İsgəndərov Elçin Abbas oğlu — "Azərbaycan Respublikasının Əməkdar həkimi" (2000), Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi.
Elçin İsgəndərov | |
---|---|
Elçin Abbas oğlu İsgəndərov | |
Doğum tarixi | |
Doğum yeri | Bozlu, Laçın rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Abbas |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi (1989-2012) |
Mükafatları | "Azərbaycan Respublikasının Əməkdar həkimi" (2000) |
Elçin İsgəndərov 1942-ci ildə Laçın rayonunu Bozlu kəndində doğulub. 1949-cu ildə Bozlu kənd ibtidai məktəbinə daxil olub. 1959-cu ildə Qarqışlaq kənd orta məktəbini bitirib. 1960-cı ildə Bozlu kənd qiraətxanasında müdir işləyib. 1961-ci ildə Bakı şəhərində Təmir Tikinti idarəsində fəhlə işləyib. 1962-1965-ci ilin avqust ayına kimi həqiqi hərbi xidmətdə olub. 1965-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunub. 1971-ci ildə həmin institutun müalicə profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirərək, Laçın rayonunun Qarıqışlaq xəstəxanasına təyinatla baş həkim göndərilib. 1971-ci ildən 1989-cu ilə qədər kənd xəstəxanasının baş həkimi vəzifəsində işləyib. Baş həkim işlədiyi müddətdə kənd xəstəxanasının tutumu 25 çarpayıdan 50 çarpayıya çatdırılmışdır. 1989-cu ilin iyun ayından 2011-ci ilin oktyabr ayına kimi Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləmişdir. Laçın rayonunun işğalına qədər əhaliyə göstərilən tibbi xidməti yaxşılaşdırmaq üçün 180 çarpayılıq xəstaxana-poliklinika kompleksinin tikintisi başlamış, 60 nəfərlik 2 saylı Baza Tibb Məktəbinin Laçın filialının açılması təmin edilmiş, 1 stomotoloji şöbə, 1 uşaq infeksion xəstəxanası, iki 25 çarpayılıq kənd xəstəxanası, 12 həkim ambulatoriyası tikilib istifadəyə verilmişdir.
Şuşa və Laçın rayonları işğal edilən zaman Şuşa istiqamətindən Laçın rayon xəstəxanalarına kütləvi şəkildə daxil olan 300-dən artıq ağır yaralı döyüşçüləri və mülkü əhalini atəş altında təcili və təxirəsalınmaz tibbi yardım göstərərək evakuasiya olunmasını təşkil etmişdir. Onları Qubadlının Muradxanlı kəndindən helikopterlər vasitəsilə evakuasiya edilib respublikanın ixtisaslı xəstəxanalarına göndərilməsi üçün tibbi xidmətin təşkilinə şəxsən rəhbərlik etmişdir.
Laçın rayonunun işğalından sonra üç istiqamətdə (Güləbird kəndi, Kəlbəcər-Murov, Ağcabədi qış yataxları ərazisində) məcburi köçkün əhaliyə, döyüşçülərə Laçın DİŞ-nin əməkdaşlarına göstərilən tibbi xidmətin təşkil etmişdir.
2000-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə ona Şuşa və Laçın ətrafında gedən döyüşlərdə yaralanan polis və hərbi qulluqçuların vertolyotlar vasitəsilə respublikanın ixtisaslı tibb müəssisələrinə göndərilməsində baş həkim kimi göstərdiyi xüsusi xidmətlərinə görə AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR HƏKİMİ fəxri adı verilmişdir. Qızıl Aypara Cəmiyyətinin yubley medalı, SSRİ səhiyyə əlaçısı döş nişanı,Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 85 illik yubleyi ilə əlaqədar Səhiyyə Nazirliyinin Fəxri Fərmanı və medalı, ilə təltif edilmişdir.
Ailəlidir, beş övladı vardır. Övladlarının dördu həkim,1 İqtisadçı hüquqşünasdır
12 iyun 2016-cı ildə Bakı şəhərində vəfat edib