Eggenberg Qalası və ya Eggenberg Sarayı (Schloss Eggenberg) — Avstriyanın Ştiriya federal torpaqlarının ən böyük aristokratik iqamətgahı. Qorunan əşyaları, geniş mənzərəli bağları, həmçinin sarayda və ətraf parkda yerləşən Joanneum Universal Muzeyinin[1] bəzi xüsusi kolleksiyalarına görə Eggenberg Avstriyanın ən qiymətli mədəni sərvətləri sırasında yer alır. Eggenberg Qalası şəhərin qərb kənarında 381 m. yüksəklikdə yerləşir.[2]
Eggenberg Sarayı | |
---|---|
Schloss Eggenberg | |
Əsası qoyulub | 1635 |
Ölkə | |
Yerləşir | Qrats, Ştiriya |
47°04′26″ şm. e. 15°23′28″ ş. u.HGYO | |
museum-joanneum.at/en/pa… | |
Vikianbarda əlaqəli mediafayllar |
2010-cu ildə saray YUNESKO-nun Ümumdünya İrsinin siyahısına daxil edilmişdir.[3] Nəhəng divarlarla əhatə olunmuş saray Ştiriyanın inzibati mərkəzi olan Qrasda yerləşir.
Sarayın ərazisində yeni Arxeologiya Muzeyi var.
İmperator II Ferdinandın sevimli və ən yaxın müşaviri olan şahzadə Eggenberg tərəfindən 1625-ci ildə malikanənin tikilməsi əmri verilmişdir. Binanın memarı şahzadənin astrologiyaya olan həvəsini nəzərə alaraq binanı İntibah harmoniyası ruhunda dizayn etmişdir. Saray və park kompleksinə şahzadənin əcdadları tərəfindən tikilmiş qotika kilsəsi də daxildir.
Binada hər şey zamanın keçməsini və ulduzların hərəkətini xatırlatmaq üçün nəzərdə tutulub: 4 yan qüllə — fəsilləri, 52 otaq — ildə həftələrin sayını, 24 xidməti otaq — saatı simvollaşdırır. Binanın hər mərtəbəsində təqvim ayı ərzində maksimum gün sayına bərabər olan 31 otaq var. Bəzi hesablamalara görə, iqamətgahda ilin günlərinin sayına uyğun olaraq düz 365 pəncərə və bağda astronomik ikonoqrafiya var.
İkinci Dünya müharibəsindən qısa müddət əvvəl Eggenberg qalası və onun parkı Ştiriya əyaləti tərəfindən alınmışdır. Sarayın və parkın idarə edilməsini Avstriyanın ən qədim muzeyi olan Joanneum muzeyi öz üzərinə götürdü. İkinci Dünya Müharibəsi və sonrakı Müttəfiqlərin işğalı zamanı dəymiş ziyanı bərpa etmək üçün sarayda geniş bərpa işləri aparıldı və 1953-cü ildə Eggenberg qalası və parkı nəhayət ictimaiyyətə açıldı.
Sarayın ərazisində Planet bağı və Lapidarium var.
Sarayın birinci mərtəbəsində son orta əsrlərinə aid Baltasar Eggenbergin şəxsi otaqlarında yerləşən numizmatik kolleksiyası(Sikkələr Kabineti) yerləşir.[4] Yuxarı mərtəbə Köhnə Qalereya, beş əsrlik Avropa incəsənət tarixini əhatə edən orta əsrlərdən erkən müasir dövrə qədər çoxlu sayda rəsm, heykəltəraşlıq və digər sənət əsərlərini ehtiva edir. Kolleksiyanın ən dəyərli eksponatı Ştretveg arabasıdir.[5]