Ekol Mühəndislik Xidmətləri QSC — 2006-cı ildə yaradılan, ətraf mühitin mühafizəsi istiqamətində ekoloji yönümlü xidmətlər göstərən şirkət. Şirkətin pay sahibləri ARDNŞ (51%) və Panamanın "Lancer Services S. A." şirkətidir (49%).[2] Panama şirkətinin sahibi "Union Grand Energy" şirkəti vasitəsilə Anar Əlizadədir.[3] 2010-cu ildə Niderlandın AA Services şirkəti ilə birləşərək AAS — EKOL MMC şirkəti yaradılıb. 2010-cu il üçün şirkətin tabeliyində Kompleks Tədqiqatlar Laboratoriyası, Tullantıların emalı sahəsi, mexaniki təmizləyici qurğusu, Parafin təmizləmə sexi, Elektromexanika sexi var idi.[4]
Ekol Mühəndislik Xidmətləri QSC | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Ətraf Mühitin Mühafizəsi |
İqtisadi göstəriciləri | |
Ümumi kapital | 12,312 mln AZN (2018)[1] |
Ümumi aktivlər | ▲15,234 mln AZN (2018)[1] |
Ümumi gəliri | ▲17,032 mln AZN (2018)[1] |
Xalis mənfəəti |
-1,151 mln AZN (2017) ▲2,011 mln AZN (2018)[1] |
Struktur | |
Ana şirkət |
ARDNŞ Lancer Services S.A. |
Veb Sayt |