Edmund Halley

Edmund Halley (ing. Edmund Halley, 8 noyabr 1656 – 25 yanvar 1742) – İngilis kral astronomu, riyaziyyatçısı, fiziki, demoqrafı, meteoroloqu və geofiziki. Edmund Halley din cəhətdən ateist olub.

Edmund Halley
ing. Edmund Halley
Doğum tarixi
Doğum yeri İngiltərə
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri İngiltərə
Elm sahələri Geofizika, meteorologiya, demoqrafiya, riyaziyyatçı, meteoroloq[d], fizik, astronomiya, astronom
İş yerləri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Edmund Halley 1656-cı ildə Xaqqerston kəndində anadan olmuşdur. Müqəddəs Pavl adına məktəbdə oxumuşdur. 1673-cü ildə təhsilini Kral Kollecində Oksfordda davam etdirmişdir. Cənub yarımkürəsindəki olan ulduzlar haqqında öyrənmək məqsədilə 1673-cü ildə Müqəddəs Yelena adasına səfərə çıxır.

1678-ci ildə İngiltərəyə qayıdaraq "Cənub göy haqqında kataloq"u çap etdirir. Bu kataloqda Cənub yarımkürəsindəki 341 ulduz haqqında informasiya var idi. Həmçinin Halley Nyutonun yaxın dostu olmuşdur. 1703-cü ildə Oksford həndəsə kafedrasının rəhbəri olmuşdur. Qalley 1715-ci ildə elmi məqaləsində sirli obyekt olan dumanlardan yazmışdır. 1680–1682-ci illərdə iki işıqsaçan komet müşahidə edilmişdir. Halley 1716-cı ildə söyləmişdir ki, bu komet 1785-ci ildə yenidən görünəcəkdir. İohan Georg Paliç 1758-ci il 25 dekabrda bu kometi müşahidə etmişdir. Kometin yenidən qayıtmasının izah edən Qalley ilk dəfə olaraq İsaak Nyutonun Ümumdünya cazibə qanununun triumfal elmi izahını vermişdir. Ona görə də, bu kometa hal-hazırda Qalley quyruqulduzu və ya 1P adlanır.

Halley ilk dəfə göstərmişdir ki, dumanlar işıqsaçan kosmik obyektdir. Ona 1720-ci ildə Qrinviç rəssədxanasında rəhbərlik vəzifəsi verilmişdir. Paris Elmlər Akademiyasının üzvü seçilmişdir. 1721-ci ildə fotometrik paradoks ideyasını kəşf etmişdir. Edmund Halley 1742-ci ildə Qrinviç şəhərində vəfat etmişdir.

Şərəfinə verilən adlar

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  2. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.