Ekoloji risk — ətraf mühitdəki mənfi dəyişikliklərin ehtimalı və ya bu dəyişikliklərin ətraf mühitə mənfi təsirindən yaranan uzaq mənfi nəticələr.
Ekoloji risk təbii, antropogen və texnogen fövqəladə hallara səbəb ola bilər.
Elmi ədəbiyyatda ekoloji risk haqqında dedikdə hər hansı bir obyektə neqativ ziyan vuran obyektlər nəzərdə tutulur. Neqativ ziyan anlayışına, bir qayda olaraq, obyektin normal işinin pozulması, hətta həmin obyektin dağılması,məhv olması və müxtəlif itki ilə nəticələnən bir hadisə kimi baxmaq lazımdır. Əlavə edək ki,ekoloji riski xarakterizə edən əsas amillər içərisində qorxulu halların yaranmasının aniliyini,qeyri-müəyyənliyini və qəflətən təhlükəli vəziyyətin meydana gəlməsini də nəzərdən qaçırmaq olmaz. Qeyd etmək lazımdır ki,insanlar hər gün düşünülmüş və ya düşünülməmiş formada kiçik və böyük həcmli risklərlə üzləşirlər. Həyatda insan üçün risk ibtidai icma qEkoloji ruruluşunda olan fəaliyyətindən(ovçuluq riski,dənizdə üzmək riski və s.)indiki zamana qədər (iqtisadi risk,istehsal riski,ekoloji risk və s.) praktiki olaraq obyektiv şəkildə onunla çiyin- çiyinə addımlamışdır[1].
Ekoloji riskə aşağıda göstərilən kəmiyyət göstəriciləri daxildir:
Adətən, təhlükəsizlik məfhumu dedikdə müəyyən şəraitdə ətraf mühitdə yarana bilən halların, arzu olunmayan şəraitin, proseslərin və s. nəticəsində insana və ətraf mühitə göstərdiyi təsirdən ayrıca və bütövlükdə aşağıdakı vəziyyətin meydana gəlməsi səbəbləri başa düşülür:
Xalq təsərrüfatı,müdafiə və ya hər hansı bir təbii obyektdir ki,onların fəaliyyət göstərməsi insanlara, kənd təsərrüfatı heyvanlarına, bitkilərə,ətraf mühitə və ya onun ayrı-ayrı komponetlərinə neqativ təsir göstərsin.
Əlavə edək ki,qeyd olunan amillərin bölünməsi şərti xarakter daşıyır, ona görə ki, insanın, cəmiyyətin və ətraf mühitin təhlükəsizliyi problemini öyrənən zaman bu amillərin təsirini ümümi halda ayırmaq olmaz.Bu amillər və onların təsirinə kompleks şəkildə baxmaq lazımdır. Planetimizin hər bir ölkəsində insanların, ümumilikdə ətraf mühitin və bəşəriyyətin təhlükəsizliyini təmin edilməsi ekoloji problemlər içərisində ən vacib problem olaraq qalmaqdadır.
Adətən, ekoloji təhlükəsizlik ayrı-ayrı şəxslərin,cəmiyyətin və ətraf mühitin son dərəcə təhlükəli vəziyyətdən qorunmasıdır.Təhlükəsizliyin ölçü vahidi kimi insanın və ətraf mühitin vəziyyətini (keyfiyyətcə) xarakterizə edən göstəricilərdən istifadə etməyi məsləhət görürlər. Bu göstərici isə insanın sağlamlın və ətraf mühitin qorunmasını maksimum təmin edən şəratin yaradılması deməkdir. İnsan sağlamlığı dedikdə isə, onun ömrünün uzadılmasını, fiziki və zehni iş qabiliyyətini,insan orqanizminin hərtərəfli fəaliyyətini təmin edən şəraitin yaradılması kimi başa düşülməlidir. İnsan sağlamlığının əsas göstəricilərindən biri onun orta yaş həddidir. Bir çox alimlər hesab edirlər ki, insanın bioloji vəziyyəti orta hesabla 89+5 il yaşamasına imkan verir, lakin bir çox obyektiv səbəblərdən qeyd olunan yaş həddi kəskin surətdə tərəddüd edir.
Ekosistemin dayanıqlığını nisbətən düzgün qiymətləndirmək üçün təbii-ekoloji təsnifatdan istifadə edilir.
Təbii hal(vəziyyət)- Ancaq antropogen təsirin şəraiti (fonu) müşsahidə olunur, bioloji kütlə maksimum, bioloji məhsuldarlıq minimumdur.
Müvazinət vəziyyəti- Bərpaolunma prossinin sürəti yuxarıdır və ya pozulma tempinə bərabərdir. Bioloji məhsuldarlıq təbii məhsuldarlıqdam çoxdur, biokütlə azalmağa başlayır.
Böhran vəziyyəti-Antropogen pozuntular sürərə görə təbii bərpaolunma prosesini qabaqlayır, lakin ekosistemin təbii xarakteri saxlanılır:biokütlə azalır, bioloji məhsuldarlıq kəskin artır.
Fəlakətli (katastrof) vəziyyət -Az məhsuldarlıq ekosistemin möhkəmləndirilməsinin öz əvvəlki vəziyyətinə çətin qayıtma prosesi: biokütlə və biloji məhsuldarlıq minimumdur[2].