Egey mübahisəsi,[1] Egey məsələsi[2] və ya Egey nifaqı[2] (yun. Γκρίζες Ζώνες, türk. Ege sorunu) — Yunanıstan və Türkiyə arasında Egey dənizinin akvatoriyasında və onun üzərindəki hava məkanında suverenlik və əlaqəli hüquqlarla bağlı bir-biri ilə əlaqəli mübahisəli məsələlər kompleksi. 1970-ci illərin həll olunmamış Kipr böhranından yaranan çoxsaylı münaqişələr Türkiyə–Yunanıstan münasibətlərinə əhəmiyyətli təsir göstərmişdir. 1987-ci ildə və 1996-cı ilin əvvəlində Egey mübahisəsi iki dövlət arasında hərbi əməliyyatların başlanmasına yaxın böhran vəziyyətlərinə gətirib çıxarmışdır.
1998-ci ildə hər iki ölkə bir sıra diplomatik tədbirlər həyata keçirməklə gərginliyi aradan qaldırmağa yaxın idi. Növbəti addım, xüsusən də Yunanıstanın Türkiyənin Avropa İttifaqına daxil olmasını asanlaşdırmağa yönəlmiş hərəkətləri olmuşdu.
Egey mübahisəs hər iki ölkənin əraziləri ətrafında dəniz və hava təsir zonalarının delimitasiyası ilə bağlıdır. Bu məsələlər Egey dənizinin özünün coğrafi və tarixi xüsusiyyətləri, onun hövzəsindəki ölkələrin yerləşməsi ilə əlaqəlidir. Egey dənizinin suları ilə yuyulan Yunanıstan və Türkiyənin materik sahil xəttinin uzunluğu təxminən bərabər olsa da, Gökçeada və Bozcaada istisna olmaqla, bütün Egey adaları Yunanıstana aiddir. Eyni zamanda, Yunanıstana aid olan bir sıra böyük adalar Türkiyənin materik sərhədlərinə yaxın ərazidə yerləşir. Bu, Türkiyəyə nə dəniz, nə də hava təsir zonalarını genişləndirməyə imkan vermir. Bu zonaların hər hansı potensial genişləndirilməsi Yunanıstana Türkiyədən daha çox mütənasib fayda gətirəcək.
Məşhur inanca görə, Türkiyə Yunanıstanın öz təsir zonalarını Egey dənizini faktiki olaraq "yunan gölü"nə çevirəcək dərəcədə genişləndirməyə cəhd edə biləcəyindən narahatdır. Bundan əlavə, Yunanıstan Türkiyənin "Egey dənizinin yarısını işğal etməyə", yəni Lesbos, Xios, Samos və digər adalar xəttini aşaraq Egey dənizinin ortasına qədər Türkiyə təsir zonası yaratmağa cəhd edə biləcəyindən narahatdır. Dodekanes adaları, beləliklə onları Türkiyə suları ilə əhatə olunmuş eksklavlara çevrilir və Yunanıstanın əsas hissəsi ilə əlaqəsi kəsilir.[3]