Windows 7


Windows 7Microsoft tərəfindən hazırlanmış Windows NT əməliyyat sisteminin əsas buraxılışıdır. O, 22 iyul 2009-cu ildə istehsala buraxıldı və 22 oktyabr 2009-cu ildə ümumi istifadəyə verildi.[1] Bu, təxminən üç il əvvəl buraxılmış Windows Vista-nın varisidir. O, fərdi kompüterlərdə, o cümlədən ev və iş stolüstü kompüterlərində, noutbuklarda, planşet kompüterlərində və media mərkəzi kompüterlərində istifadə üçün əməliyyat sistemi olaraq qaldı və özü 2012-ci ilin noyabrında məhsulun üç ildən çox müddətə işləndiyi Windows 8 ilə əvəz olundu.

Windows 7
Yaradıcı Microsoft
İstehsalçı Microsoft
ƏS ailəsi Windows NT
Bazası Windows Vista
Buraxılış tarixi 22 oktyabr 2009
Son versiya
  • Service Pack 1 (6.1.7601)
Dəstəklənən dillər çoxdilli[d]
Dəstəklənən platformalar x86; x86-64
Nüvə tipi hibrid
İnterfeys Windows Aero
Lisenziya Microsoft EULA
Vəziyyəti Aktual deyil. Əsas dəstək: 2015-ci ildə qurtardı; genişləndirilmiş dəstək: 2020 ci ildə qurtardı.
Əvvəlki Windows Vista
Növbəti Windows 8
Veb-saytı Windows 7 Wayback Machine-də arxivləşdirilmişdir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

9 aprel 2013-cü il tarixinədək Windows 7-nin orijinal buraxılışına yeniləmələr və texniki dəstək daxildir, bundan sonra istifadəçilərin dəstək və yeniləmələri alması üçün Service Pack 1-in quraşdırılması tələb olunurdu. Windows 7-nin server həmkarı Windows Server 2008 R2 eyni vaxtda buraxıldı.[2] Genişləndirilmiş dəstək Windows 7-nin buraxılmasından on il sonra, 14 yanvar 2020-ci ildə başa çatdı, bundan sonra əməliyyat sistemi əlavə yeniləmələri almağı dayandırdı. Müəssisələr üçün ödənişli dəstək proqramı mövcud idi və Windows 7 üçün təhlükəsizlik yeniləmələrini rəsmi istifadə müddəti bitdikdən sonra üç ilə qədər təmin edirdi.[3]

Buraxılış növləri

[redaktə | mənbəni redaktə et]

Windows 7 əməliyyat sisteminin özü də Microsoft şirkəti tərəfindən bir neçə modifikasiyada buraxılır. Windows 7 əməliyyat sisteminin aşağıdakı buraxılış növləri var:

Windows 7 Starter Edition

[redaktə | mənbəni redaktə et]

Windows 7 - in ilkin buraxılış növü sayılır. Bu versiya az sayda funksiyalardan ibarətdir. Bu versiyada üç ölçülü interfeys yoxdur. Eyni zamanda maksimum üç sayda proqramı işə salmaq olur. Həm də bu modifikasiya lokal şəbəkə ilə işləmək üçün heç bir vasitəyə malik deyil. Eyni zamanda daha sadə və istifadəsi daha asandır.[4]

Windows 7 Home Basic

[redaktə | mənbəni redaktə et]

Windows 7 Starter Edition - dən nisbətən təkmil buraxılış növü. Bu buraxılış növündə İnternet Explorer brauzeri və Defender müdafiə modulu yerləşdirilmişdir. Burada da üç ölçülü interfeys yoxdur, lakin çox istifadəçili rejim mövcuddur. Hər gün etdiyiniz prosedurları sürətləndirir və asanlaşdırır. Ən çox istifadə etdiyiniz sənədlərə müraciəti asanlaşdırır, beləliklə axtarmağa daha az, prosedur etməyə daha çox vaxt ayıra bilərsiniz.[5]

Windows 7 Home Premium

[redaktə | mənbəni redaktə et]

Bu buraxılış növü genişləndirilmiş ev versiyası adlandırılır. Burada bir çox geniş imkanlar vardır. Məsələn, yüksək dəqiqlikli televiziyanı (HDTV) dəstəklyən, televerilişləri yaza bilən Windows Media Center proqramı vardır.[6] Bu modifikasiya Fotoalboma və üç ölçülü interfeysə malikdir. Ev şəbəkəsi yaradaraq xoşladığınız şəkilləri, videoları və musiqiləri bölüşməyinizi asanlaşdırır. Daha çox əyləncə və oyun üçün yaradılıb.

Windows 7 Professional

[redaktə | mənbəni redaktə et]
  • iş yerində və evdə ehtiyacınız olan hər şey üçün istifadəyə uyğundur.
  • Bir çox Windows XP verimlilik drayverini Windows XP modunda işlədə bilər və avtomatik verilərlə ev və iş yeri şəbəkənizə yenidən yükləyə bilərsiniz.[7]
  • Həmçinin Homegroup bağlantısı ilə şirkət şəbəkələrinə qoşula bilərsiniz.

Windows 7 Ultimate

[redaktə | mənbəni redaktə et]

Bu buraxılış növü ən təcrübəli və tələbkar, ciddi fərdi istifadəçilər üçün nəzərdə tutulmuşdur. 35 müxtəlif dildən istifadə imkanları da vardır. Bu versiya özündə əməliyyat sisteminin ev və biznes versiyalarını birləşdirir. Həmçinin sərt diski şifrələmək üçün proqram tipli yeni modullara da malikdir. Belə proqram tipli modullar Bitlocker və Bitlocker TO GO adlanır. Windovs 7 Ultimate ən istifadəyə rahat və ən güclü versiyadır.[8] Home Premuimun əyləncə xüsusiyyətlərini və Professinalın Windows XP rejimində işləyə bilmək xüsusiyyətlərini özündə birləşdirir.

Windows 7 Enterprise

[redaktə | mənbəni redaktə et]
  • Şirkətlər üçün nəzərdə tutulmuşdur.
  • Windovs 7 Enterprise sadəcə korporativ şirkətlərə satılır və Ultimatedən daha çox funksionallığa sahibdir.[9]

Bu buraxılış növlərinin hər birinin də 32 bitli64 bitli versiyaları mövcuddur.

Aparat tələbləri

[redaktə | mənbəni redaktə et]
Nüvə 32-bit — x86 64-bit — x64
Prosessor ən az 1 GHz sürətində prosessor 1.60 vəya 2.00 GHz məsləhətdi. (Performans üçün)
Operativ yaddaş 1 GB RAM — 1–3 GB (Performans və XP rejimi üçün) 2 GB RAM — 4 GB (Performans və XP rejimi üçün)
Video kart (VGA) DirectX 9 qrafiklərini Dəstəkləyən 128 MB'lık Grafik kartı yaddaşı (Windows Aero üçün)
Hard disk həcmi 16* GB boş yer (*Bütün Windows xüsusiyyətləri ilə.) 20* GB boş alan (*Bütün Windows xüsusiyyətləri ilə.)
Drayver DVD-R/W Driver ya da 4 GB vəya daha böyük USB flash

Əməliyyat sistemi multitouch sistemini dəstəkləyir. Şəbəkə texnologiyası olan Branch Cache internet-trafiki özündə keş yaddaşa atmağa icazə verir.[10] Əgər istifadəçiyə lokal şəbəkədə fayl lazım olursa, hansı ki öz şəbəkəsindən olan istifadəçi tərəfindən yüklənib, onda istifadəçi asanlıqla bu faylı keş saxlayıcıdan götürə bilər. Şəbəkə keşi 2 rejimdə işləyə bilər – Hosted Cache və distributed Cache. Əməliyyat sistemində həmçinin müxtəlif ölkələri təmsil edən 120 masaüstü şəkil quraşdırılıb. Bütün versiyalar özündə 50 yeni şrifti birləşdirir. Windows 7 windowsun ilk versiyadır, hansı ki özündə latın olmayan şriftləri dəstəkləyir. Windows 7 Vistanın bütün drayverlərini dəstəkləyir.[11]

Bu versiyanın tərkibində buraxılmış directx 11 özündə növbəti yenilikləri birləşdirir. Yeni şeyderlerin(shader cache) dərk proqramı əlavə olunub, renderinqin çoxcərəyanlı xüsusiyyəti teselyasıyanın mükəmməlləşdirilib, tekstur kompresinin yeni alqoritmi və s. əlavə olunub.[12] Yeni Windows Media Player 12 yeni interfeys alıb və əvvəlki versiyalardan fərqli olaraq daha çox kodek dəstəkləyir. Doğrudur, o hələ ki lisenziyalı Blu-Ray diskini[13] oxuda bilmir, ancaq ondakı məlumatları oxumaq və diskə məlumatlar yazmaq mümkündür.

Baxmayaraq ki Windows-un mərkəzi mobillik sistemi Vista ilə müqayisədə çox da böyük dəyişikliyə məruz qalmayıb, Windows 7 Vista-ya nəzərən noutbuklarda daha çox vaxt işləmək imkanına malikdir, əsasən də DVD videoların oynadılmasında bu fərq nəzərə çarpır. Həmçinin də Windows 7-nin avqust buraxılışında rekord müddətdə sistemin yükləməsi baş verib: cəmi 11 saniyə. Sistem SSD diskini açdı və başqa yüksəktutumlu proqramları işə saldı.[14] Həmçinin intel noutbuklarında Internet Explorer brauzerinin testlərdə yaxşı nəticələr əldə etdiyini qeyd etmək lazımdır. Ancaq müstəqil aparılan testlərdə 7-ci versiyanın Windows XP-dən nəzərə çarpaçaq dərəcədə noutbuklarda batareyanın işləmə müddətini azaltdığı nəzərə çarpır. Laptopmag.com jurnalının eksperimentləri apardıqları təcrübədə bu fərqin nə qədər böyük olduğu qənaətinə gəliblər: 47 dəqiqə daha az. ASUS noutbuklarında isə bu fərq daha çoxdu: 57 dəqiqə. Qeyd edək ki Microsoft firması bu barədə rəsmi açıqlama verməyib. Və bunu da Windows 7-nin çatışmazlıqları sırasına yazmaq olar.

Windows 7 əsasən NTFS və Fat32 fayl sistemlərinə yaılır. Bu fayl sistemləri bir birindən çox fərqlənirlər. NTFS Windows 7 üçün ən məsləhətli fayl sistemidi.[15] Onun FAT32 dən üstün cəhətləri aşağıdakılardır:

NTFS

  • Diskin bir necə xətasından sonra avtomatik bərpa olunma funksiyası;
  • Böyük həcmli Hard disklərin dəstəkləmək funksiyası
  • Yüksək təhlükəsizlik. İstifadəçi girişi üçün başqa fayllara qadağa qoymaq funksiyası.

Fat 32

Fat32 fayl sistemi daha çox Windowsun əvvəlki versiyalarında (Windows 95, Windows 98 və Windows ME) istifadə olunurdu. Fat32 fayl sistemində həm də həcm limiti problemi də var. Beləki bu sistemdə 32GB-dan artıq hissələr ayırmaq olmur.[16]

Təhlükəsizlik

[redaktə | mənbəni redaktə et]

Windows Vista-da yaradılmış "User Account Control (UAC)" Windows 7-də təkmilləşdirilmişdir, Vistadan fərqli olaraq "həmişə xəbərdar et" və "heç vaxt xəbərdar etmə" rejimləri arasında daha 2 rejim əlavə edildi: "proqram kompüterdə dəyişiklik etdiyi zaman xəbərdar et" və "proqram kompüterdə dəyişiklik etdikdə xəbərdar et (desktop istisna)". Qeyd etmək lazımdır ki bu sistem ancaq proqram və ya arxa rejimdə işlək vəziyyətdə olan zaman işləyir.[17]

Həmçinin Bitlocker texnologiyasında dəyişiklik edilib və yeni Bitlocker to go funksiyası əlavə edilib.[18]

Həmçinin dəyişikliklər Windows brandmauerdə də özünü əks etdirir. Hansı ki, proqramın şəbəkəyə müraciəti zamanı firewall sistemi avtomatik xəbərdarlıq edir. Applocker sistemi isə qadağan olunmuş proqramların açılmasının qarşısını alır.

DirectAccess fon rejimində şəbəkəyə təhlükəsiz bağlanmanı təmin edir. VPN dən fərqli olaraq bu sistem istifadəçi iştirakını lazım bilmir.

  1. Ben Ryon. "Windows 7 and Windows Server 2008 R2 Timelines Shared at Computex". Microsoft. June 2, 2009. Archived from the original on 19 March 2023.
  2. "Support for Windows 7/Server 2008/2008 R2 after January 2020". Trellix. Archived from the original on 3 May 2023.
  3. "Windows 7 End of Support Info - Microsoft". www.microsoft.com (ingilis). January 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 14, 2020.
  4. "Windows 7 əməliyyat sistemi" (PDF). Archived from the original on 2023-04-18.
  5. By Shane O'Neill. "Windows 7: The Six Versions Explained" (ingilis). 26 fevral 2009. Archived from the original on 2023-04-21.
  6. microsoft.com. "Windows Media Center'ı kullanmaya başlama" (türk). 2023-04-22 tarixində arxivləşdirilib.
  7. Ed Bott. "Do you need more than Windows 7 Home Premium?". June 29, 2009. Archived from the original on 5 May 2023.
  8. Harun İstenci. "Windows 7 hakkında her şey" (türk). 28 sentyabr 2020. Archived from the original on 2023-04-22.
  9. "Products: Windows 7 Enterprise". Microsoft. March 15, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 2, 2009.
  10. "BranchCache". Microsoft. 21.12.2022. Archived from the original on 3 May 2023.
  11. Burak Ceylan. "Windows 7 ile Gelen Yeni Özellikler" (türk). 23 iyun 2009. Archived from the original on 2023-04-22.
  12. Ariel. "What Is DirectX Shader Cache & Is It Safe to Delete?". MiniTool. February 28, 2023. Archived from the original on 3 May 2023.
  13. "Blu-ray technology". Britannica. Mar 13, 2023. Archived from the original on 30 December 2022.
  14. James Kelly. "Taking advantage of the Windows mobility center". WindowsTechies. Archived from the original on 10 August 2022.
  15. "Windows 7 File System Structure". March 09, 2011. Archived from the original on 28 January 2023.
  16. Tobias Geisler Mesevage. "NTFS vs FAT32: Which Is Better?". May 10, 2022. Archived from the original on 17 March 2023.
  17. Zack Whittaker. "Microsoft ends Windows 7 security updates". Archived from the original on 2 May 2023.
  18. Abbishek Pandey. "BitLocker To Go Encrypts Portable Flash Drives in Windows 7". December 13, 2022. Archived from the original on 3 May 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]