İnformasiya amilinin ekologiyada xüsusi əhəmiyyəti vardır. İnformasiya alınmasının səmərəli sistemi olmadan müasir cəmiyyətin ekoloji ziddiyyətlərinin həlli mümkün deyildir. İnformasiya dairəsi fəaliyyətin elə sahəsidir ki, yalnız onun vasitəsilə ekoloji ziddiyyətlərin qapalı dairəsini qırmaq olar[1].
İnformatika (fr. information - informasiya və automatique - avtomatika) - elmi-texniki fəaliyyət sahəsi olub, informasiyanın (informasiya texnologiyası)almması xüsusiyyətlərini, ötürülmə texnologiyasını, təhlil və saxlanmasını öyrənirİnformasiya maddələr və eneıji ilə yanaşı ümumi xarakter daşıyır. Ekoloji problem müvafiq olaraq mövcud informasiya aspektinə malikdir. Bura aşağıdakı bir çox məsələlər daxildir:
Sadalanan məsələlər bütövlükdə ekoloji informatikanın predmet sahəsini müəyyən edir. Ekoinformatikada geoekoinformatika və sosioekoinformatika bir-birindən fərqləndirilir.
Geoekoinformatika təbiətdən istifadənin səmərəliyini artırmaq və təbii mühitin vəziyyətinə nəzarət məqsədilə biosfer və ekoloji tədqiqatların informasiya təminatını yerinə yetirir.
Hazırda biosferə dair informasiyanın böyük hissəsi Yerin süni peykləri vasitəsilə alınır. Bu halda landşaftın elementləri, bitki örtüyü, çirklənmiş ərazilər və s. daha aydın görünür.
Lakin peyk məlumatları Yerdəki müşahidələri tamamlamalıdır. Yerdə müşahidələrin inkişafı üçün stasionar və ekspedisiya tədqiqatları vacibdir. Bundan ötrü bütün ölkə daxilində təbii mühitin vəziyyətini müşahidə edən, analiz və proqnozunu verən xüsusi informasiya sistemi, yəni milli monitorinq sistemi təşkil edilməlidir. Qlobal səviyyədə təbii mühitin vəziyyəti üzərində nəzarət BMT strukturları vasitəsilə həyata keçirilir. BMT-nin ətraf mühitə dair proqramına - YUNEP - uyğun olaraq üç əsas bölmə - ətraf mühitin monitorinqinin qlobal sistemi (ƏMMQS), potensial toksiki kimyəvi maddələrin Beynəlxalq registri (PTKMBR) və ətraf mühitə dair beynəlxalq informasiya sistemi - (İNFOTERRA) müəyyən edilmişdir. Cəmiyyətin təbii mühitlə ekoloji qarşılıqlı əlaqəsinin məzmun və forması təbiət haqqında əldə edilmiş biliklər və təbiətdən praktiki istifadə ilə müəyyən edilir. Bütün bunlar sosioekoinformatikanın məzmununu təşkil edir. Bura elmi informasiyanın inkişaf problemləri daxildir.