Eber Lopes (port. Héber Roberto Lopes; 13 iyul 1972, Londrina, Braziliya) — Braziliyalı futbol hakimi.
Tam adı | port. Héber Roberto Lopes | ||
---|---|---|---|
Doğum |
13.07.1972 Londrina, Braziliya | ||
Digər peşəsi | Bədən tərbiyəsi müəllimi | ||
Yerli səviyyədə | |||
İllər | Liqa | Rolu | |
1997– | Braziliya çempionatı (A Seriyası) | Hakim | |
Beynəlxalq səviyyədə | |||
İllər | Liqa | Rolu | |
2012– | FİFA dərəcəli hakim | Hakim |
1995-ci ildən peşəkar hakimdir, 1997-ci ildən Braziliya çempionatının oyunlarını idarə edir.[1]
2012-ci ildən FİFA hakimidir.[2]
Futbol üzrə 2014-cü il dünya çempionatının seçmə mərhələsinin oyunlarında hakimlik edib.[3] 2016-cı il Kopa Amerika Sentenario final oyununu idarə etmişdir. Lopes finalda əsasən, argentinalıların etirazlarına səbəb olan qərarlarla yadda qalmışdı. Brazilyalı referi həlledici oyunda Çilinin və Argentinanın bir oyunçusuna qırmızı vərəqə vermişdi. Matçın 28-ci dəqiqəsində çilili Marselo Diazı ikinci sarı vərəqəylə meydandan qovan hakim, 43-cü dəqiqədə isə argentinalı Markos Roxoya qırmızı vərəqə göstərmişdi.[4]