Argentina milli futbol komandası (isp. Selección de fútbol de Argentina) — Argentinanı beynəlxalq oyunlarda və turnirlərdə təmsil edən futbol komandası. Argentina Futbol Assosiasiyası tərəfindən yönədilir. Ev oyunlarını El Monumental stadionunda keçirir. Hazırkı dünya çempionu.
Ləqəbi | La Albiceleste | ||
---|---|---|---|
Assosiasiya | AFA | ||
Konfederasiya | CONMEBOL (Cənubi Amerika) | ||
Baş məşqçi | Vakant | ||
Kapitan | Vakant | ||
Ən çox oyun keçirən | Lionel Messi (156) | ||
Ən çox qol vuran | Lionel Messi (80) | ||
Stadion | El Monumental | ||
FİFA kodu | ARG | ||
FİFA reytinqi | ▬ 1 | ||
Ən yüksək FİFA reytinqi | 1 (Mart 2007, Oktyabr-İyun 2007, İyul-Oktyabr 2015, Aprel-May 2016) | ||
Ən aşağı FİFA reytinqi | 24 (Avqust 1996) | ||
Elo reytinqi | 2 | ||
Ən yüksək Elo reytinqi | 1 (İyun 2015, May 2016) | ||
Ən aşağı Elo reytinqi | 28 (İyun 1990) | ||
| |||
İlk beynəlxalq oyunu | |||
Uruqvay 2–3 Argentina (Montevideo, Uruqvay; May 16, 1901) | |||
Ən böyükhesablı qələbəsi | |||
Argentina 4:0 Ekvador (Montevideo, Uruqvay; 22 yanvar 1942) | |||
Ən böyükhesablı məğlubiyyəti | |||
Argentina 0:5 Uruqvay (Guayakil, Ekvador; 16 dekabr 1959) Argentina 0:5 Kolumbiya (Buenos-Ayres, Argentina; 5 sentyabr 1993) Boliviya 6:1 Argentina (La Pas, Boliviya; 1 aprel 2009) | |||
Dünya Kuboku | |||
İştirak | 16 (İlk dəfə: 1930) | ||
Ən yaxşı nəticə | Çempion 1978, 1986, 2022 | ||
Kopa Amerika | |||
İştirak | 39 (İlk dəfə: 1916) | ||
Ən yaxşı nəticə | Çempion, 1921, 1925, 1927, 1929, 1937, 1941, 1945, 1946, 1947, 1955, 1957, 1959, 1991, 1993, 2021 | ||
Konfederasiyalar Kuboku | |||
İştirak | 3 (İlk dəfə: 1992) | ||
Ən yaxşı nəticə | Çempion 1992 |
Dünya çempionatında Argentina ilk dəfə finalda 1930-cu ildə Uruqvaya 4-2 məğlub oldu. Növbəti final 1978-ci ildə, Argentina 3-1 əlavə vaxtda Hollandiyanı məğlub edərək bu dəfə dünya çempionu oldular. Növbəti titulunu isə Argentina Diego Maradona başçılığıyla 1986-ci ildə Qərbi Almaniya üzərində 3-2 qalib gələrək qazandı. Lakin 1990-ci ildə Dünya Kuboku finalında Qərbi Almaniya Brehmenin 87-ci dəqiqədəki penaltisiylə qalib gəldi. Argentina yenə Almaniyaya 2014-cü ildə 1-0 məğlub oldular. Bu Argentinanın Dünya çempiontlarının finalında beşinci görüşü idi. Bununla yanaşı Argentina həm də Copa Amerika turnirində 14 dəfə qalib gəlib. Və həm də FİFA Konfederasiyalar Kuboku 1992 və 2004 Afina, və 2008 Pekin qızıl medallarına yiyələnib. Argentina futbol tarixi boyu Braziliya, Uruqvay, İngiltərə və Almaniya ilə rəqabətdə olaraq tanınır. Ən böyük ulduzlarından biri isə Lionel Messidir.
1930-cu ildə keçirilən ilk mundiala favoritlərdən biri kimi yollanan albiselesta yalnız həlledici qarşılaşmada uduzub, gümüş medala sahib oldu. Meydan sahibləri Uruqvaya məğlubiyyət kuryoz hadisə ilə müşayiət olundu. İndikindən fərqli, hər yığmanın özü ilə top gətirdiyi çempionatın həlledici görüşü mübahisəyə səbəb oldu. Argentinalılar onların, uruqvaylılar isə özlərinin topu ilə oynamaq istəyirdi. Hakim hər 45 dəqiqənin bir topla oynanılmasına qərar verdi. Albiselesta ilk yarıda öz topu ilə 2:1-lik qələbə qazansa da, fasilədən sonra Uruqvayda hazırlanan top işə düşdü. Meydan sahibləri 3 dəfə fərqlənib 4:2 hesabı ilə qalib gəldi. Bir qolu olmayan Kastro da bu qarşılaşmada qol sevinci yaşadı. Argentinada isə polislə Uruqvay səfirliyini daşa basan fanatlar arasında böyük qalmaqal yaşandı.
Qətər 2022 Dünya Kubokunun qalibi, Fransanı penaltilərdə 4-2 məğlub edərək (3:3 et)
Ev
1901–1910
|
1911–1974
|
1975–
|
1980
|
1986
|
1990
|
1994
|
1998
|
1999
|
2002
|
2006
|
2008
|
2010
|
2011
|
Səfər
1958
|
1978
|
1994
|
1998
|
2002
|
2006
|
2008
|
2010
|
2011
|