Edessalı Aviv (təq. 307 – 322) — xristian diakon. O, Roma imperatoru Lisinin hakimiyyəti dövründə Edessada əzabkeş olmuşdur.
Edessalı Aviv | |
---|---|
Doğum tarixi | təq. 307 |
Vəfat tarixi | 322 |
Xatirə günü | 27 mart, 15 noyabr |
Aviv təqribən b.e. 307-ci ildə Romanın Osroena vilayətində yerləşən Edessada (indiki Şanlıurfa, Türkiyə) anadan olmuşdur. O, diakon təyin edilmiş və imperator xristianlığı canfəşanlıqla yaydığına görə Avivin həbs edilməsini əmr etmişdir.[1] Aviv axtarış zamanı heç bir xristianın əziyyət çəkməsini istəməyərək cəlladlarının qarşısına çıxmışdır.[2]