Bu məqalədə davam edən aktual hadisələrlə bağlı məlumat var. Məqalənin tərkibi və adı hadisələrin gedişinə görə tez-tez dəyişə bilər. |
Ekvadorda münaqişə — 9 yanvar 2024-cü ildə Ekvadorda ölkə hökuməti tərəfindən bir neçə mütəşəkkil cinayətkar qrupa, xüsusən də "Los Choneros"a qarşı başladılan silahlı münaqişə.
Ekvadorda münaqişə | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Quayakil boyu silahlı hücumlar haqqında hesabatlar geniş yayılmışdı. Bunlar ilk növbədə həbsxanalarda, bazarlarda, yollarda və universitetlərdə baş vermişdi.[1][2] Genişmiqyaslı hücumlar "Los Choneros" lideri Xose Adolfo Masias Vilyamarın Quayaquil həbsxanasından[3] qaçmasına və prezident Daniel Noboanın fövqəladə vəziyyət elan etməsinə verilən cavabların idi.[2]
9 yanvarda Ekvadordakı silahlı qruplar "müharibə təhdidləri" ilə çıxış edərək ölkə prezidentini silahlı daxili qarşıdurma vəziyyəti elan etməyə və bu qruplara qarşı hərbi əməliyyatlara icazə verməyə vadar etmişdir.[4][5]
Həmin gün "Los Choneros" qruplaşmasına üzv olan silahlı şəxslər[6] Quayakil şəhərindəki "TC Televisión" studiyasına zorla daxil olmuş və canlı xəbər yayımı zamanı jurnalistləri girov götürmüşdülər.[7] Günün sonunda Ekvador polisi telestudiyaya basqın etmiş, jurnalistləri azad etmiş və dəstə üzvlərini götürmüşdür.[1]
Eyni zamanda, başqa bir qrup polisləri girov götürərək onları hadisələri Noboanın elan etdiyi fövqəladə vəziyyətə reaksiya kimi xarakterizə edən bir mesaj oxumağa məcbur etmişdir.[8] Bundan əlavə, Quayakil Universitetinin kampusunda adam oğurluğu hadisəsi baş vermiş. Burada tələbələr sinif otaqlarında barrikada qurmuşdular.[6]
Kəşfiyyat analitikləri hücumların 2023-cü ilin dekabrında həbslər dalğasına səbəb olan siyasi xadimlər, təhlükəsizlik rəsmiləri və cinayətkar dəstələr arasında əlaqələri araşdıran "Metastaz" əməliyyatı ilə əlaqəli olduğuna inanırlar.[9]
Dinc sakinlərə bir neçə hücumun edildiyi qeydə alınmışdır. Quayakildə "Albán Borja" ticarət mərkəzində iki mülki şəxs güllələnərək öldürülmüşdür.[10] Həbsxana gözətçilərinin edam edildiyini göstərən videolar internetdə yayılmağa başlamışdır, digərləri isə prezident Noboa ilə dialoq tələb edərək daha çox mühafizəçini öldürməyə davam edəcəkləri ilə hədələmişdilər.[11]
Sahibkarları və müştəriləri silahlı hücumlardan qorumaq üçün Kuito, Quayalil və Los-Valles kimi şəhərlərdə banklar, bazarlar və mağazalar bütün ölkə üzrə bağlanmışdır.[12][13]