Mühitin çirklənməsi

Mühitin çirklənməsi – mümkün normadan yuxarı dərəcədə istehsalın əlavə məhsulları ilə xarici mühitin dəyişməsi. Çirkləndirici elementlərə bərk, maye və qazşəkilli maddələr, zərərli radiasiya və səs-küy daxildir. Ağır metallarla (civə, qurğuşun, kadmium), fosfatlar, nitratlar, kükürd-oksidi, kənd təsərrüfatı ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan, zəhərli kimyəvi maddələr (DDT, aidrin və s.), ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyatın səs-küyü daha ziyanlı sayılır. Yuxarıda göstərilən maddələrin bəziləri mutagen təsir göstərərək xənçəng xəstəliklərinin yaranmasına səbəb ola bilər. Hazırda çirklənməyə ciddi nəzarət olunmasının bəşəriyyət qarşısında vacibliyi meydana çıxmışdır. Respublikamızda bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir.[1][2]

Mühitin çirklənməsindən vurulan ziyan

[redaktə | mənbəni redaktə et]

Həyat mühitinin çirklənməsi ilə bağlı xalq təsərrüfatına vurulan ziyan (bilavasitə və vasitəli təsir, həmçinin çirklənmənin mənfi nəticələrini ləğv etmək üçün çəkilən əlavə xərc nəzərə alınmaqla). Həmçinin əhalinin sağlamlığının pisləşməsilə bağlı itkilər, insanların əmək fəaliyyəti dövrünün və həyatının qısalması nəzərə alınır.

Mühitin keyfiyyət indeksi

[redaktə | mənbəni redaktə et]

İnsan və digər orqanizmlərin həyatı üçün mühitin yararlığını qiymətləndirən miqdar göstəricisi. Mühitin keyfiyyət indeksi canlı orqanizmlərin vəziyyətinə görə (məs. əhalinin xəstələnmə dərəcəsinə görə) və ya orqanizmə təsir göstərən əlverişsiz faktorların cəmini tapmaqla (çirkləndiricilərin zərərlilik dərəcəsini nəzərə alaraq müxtəlif çirklənmə növləri və YVÇ) (yol verilən çirklənmə).

Mühitin özünütənzimlənməsi

[redaktə | mənbəni redaktə et]

Ətraf mühiti çirkləndirən maddələrin arası kəsilmədən istifadəsi və zərərsizləşdirilməsi prosesi. Bu ən çox ətraf mühiti çirkləndirən maddələrin düzənliklərə və su hövzələrinə aparılması, həmçinin ekosistemlərin trofik kanalları və orqanizmlərin minerallaşması ilə baş verir. Əsrimizin ortalarından sonra mühitin özünütəmizləməsi onun çirklənmədən təmizlənməsini təmin edə bilmir. Ona görə ətraf mühitin dəqiq monitorinqi və qlobal mühafizəsi sisteminin vacibliyi meydana çıxır.

Mühitin sanitar nəzarəti

[redaktə | mənbəni redaktə et]

İnsan və ev heyvanlarının sağlamlığının qorunması mövqeyi ilə ətraf mühitin keyfiyyətinə nəzarət. Su, hava, torpağın bakterioloji, mikrobioloji, parazitor və kimyəvi analizi M.s-n-ə daxildir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008
  2. Syvitski, Jaia; Waters, Colin N.; Day, John; et al. (2020). "Extraordinary human energy consumption and resultant geological impacts beginning around 1950 CE initiated the proposed Anthropocene Epoch". Communications Earth & Environment. 1 (32): 32. Bibcode:2020ComEE…1…32S. doi:10.1038/s43247–020–00029-y. S2CID 222415797.