Edessa şəlalələri

Edessa və ya Edessis şəlalələri[1][2] ― Yunanistanın Edessa şəhərində yerləşir. Şəlalələr XIV əsrdə baş verən güclü zəlzələdən sonra yaranmış təbiət möcüzəsidir. O vaxtdan bəri ərazidə baş vermiş daha kiçik miqyaslı zəlzələlər səbəbiylə şəlalələrin morfologiyalarında bir çox dəyişiklik baş vermişdir.

Edessa şəlalələri
Yerləşməsi
40°48′12″ şm. e. 22°03′19″ ş. u.
Ölkə
Edessa şəlalələri xəritədə
Edessa şəlalələri
Edessa şəlalələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu şəlalələrin əsas mənbəyi Aqra-Nissiou bataqlığıdır. Şəlalələr 100 000 m²-dən böyük ərazi və qayanın üzərindəki 1,1 km uzunluğundakı cığır boyu tökülür.[3]

Şəlalələr Edessa şəhərini ziyarət edənləri əsas cəlb edən obyektdir. Bölgədə on iki şəlalə var ki, bunlardan dördü asanlıqla görünür.

Şəlalələrin yerləşdiyi parka gedən yollara şəhərin düzənliyindən Qədim Edessaya qədər uzanan daş döşənmiş yol daxildir. Bu keçid 20-ci əsrin əvvəllərinə qədər Qədim Edessa, Edessa Akropolu və Selanikini birləşdirən qədim yolun bir hissəsi olmuşdur.[4]

Tarixi[redaktə | mənbəni redaktə et]

Waterfalls of Edessa in Greece
Edessa şəlalələri

Formalaşmaları[redaktə | mənbəni redaktə et]

Edessa şəlalələri 14-cü əsrdə geoloji və ya atmosfer hadisəsindən sonra meydana gəlmişdir. Əvvəlcə suyun əsas hissəsi şəhərin qərbindəki hövzədə toplanırdı. Daha sonra isə sular şəhərdən axmağa başladı və hündür qayalardan möhtəşəm bir şəkildə düşərək bir çox kiçik çay və şəlalə yaratdı.

Sənaye istismarı[redaktə | mənbəni redaktə et]

Edessa Waterfalls Municipal Restaurant
Turistlər şəlalələrin içərisində qəhvələrini içə bilərlər

19-cu əsrin sonunda şəhərin yuxarısındakı qayalarda şəlalələrdən istehsal edilmiş elektrik enerjisini istifadə edəcək bir neçə fabrik tikildi. Ərazidə ümumilikdə beş böyük tekstil fabriki, bir neçə laboratoriya və dəri zavodu tikilmişdi. Hər bir fabrik özünəməxsus elektrik sistemi yaratmaq üçün bir şəlalədən istifadə edirdi.[5][6]

Turizm[redaktə | mənbəni redaktə et]

II Dünya Müharibəsindən və Edessa bələdiyyəsinin yenidən qurulmasından sonra şəlalələrin yerləşdiyi ərazi dövlətin səlahiyyətinə keçdi. Bələdiyyə ərazini yenidən inkişaf etdirmək üçün tədbirlər həyata keçirdi, ərazidə geniş bağlar və yollar salındı. İşlər 1953-cü ildə tamamlandı. İki böyük şəlalənin arasındakı kiçik adadad "BALLAR" adlı bələdiyyə restoranı quruldu. 1960-cı illərdə ərazidə ziyarətçinin etibarlı bir şəkildə yaxınlaşmasına imkan vermək üçün yollar inşa edildi.[1]

2003-cü ildən bəri şəlalələr gecə boyunca göy qurşağı rənglərində işıqlandırılır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Edessa - Waterfalls history". www.edessacity.gr. 2000-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-08.
  2. "Εικόνες από τους καταρράκτες της Έδεσσας". CNN.gr (yunan). 2016-04-15. 2018-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-08.
  3. "Πάρκο Καταρρακτών Έδεσσας". Hellenic Hospitality (yunan). 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-08.
  4. "Archaeological Site of Edessa - GTP". www.gtp.gr (ingilis). 2004-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-08.
  5. "Η βιομηχανική ιστορία της Έδεσσας "ζωντανεύει" στην περιοχή των Μύλων (ΦΩΤΟ)". Typosthes.gr (yunan). 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-08.
  6. "Ιστορία πόλης - Pella-Net Οδηγός επιχειρήσεων Τουριστικός Οδηγός νομού Πέλλας Γιαννιτσά Έδεσσα Αριδαία Σκύδρα Πέλλα pella hotel news χαρτης αγιος αθανασιος blogs". www.pella-net.gr. 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-08.