Eagles — 1971-ci ildə ABŞ-nin Los-Anceles şəhərində yaranmış rok-qrupu. Hitparadlarda birinci pilləyə qədər yüksəlmiş yeddi sinql, 6 Qremmi mükafatı, 5 "Amerikan Musiqi mükafatı" qazanmaqla 70-ci illərin musiqi tarixində dərin iz buraxmışdır. Qrupunun buraxdığı "Hotel California" albomu Rolling Stone jurnalının tərtib etdiyi "Bütün zamanların ən böyük 500 albomu" siyahısında 37-ci, 2004-cü ildəki "Bütün zamanların ən böyük 100 müğənnisi" siyahısında isə 75-ci yeri tutmuşdur.[1]
Eagles | |
---|---|
Eagles | |
Əsas məlumatlar | |
Üslub |
rok kantri-rok soft-rok folk-rok |
Fəaliyyət illəri |
1971—1980 1994—h.h. |
Ölkə | ABŞ |
Şəhər | Los-Anceles, Kaliforniya |
Leybl |
Asylum Records Geffen Records Lost Highway Records Warner Music Group Universal Music Group |
Heyət |
Qlenn Fray Don Henli Co Uolş Timoti Şmit |
Keçmiş üzvlər |
Rendi Maysner Berni Ledon Don Felder |
www.eaglesband.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Eagles qrupu 1971-ci ildə Los-Anceles şəhərində Qlenn Frey, Don Hendli, Berni Ledon və Rendi Maysner tərəfindən əsası qoyulmuşdur. Həmin il qrup Asylum Records səsyazma şirkəti ilə ilk müqaviləsini imzaladı. 1972-ci ilin fevralında İngiltərədə ilk debüt albomu , qrupun adı ilə eyni olan "Eagles"-ı satışa çıxardılar. Albomun ilk sinqlı "Take It Easy" ABŞ-də ən məşhur və nüfuzlu musiqi hit-paradı "Billboard Hot 100"-da 12-ci pilləyə kimi yüksəldi.
1980-ci ildə qrupun fəaliyyati müəyyən səbəblərə görə dayandırıldı və üzvlər solo karyera qurmağa başladılar.
1994-cü ilin aprel ayında qrup yenidən birləşəndən sonra solist Frey canlı konsert zamanı demişdir:
"Qrup dağılmamışdır, sadəcə olacaq 14 illik fasilə etdik."