Edvard Hanter Törnbull (ing. Edward Hunter Turnbull; 12 aprel 1923, Folkirk, Sterlinqşir[d] – 30 aprel 2011) — Şotlandiya futbolçusu və məşqçi. O, "Hibernian" klubu və Şotlandiya millisinin hücumçusu idi, bundan əlavə o, klubun "Famous Five" adlı hücum xəttinin bir hissəsi idi. Oyunçu karyerasını bitirdikdən sonra, o, "Aberdin" və "Hibernian" klublarında böyük nailiyyətlər qazanaraq uğurlu məşqçi karyerası yaşamışdır.
Eddi Törnbull | ||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ing. Eddie Turnbull | ||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 12 aprel 1923 | |||||||||||||||||||||||||||||||||
Doğum yeri |
|
|||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 30 aprel 2011 (88 yaşında) | |||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu, inside forward[d] | |||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
|
Törnbull İkinci Dünya müharibəsi zamanı Krallıq donanmasının heyətində idi.[1] 2015-ci ilin noyabr ayında ona ölümündən sonra "Arctic Star" hərbi kampaniya medalı ilə təltif edildi.[1]
Müharibə sona çatdıqdan sonra 23 yaşlı Eddi peşəkar futbolda debüt etdi. 1940–1950-ci illərdə o, Qordon Smit, Bobbi Conston, Lori Raylli və Villi Ormond ilə birgə "Hibernian" klubunun məşhur 5-li hücum xəttini təşkil edirdi. "Hibernian"ın heyətində onlar 5 dəfə Şotlandiya çempionatının qalibi olmuşdular. 1955-ci ildə isə o, Avropa klub yarışlarında qol vuran ilk Britaniyalı oldu.
Şotladniya millisinin heyətində o, 9 dəfə çıxış etmiş və 1958 FİFA Dünya Kubokunda oynamışdır.
1965–1971-ci illər ərzində o, "Aberdin" klubunu çalışdırmışdır və onunla 1969–70 Şotlandiya kubokunun qalibi olmuş və 1970–71 mövsümündə Şotlandiya liqasında ikinci yeri tutmuşdur.[2] Daha sonra o, "Hibernian"a qayıdaraq 1972–73 Şotlandiya Liqa Kubokunu qazandı. O, həmçinin Edinburq derbisində rəqib "Hart of Midltoian" klubuna 7–0 hesablı sarsıdıcı məğlubiyyət yaşatmışdır.
Törnbull 30 aprel 2011-ci ildə, 88 yaşında vəfat etdi.[3] "Hibernian"ın sədri Rob Petri Törnbulldan çox kluba kimsənin daha böyük qatqı vermədiyini bildirmişdir.[3]
Hibernian
Aberdin
Hibernian
Milli komanda | İl | Oyun | Qol |
---|---|---|---|
Şotlandiya | |||
1948 | 3 | 0 | |
1950 | 1 | 0 | |
1958 | 5 | 0 | |
Cəmi | 9 | 0 |
Klub | Başlanğıc ili | Son il | Nəticələr | ||||
---|---|---|---|---|---|---|---|
O | Q | HH | M | Qələbə % | |||
Kuinz Park FK[5] | 1963 | 1965 | 104 | 44 | 19 | 41 | 42,31 |
Aberdin[6] | 1965 | 1971 | 315 | 150 | 66 | 99 | 47,62 |
Hibernian[7] | 1971 | 1980 | 454 | 219 | 110 | 125 | 48,24 |
Cəmi | 873 | 413 | 195 | 265 | 47,31 |