Xose Adolfo Masias Vilyamar (isp. José Adolfo Macías Villamar; 30 sentyabr 1979[1];[2] ləqəbi: Fito) — Ekvador narkotik alverçisi və "Los Choneros" kartelinin hazırkı lideridir. O, sələfi Xorxe Luis Sambranonun öldürülməsindən sonra 2020-ci ildə rəhbərliyi öz üzərinə götürmüşdür. Vilyamar 2011-ci ildən həbsdə olmuşdur. O, əvvəllər həbsxanadan qaçmış və 2013-cü ildə fərarilik həyatı yaşamışdır.[3] Vilyamar 2024-cü ilin yanvarında yenidən həbsxanadan qaçaraq Ekvadorda altmış gün ərzində fövqəladə vəziyyət elan edilməsinə və 2024-cü ildə Ekvadorda münaqişənin başlamasına səbəb olmuşdur.[4]
Xose Adolfo Masias Vilyamar | |
---|---|
Doğum tarixi | 30 sentyabr 1979[1] (44 yaş) |
Fəaliyyəti | cinayətkar, narkotik taciri[d], terrorist |