Enginet — Azərbaycanda FTTH texnologiyası əsasında telekommunikasiya həlləri və sistem inteqrasiyasının təminatçısıdır.
ENGİNET | |
---|---|
ENGİNET MMC | |
Ümumi məlumatlar | |
Tipi | Telekommunikasiya xidmətlərinin təminatçısı |
Sənaye | İnformasiya və kommunikasiya texnologiyaları |
enginet.az |
Telekommunikasiya xidmətlərinin təminatçısı ENGİNET, fəaliyyətə 2009-cu ildə özəl sektor üçün ADSL2 + texnologiyasına əsaslanan İnternet xidmətləri təqdim etməklə başlamışdır. 2013-cü ilin dekabr ayında FTTH texnologiyası tətbiq etməklə optik xətti birbaşa evədək çəkməklə fəaliyyətə davam etdi. 2016-ci ildə şirkət “BİRLink” telekommunikasiya brendini yaratdı. Brend yerli bazarda eyni optik lifli kanal üzərindən filtrasiya edilmiş internet xidməti, İP telefoniya, İP televiziya, statik İP və bulud əsaslı videomüşahidə xidmətləri təqdim etdi. Hazırda Bakıdan başqa, BİRLink Xırdalan, Sumqayıt, Şamaxı, Şirvan, Sabirabad, Gəncə, Şəmkir və Mingəçevir şəhərlərində GPON (Gigabit Passive Optical Network) texnologiyası ilə fəaliyyət göstərir.
2013-cü abunəçinin mənzilinə (fərdi ev) bir fiber optik kabel çəkilir. Bu gün FTTH genişzolaqlı məlumat ötürmə şəbəkələri yaratmaq üçün istifadə olunan ən inkişaf etmiş texnologiyadır. Bu texnologiyadan istifadə edərək, bir mənzilə və ya ofisə fiber optik əlaqə, 1 GB / saniyəyə qədər sürətdə İnternet bağlantısı ildə şirkət ölkədə ilk dəfə olaraq yeni FTTH (evədək optika) istiqaməti üzrə xidmətlər təqdim etdi. Rabitə kanallarının FTTH üsulu ilə təşkili, xidmət təminatçının avadanlıqlarından birbaşa təmin edir. Optik xətt radio və elektromaqnit şüalanma, qarşılıqlı müdaxilə, digər çətinliklərə qarşı dayanıqlıdır. FTTH texnologiyasını daha bir üstünlüyü onun təhlükəsizliyidir.
Enginet şirkəti fəaliyyətini dövlət və özəl sektoru ilə tərəfdaşlığı əsasında həyata keçirir.
2015-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında imzalanan bir memorandum çərçivəsində ENGİNET dövlət sektoru ilə ikitərəfli əməkdaşlığa başladı. Həmin ildən etibarən şirkət Azərbaycan Respublikasının təhsil müəssisələrini optik rabitə kanalları vasitəsilə İnternet və Intranet ilə təmin etmək üçün Azərbaycan Təhsil Şəbəkəsinin operatoru "AzEduNet" ilə əməkdaşlıq edir. Layihə "AzEduNet" operatoru ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında bağlanmış müqavilə nəticəsində həyata keçirilir. [1]
Enginet ilə “AzEduNet” arasındakı müqaviləyə uyğun olaraq, "AzEduNet" operatoru ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən ENGİNET “Azərbaycan Təhsil Şəbəkəsi” layihəsinə AzEduNet şirkətinin kommersiya tərəfdaşı kimi qoşulmuşdur. 2016-cı ildə ENGİNET “Təhlükəsiz İnternet” layihəsi çərçivəsində mobil operator Bakcell ilə əməkdaşlığa başlamışdır. Layihə çərçivəsində iki şirkətin birgə layihəsi olan “Təhlükəsiz internet” tarif paketi istifadəyə verilmişdir. [2]
ENGİNET 2017-ci ilin iyun ayında Mənzil İnşaat Dövlət Agentliyin nəzdində fəaliyyət göstərən MİDA MMC tərəfindən elan edilmiş investisiya müsabiqəsinin qalibi seçildi, nəticədə telefon, televiziya və internet xəttlərinin çəkilməsi və Yasamal yaşayış evinin sakinlərinə təmin edilməsi həvalə edildi. 2020-ci ildən etibarən MİDA Yasamal ilə yanaşı MİDA Hövsan, MİDA Gəncə və MİDA Sumqayıt kimi layihələrin icrasına başlanılmışdır.[3]
Təhsilyönümlü fəaliyyəti çərçivəsində ENGİNET və tərəfdaşları Təhsil Nazirliyinin dəstəyi ilə “Virtual Təhsilə dəstək” layihəsinə başladı. Layihənin əsasında təhsil işçilərinə keyfiyyətli optik bağlantı, mobil rabitə və digər imtiyazlar təqdim edilir.[4]