Elçilik — qızbəyənmədən sonrakı xalq adətidir. Elçilik əsaən qızın və ya ailəsinin haqqında məlumat yığıldıqdan sonra olur. Azərbaycan adətlərinə görə elçilik prosesi çox zəngindir. Evlilik 2 mərhələdən ibarət olmuşdur. 1-ci mərhələ. Belə ki, qızı almağa qərar verildikdən sonra ana ata və ya yaxın adamlardan kimsə qız evinə gedər qız evinin ağzını yoxlayardılar. Buna “söz alma”, “hə alma deyilir”. Əgər qız evinin razılığı olarsa elçilik tarixi dəqiqləşdirilir. Yox əgər qız evi razı deyilsə bu oğlan evi üçün pis olduğundan bu hadisəni gizli saxlanılması istənilir. 2-ci mərhələdə isə qız evindən hə alındıqdan sonrakı mərhələdir. Belə ki, oğlan tərəfdən ağsaqqallar, valideynlər və yaxın qohumların iştirak etdiyi böyük elçilik olur. Belə ki,onlar razılaşdıqları zamanda qız evində olurlar. Sədərək bölgəsində qızı vermək istəməyəndə bir uşaq gələnlərin ayaqqabılraını cütləyib yola tərəf çevirir. Bunun mənası “gəldiyiniz kimi gedin” deməkdir. Şahbuz, Babək, Culfa rayonlarının bəzi kəndlərində isə vəziyyətdən asılı olmayaraq çay verilir. Bu zaman elçi gələnlər ” biz şirin çaya gəlmişik” deyerlər. Qız verildikdə isə şirin çay içilər. Hə cavabı alındıqdan sonra oğlanın anası qıza qırmızı yaylıq və üzük verər. Bu xalq dilində “bəlgə ” adlanır.[1]