Ekta (film, 1942)

Ekta (film, 1942) — Rejissor Homi Vadianın Bombeydə Vadia Studioda istehsal etdiyi film.[1]

Ekta
ing. Ekta
İlk baxış tarixi 1942
Ölkə
Dil Sindhi dili
Rəng ağ-qara[d]
Çəkiliş yeri Mumbay

Haqqında[redaktə | mənbəni redaktə et]

Bu ağ-qara film Sinddə ilk filmdir və Kərim Buks Nizamani tərəfindən maliyyələşdirilib. Baş rolları Nizamani və Kauşalya ifa edir. Filmin Hind-müsəlman birliyinə həsr olunub.

Filmin premyerası Kəraçidə Tac Mahal Kinoteatrında baş tutub, lakin film ticarət məhdudiyyətlərinə görə teatrlarda iki həftə sonra nümayiş olunub ki, bu da Vadio studionun büdcəsinə böyük zərər vurub.

İstehsalı[redaktə | mənbəni redaktə et]

Rejissor Homi Vadia tərəfindən çəkilən bu film Ramom Pancvani tərəfindən hazırlanıb. Onun maliyyəsini filmin baş qəhrəmanı rolunu ifa edən Kərim Buks Nizamani qarşılayıb.[2] Nizamani yalnız kino aktyoru deyildi, o həm də Sind yazıçısı, sosial işçi və torpaq sahibi idi. Onun "Kayi" tərcümeyi-halı Sinddə ən yaxşı tərcümeyi-hallardan biridir. Filmin digər qəhrəmanı Kauşalya Hindistanın Uttar-Pradeş məntəqəsindəndir. O rəqqasə, müğənni və aktrisa idi. Onun atası LAxu Maxarac məşhur rəqqas olub və o özü qızı Kauşalyaya rəqs sənətini öyrədib.

Hari Şivdasani, Çandu Şivdasani, Sikander, Gülşən Sufi, Çander Vasvani, Mayya Devi və digərləri bu filmdə rollar ifa ediblər. Məşhur yazıçı Ağa Abdul Nəbi Sufi filmin ssenari müəllifidir, məşhur şair Hialdas Fani filmin musiqisini bəstələmişdir. Filmin mövzusu hind-müsəlman harominyasını, yəni Ektanı (birliyi) əks etdirir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 ""ايڪتا". Encyclopedia Sindhiana (in Sindhi)". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  2. ""سنڌي فلمون پسمنظر ۽ تاريخ : (Sindhianaسنڌيانا)". Encyclopedia Sindhiana (in Sindhi)". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.