM firması tərəfindən təqdim edilən VGA standartı ilə əvəz edildi.

Arxitekturası və müstəvi videoyaddaşı

[redaktə | mənbəni redaktə et]

EGA videoyaddaşı fiziki olaraq 16K-dan (kiçik modellər) 64K-ya qədər (böyük modellər) bərabər ölçüdə 4 müstəviyə bölünür. Bütün videoyaddaşın prosessorun ünvan məkanına düz əksolunması mümkün deyildi, bütün müstəvilər həmişə eyni bir ünvanda, 16 rəngli qrafiki rejimlərdə 0xa0000 və digər rejimlərin hamısında 0xb8000 ünvanı ilə əks olunurdu. Beləliklə, eyni bir ünvan o dəqiqə sanki bir-birinə 4 müstəvidə paralel yerləşdirilmiş şəkildə 4 bayt ünvanlayırdı. EGA-nın belə videoyaddaşına prosessorun yol tapması üçün t. n. sekvensor dəstəklənirdi. Sekvensor videoyaddaşda 3 yazı rejimini və 2 oxu rejimini dəstəkləyirdi və xeyli miqdarda idarəedici registrlərə malik idi. Yazma zamanı aşağıdakı registrlərdən istifadə olunurdu:

1. müstəvi maskası. 0 bitlik registrdə müstəviyə yazma dəyişiklik etmirdi;
2. bit maskası. Hər müstəvidə hər bir bayt üçün yazı 0 bit quraşdırılan, verilən registrdə dəyişiklik etmirdi;
3. məntiqi əməliyyat. Windows GDI-də istifadə edilən 16 standart məntiqi əməliyyat. Yazı nəticəsində videoyaddaşın biti videoyaddaşın bitinin köhnə qiymətində və prosessordan gəlmiş məlumatların bitində məntiqi funksiyaya quraşdırılmışdır. Məntiqi əməliyyat kodu 4 bitdir, 2 bit məlumatları prosessor böyük və kiçik arasında, videoyaddaşın bitinin köhnə qiymətini isə tək və cütlər arasında seçirdi. Məntiqi əməliyyat seçilmiş bit kodu videoyaddaşın bitinin yeni qiymətidir. Məsələn, 0000b məntiqi əməliyyatı – hər şeyi qara, 1111b – hər şeyi ağ, 1100b – bit kartının adi surətinin çıxarılması, 0011b – xaricindəkilərin surətinin çıxarılması, 1010b – qoş əməliyyatı, 0101b – xaricdəkilərin köhnə dəstəklənməsi, 1110b – köhnə dəstəklənilənin yenisi ilə OR, 1000b – AND köhnə və yeni, 0110b – XOR.
4. prosessordan daxil olan məlumatların dövri hərəkəti (yalnız 0 rejimi üçün).

Prosessordan daxil olan 0 bayt rejimdə 4 müstəvidə 4 bayt üçün yeni qiymət başa düşülürdü. Bu baytdakı “1” olan 11111111b müstəvilər üçün, 00000000b isə digərləri üçün istifadə olunurdu. 0 rejimində oxuma müstəvi seçimi registrindən istifadə olunurdu, oxuma baytı seçilmiş müstəvidən oxuyurdu. 1 rejimdə bit seçimi registrindən istifadə olunurdu, sekvensor 4 bit hasil edirdi, hansı ki, 4 müstəvidən və onları 4 bit qiymətdə birləşdirən (4 bitdən böyüklər sıfırlanırdı) seçim registri ilə verilmişdir. CGA qrafiki rejimlərdə yalnız 0 müstəvisi istifadə olunurdu, sekvensor gizlənmə vəziyyətində olurdu və istifadə olunmurdu. Mətn rejimlərində atribut və işarələrin kodlarını saxlamaq üçün həmin 0 müstəvisindən istifadə edilirdi, 1 müstəvisi isə işarəgeneratorun cədvəlini saxlamaq üçün istifadə olunurdu. Sekvensor adətən gizli vəziyyətdə (görünməz) olurdu; işarəgeneratorunun yüklənmə halından başqa – bunun üçün müstəvi maskasının registri 2-yə dəyişdirilirdi, işarəgeneratorunun məlumatları 0xb8000 ünvanına yazılırdı və sonra geriyə – 1 maskasına dəyişdirilirdi. Bütün 16 rəngli qrafik rejimlərdə bütün 4 müstəvi istifadə olunur, hər bir müstəvi ümumi rəngin 4 tərkib hissəsindən biri üçün – qırmızı, yaşıl, göy və intensiv (palitrada görünməyən) – monoxrom şəkli saxlayır. 4 müstəvidən bitlərin qarışdırılmamasından 4 bit qiymətli rəngin pikseli alınırdı.

4 bit qiymətli rənglər palitranın 16 registrindən buraxılırdı, onlardan hər biri rəngin 6 bit qiymətini dəstəkləyir – hər biri 2 bit olan R, G və B. Bu 6 bit qiymətlər sonra monitora aparan kabelə çıxarılır. Palitranın registrləri oxuma imkanı olmadan yalnız yazmaq üçün həyata keçirilir.

Mətn rejimləri

[redaktə | mənbəni redaktə et]

Mətn rejimlərində 2 növ şriftlərdən istifadə olunurdu. Standart EGA şrifti pikselləri 8×14 özəyində 7×9 matrisada formalaşır. CGA ilə uyğunlaşdırmaq üçün 8×8 piksel özəkdə 7×7 matrisası ilə istifadə olunur. EGA – mətn rejimlərində şriftləri proqramlı dəyişməyə imkan verən ilk IBM videoadapteridir. Aşağıdakı rejimlər mümkündür:

1. 80×25 simvol (8×14 pikselli özək, 640×350 piksel icazəsi);
2. 40×25 simvol (8×8 pikselli özək, 320×200 piksel icazəsi);
3. 80×43 simvol (8×8 pikselli özək, 640×350 piksel icazəsi). Bu rejim standart sayılmır. Onun istifadəsi üçün əvvəlcə 80×25 rejimini qurmaq, sonra isə BİOS komandasının köməyilə 8×8 şrifti yükləmək lazımdır.

Qrafiki rejimlər

[redaktə | mənbəni redaktə et]
1. 320×200 piksel;
2. 640×200 piksel;
3. 640×350 piksel.

Texniki xarakteristikaları

[redaktə | mənbəni redaktə et]
EGA həmişə kadrları 60Hs tezlikdə istifadə edirdi, sətrin 2 tezliyinin birindən – 350 sətir üçün ( bütün mətn rejimləri və 640×350×16 rejimi) 21,8KHs və 200 sətir üçün (bütün qalan qrafik rejimlər) 15,7KHs – istifadə edə bilər.
cədvəl
Nəticə Tərkibi
1 torpaq
2 təkrar qırmızı
3 ilkin qırmızı
4 ilkin yaşıl
5 ilkin göy
6 təkrar yaşıl/intensiv
7 təkrar göy
8 sətir boyu sinxronlaşdırma
9 kadr sinxronlaşdırma
Növü — Rəqəmsal, TTL
Rejim dəstəkləməsi — 640×350 və s.
Üfüqi tezlik — 15,7/21,8 kHz
Şaquli tezlik — 60 Hz
Rənglərin miqdarı — 16/64

Rəqabətli videoadapterlər

[redaktə | mənbəni redaktə et]

IBM firması 1984-cü ildə SAPR-da istifadə üçün PGC videoadapteri istehsal etdi. Adapter 640×480 piksel icazəsi dəstəkləyirdi və 4096 mümkün rəngdən 256 rəngi eyni vaxtda çıxarırdı. Artırılmış rəng sayı real foto təsvirlər yaradılmasına imkan verirdi. Adapter ikiölçülü və üçölçülü təsvirlərin yaradılması və dəyişdirilməsi üçün xüsusi dilə malik idi.