Ebenezer-pleys (ing. Ebenezer Place) — dünyanın ən kiçik küçəsi;[1] uzunluğunun cəmi 2,06 metrdir və sadəcə bir evin divarını əhatə edir.[1]
Ebenezer-leys Böyük Britaniyada, daha dəqiqi Şotlandiyanın kiçik şəhəri olan Uikdə (ing. Wick) yerləşir.[1]
Divarını əhatə etdiyi evin inşası başa çatdıqdan sonra, 1883-cü ildə həmin ev heç bir küçəyə aid olunmadığından, bu ev üçün xüsusi olaraq bu küçəni salmışdırlar.[1] Beləliklə də, Ebenezer-pleys ən kiçik küçə adını almışdır.[1]
Küçə yalnız 2006-cı ildə dünyanın ən kiçik küçəsi kimi Ginnesin Rekordlar Kitabına daxil ola bilmişdir.[1]