EViews — "Windows" üçün statistik paket. Əsasən zaman sıraları haqqında ekonometrik analiz üçün istifadə olunur. Hazırda IHS-in bir hissəsi olan "Quantitative Micro Software" (QMS) tərəfindən hazırlanmışdır. 1.0 versiyası 1994-cü ilin martında buraxılmış və "MicroTSP"ni əvəz etmişdir.[1] TSP proqram təminatı və proqramlaşdırma dili ilk olaraq 1965-ci ildə Robert Holl tərəfindən hazırlanmışdır. "EViews"in cari versiyası 2022-ci ilin avqustunda buraxılan 13-dür.
EViews | |
---|---|
Tərtibatçı | IHS Markit |
Əməliyyat sistemi | Windows 7 və ya daha yeni |
Sonuncu versiya | 12 (10 noyabr 2020 ) ) |
Sayt | eviews.com |
"EViews" tədqiqatçılara və mütəxəssislərə xətti tənlikləri və xətti tənliklər sistemlərini müxtəlif üsullarla zaman sıralarının və panel verilənlərinin modellərini qiymətləndirməyə kömək edir. "Eviews" istifadəçiyə ekonometrik nəticələri asanlıqla qiymətləndirməyə imkan yaradır.[2]