Panama Respublikası (isp. República de Panamá [re̞ˈpuβ̞lika ð̞e̞ panaˈma]) — Mərkəzi Amerikada, Panama bərzəxində dövlətdir. Qərbdə - Kosta-Rika ilə həmsərhəddir (sərhəddin uzunluğu 330 km), şərqdə - Kolumbiya ilə (225 km) sərhədlənir. Ölkə cənubda Sakit okean, şimalda Karib dənizi ilə əhatələnir. Sərhədlərin ümum uzunluğu 555 km-dir, sahil xəttinin uzunluğu 2490 km, ölkənin ümumi sahəsi 77 min km2-dir (qurunu sahəsi 76990 km2). Panamaya 1600-dən çox kiçik ada (o cümlədən 1000-dək Sakit okeanda) məxsusdur. Əhalisi -3,1 mln. nəfər, paytaxtı isə Panama şəhəridir. Panama inzibati cəhətdən 9 əyalətə bölünür. 2012-ci ildə "New York Times" qəzetinin " dünyanın görməli yerləri" siyahısında Panama birinci yerdədir.
Panama | |||||
---|---|---|---|---|---|
República de Panamá | |||||
| |||||
Pro Mundi Beneficio (latın "sülh naminə") | |||||
Himn: Himno Istmeño |
|||||
Tarixi | |||||
• Kolumbiyadan ayrıldı | 3 noyabr 1903 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Panama | ||||
İdarəetmə forması | Prezident Respublikası | ||||
Prezident | José Raúl Mulino | ||||
Sahəsi | Dünyada 116-cı | ||||
• Ümumi | 78200 km² | ||||
• Su sahəsi (%) | 2,9 | ||||
Əhalisi | |||||
• Əhali | 3 689 293[1] nəfər (132-ci) | ||||
• Siyahıyaalma (2013) | 3 661 868[2] nəf. | ||||
• Sıxlıq | 44,5 nəf./km² | ||||
• Ümumi | 67.406.738.052 $[5], 76.522.511.781 $[5] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 29,799[3] dollar (90-cı) | ||||
• Adambaşına | 13416 dollar | ||||
İİİ (2013) | 0.765 | ||||
Valyuta | ABŞ dolları | ||||
İnternet domeni | .pa | ||||
ISO kodu | PA | ||||
BOK kodu | PAN | ||||
Telefon kodu | +507 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Panama 9 əyalət, 3 muxtar əyalət və 2 komark (isp.comarca indígena)dan ibarətdir.
Panamanın yerli əhalisi hinduları ölkənin şimal- şərq sahilləri, meşəlik və dağ rayonlarında yaşayırlar. Başqa ölkələrdən gəlmələr çoxdur. Əhalinin əksəriyyəti (70%) metislərdir, 14%-i vest-hindular 10%-i avropalılar, 6%-i hindular təşkil edir. Dövlət dili ispan dilidir. Hindular öz dillərini də saxlayırlar. Dindarları katoilk (90%), bir qismi protestantlardır (6%). Əhali ölkədə qeyri-bərabər yerləşmişlər. Əhalinin orta sıxlığı 1 km2-də 36 nəfərdir. Panama şəhəri və Kolon şəhəri rayonlarında (bu yerlərdən Panama kanalı keçir) əhalinin yarıdan çoxu yaşayır. Panama kanalından qərbdə kənd rayonları yerləşir və burada kiçik yaşayış məntəqələri (hərəsində 50 nəfər və s.) yerləşir. Hər 1000 nəfərə görə doğulanların sayı 24 nəfər, ölənlərin sayı 5 nəfər, təbii artım isə 19 nəfər təşkil edir. Orta həyat ömrü kişilər - 72 yaş, qadınlar – 78 yaşdır. Əhalinin 50%-i şəhərlərdə yaşayır. Ən böyük şəhəri onun paytaxtı - Panama şəhəridir. İkinci böyük şəhəri - Karib dənizinin sahilində Kolon şəhəridir. Onun əhalisi 200 min nəfərə çatır.
İndiki Panama ərazisi azsaylı hindu qəbilələri Kuna, Çoko, Quayaminin yerləşdiyi ərazidir. Cənubunda Kokle mədəniyyəti yaranmışdır. Dəmir alətlər və keramit istehsal edirdilər. Panamalıların Avropa ilə ilk tanışlığı 1501-ci ilə təsadüf edir. Bu ispan Radriqo de Batistasın vasitəsilə olmuşdur. 1502-ci ildə Xristofor Kolumb "yeni dünya"ya 4-cü səyahəti vaxtı Panamanın şərq sahillərini tədqiq etmişdir. Mingünlük müharibədən sonra müstəqil respublika elan edilmişdir.