Ecazkar göz (roman)

Ecazkar göz (rus. Чудесное око) - Rus yazıçısı Aleksandr Belyayev tərəfindən yazılmış roman. Əsər ilk dəfə 1935-ci ildə ukrayn dilində çap edilmişdir. Aleksandr Belyayev ölümündən sonra isə kitab rus dilində çapdan çıxıb.

Ecazkar göz
rus. Чудесное око
Müəllif Aleksandr Belyayev
Janr Elmi-fantastika
Orijinalın dili Ukrayn dili
Orijinalın nəşr ili 1935
Nəşr 1935

Okean paraxodu Leviafan Atlantik okeanında qəzaya düşərək batıb. Qəza ilə birlikdə həm də sivilizasiya üçün olduqca dəyərli olan mühəndis-energetik, alim Blasko Xurqesin ixtiraları da suyun dibinə qərq olub. Təsadüfən isə, Xuqesin məktubu jurnalist Azoresə gəlib çıxır və qəhrəmanımız Argentinaya səfərə çıxmalı olur. Xurqesin çox dəyərli kəşflərini axtarıb-tapmaq üçün SSRİ-nın araşdırmaçılar qərargahı və dənizçiləri cəlb edilirlər. Axtarışlar rəqabətsiz ötüşmür. Qızılaxtaran avantürist Skott, Sovet heyəti ilə münaqişəyə daxil olur. Problem isə mütləq SSRİ-nin qələbəsi ilə nəticələnməlidir.

Ecazkar gözə alim Xurqesin kəşflərini SSRİ-yə ötürmək üçün dənizaltı kamera vasitəsi ilə (yazıçı bunu sualtı televizor adlandırır) gəminin axtarışlarından bəhs edir. Skafandr, okean canlıları və digər maraqlı tapıntılar əsərin macəravi xarakterini müəyyənləşdirir. Ən əsas məsələlərdən birisi də o oldu ki, Belyayev, Albert Eynşteynin işlərini proqnozlaşdıra bildi. Atomun bölünməsinə nail olmaq və ondan bəşəriyyət üçün istifadə etmək həmin dövrdə ən az bilinən məlumatlardan idi.

Ecazkar göz ötən əsrin 30-cu illəri, SSRİ və həmin dövrün elmi nailiyyətlərindən bəhs edən maraqlı və səmimi əsərdir. Amfibiya adamProfessor Douelin başı əsərlərindən fərqli olaraq, Belyayevin digər əsərlərində SSRİ-nin təbliğinə dair propoqandik məlumatlar və bilgilər çoxluq təşkil edir. Bu əsər də bu məsələdə istisna olmadı. Həmin illərdə sürətlə və inamla inkişaf edən kommunizmin təbliği normal sayılmalıdır. Hər şeydən əlavə, Belyayevin romanları çox səmimi macəralardır və elmi-fantastika elementləri böyük ustadın dəstxəttini unikallaşdırır.