Elçin İsgəndərzadə

Elçin İsgəndərzadə (16 sentyabr 1964, Şuşa, DQMV) — Azərbaycan Milli Aerokosmik Agentliyi, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika və filologiya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin professoru, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi

Elçin İsgəndərzadə
Doğum tarixi (60 yaş)
Doğum yeri Şuşa, Azərbaycan
Vətəndaşlığı
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti yazıçı
Mükafatları XTNS qızıl medalı
Fəxri Mədəniyyət İşçisi
Azərbaycan Respublikasının əməkdar müəllimi

TƏHSİLİ:

1971–1979 – Ağdam rayon Əhmədavar kənd 8 illik məktəb.

1979–1981 – Ağdam şəhər 6 saylı orta məktəb (məktəbi Qızıl medal ilə bitirib).

1981–1986 – Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsi (İnstitutu fərqlənmə diplomu ilə bitirib. Adlı təqaüdçü olub).

1989–1992 – "Maşın və mexanizmlər nəzəriyyəsi" ixtisası üzrə Azərbaycan Texniki Universitetinin aspiranturası.

1993 – Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "Maşın və mexanizmlər nəzəriyyəsi" ixtisası üzrə texnika elmləri namizədi alimlik dərəcəsi alıb. (Uyğun ixtisas üzrə keçmiş İttifaqın və Azərbaycanın ən gənc alimi olub)

1996 – Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülüb.

2009 – Rusiya Federasiyası AAK tərəfindən filologiya elmləri doktoru elmi dərəcəsinə və professor elmi adına layiq görülüb.

2013 – Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

2017 – Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adına layiq görülüb.

İŞTİRAK ETDİYİ KONFRANS VƏ SİMPOZİUMLAR

1981–1986 – Azərbaycan Ali Məktəb tələbələrinin Ümumrespublika Elmi Konfransı. (Beş dəfə Birinci Dərəcəli Diploma layiq görülüb)

1982 – Omsk şəhərində (Rusiya Federasiyası) keçirilən Ali riyaziyyat fənni üzrə Ümumittifaq Olimpiadası. (Fəxri fərmanla təltif olunub)

1983 – M. Bauman adına Moskva Ali Texniki Məktəbdə keçirilən Ümumittifaq Tələbə Elmi Konfransı. (Fəxri diplomla təltif olunub)

1984 – Sank-Peterburq Texniki Universitetində "Maşınqayırmanın Texnologiyası" fənni üzrə keçirilən Ümumittifaq Tələbə Elmi Konfransı. (Fəxri diplomla təltif olunub)

1985 – A. Sneçkaus adına Vilnüs Politexnik İnstitutunda keçirilən Ümumittifaq Tələbə Elmi Konfransı. (Fəxri diplomla təltif olub və elmi əsəri kitabda çap olunub)

– Tallin Politexnik İnstitutunda (Estoniya) keçirilən Ümumittifaq Tələbə Elmi Konfransı. (Fəxri diplomla təltif olub və elmi əsəri kitabda çap olunub)

— Kaunas Politexnik İnstitutunda keçirilən Ümumittifaq Elmi-texniki konfransı. (Fəxri diplomla təltif olunub)

1986 – Minsk Politexnik İnstitutunda (Belarusiya) keçirilən Ümumittifaq Tələbə Elmi Konfransı. (Fəxri diplomla təltif olunub)

1991 – Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən "Dəyişən quruluşlu mexanizmlər texnikada" Beynəlxalq elmi konfransı.

1992 – Bakı Dövlət Universitetinin keçirdiyi Respublika Elmi Müsabiqəsi. (I dərəcəli diploma layiq görülüb)

1992–1996 – H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun bütün elmi konfransları.

1992–1997 – Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının bütün elmi konfransları.

1997 – Azərbaycan Yazıçılarının X qurultayı.

2003 – I. Uluslararası "Nizamidən Yunus Əmrəyə, Atatürkdən Heydər Əliyevə uzanan sevgi yolu" simpoziumu. (Bakı), (Təşkilat komitəsinin həmsədri olub)

2005 – I. Uluslararası Nəsimi Simpoziumu. (Türkiyə)

2006 – KIBATEK Uluslararası Səyahət Ədəbiyyatı simpoziumu. (Nevşehir, Türkiyə)

– III. Uluslararası "Nizamidən Yunus Əmrəyə, Atatürkdən Heydər Əliyevə uzanan sevgi yolu" simpoziumu. (Türkiyə), (Təşkilat komitəsinin həmsədri olub)

– KIBATEK XII. Uluslararası Ədəbiyyat Qurultayı. (Türkiyə)

– Yunus Əmrə Uluslararası Kültür və Sənət Həftəsi. (Əskişəhər, Türkiyə)

– VII. Millətlərarası Türk Xalq Kültürü Kongresi. (Gaziantep, Türkiyə)

2007 – IV. Uluslararası "Nizamidən Yunus Əmrəyə, Atatürkdən Heydər Əliyevə uzanan sevgi yolu" simpoziumu. (Antalya-Türkiyə), (Təşkilat komitəsinin həmsədri olub)

– "Gelibolunun Türk Kültüründə və Turizmində yeri" Beynəlxalq Simpoziumu. (Çanakkala, Gelibolu-Türkiyə)

– Ərəb Ölkələri Yazarlar Birliyi Baş Assambleyasının Beynəlxalq toplantısı. (Qahirə, El-Ariş-Misir Ərəb Respublikası)

— "Krımtatarların Türk kültüründə yeri" Beynəlxalq Simpoziumu. (Ağməscid, Gözlev, Yalta, Baxçasaray)

2008 – I. Türkiyə-KKTC-Azərbaycan Tarih-Kültür ve Ekonomi Uluslararası Sempozyumu. (Ankara)

– V. Uluslararası "Nizamidən Yunus Əmrəyə, Atatürkdən Heydər Əliyevə uzanan sevgi yolu" simpoziumu. (Bakı, Azərbaycan), (Təşkilat komitəsinin həmsədri olub)

2009 – III. Uluslararası BATTAM Kongresində (Münhen-Almaniya), (Şərəf qonağı olub)

– Yazarlar Təşkilatlarının Beynəlxalq Birliyinin IX. Qurultayı. (Moskva, Rusiya), (İcraiyyə Komitəsinin üzvü seçilib)

– VI. Uluslararası "Nizamidən Yunus Əmrəyə, Atatürkdən Heydər Əliyevə uzanan sevgi yolu" simpoziumu. (Naxçıvan, Azərbaycan), (Təşkilat komitəsinin həmsədri olub)

2010 – Milan, Roma (İtaliya), Paris (Fransa), Barselona (İspaniya), Moskva (Rusiya), Tbilisi (Gürcüstan) və Ankara, İstanbul, İzmir, Gaziantep (Türkiyə) şəhərlərində elmi və yaradıcılıq görüşlərində olub.

– VII. Uluslararası "Nizamidən Yunus Əmrəyə, Atatürkdən Heydər Əliyevə uzanan sevgi yolu" simpoziumu. (Bursa, Türkiyə), (Təşkilat komitəsinin həmsədri olub)

2011 – Moskva (Rusiya), İzmir (Türkiyə), Düsseldorf, Köln (Almaniya), Brüssel (Belçika) və Amsterdam (Hollandiya) şəhərlərində elmi və yaradıcılıq görüşlərində olub.

– VIII. Uluslararası "Nizamidən Yunus Əmrəyə, Atatürkdən Heydər Əliyevə uzanan sevgi yolu" simpoziumu. (Təşkilat komitəsinin həmsədri olub)

2012 – IX. Uluslararası "Nizamidən Yunus Əmrəyə, Atatürkdən Heydər Əliyevə uzanan sevgi yolu" simpoziumu. (Karabük, Türkiyə), (Təşkilat komitəsinin həmsədri olub)

– Avropa Akademiyasının Beynəlxalq Konqresi. (Berlin, Almaniya)

— Beynəlxalq Somuncu Baba və Hulusi Efendi Simpozyumu. (İstanbul)

2013 – Avropa Akademiyasının Beynəlxalq Konqresi. (Brüssel, Belçika)

2014 – Azərbaycan yazıçılarının XII qurultayı.

2015 — Yaponiyanın JICO Beynəlxalq Təşkilatının (Tokiyo) Beynəlxalq Konfransı.

— N. E. Bauman adına Moskva Dövlət Texniki Universitetində metrologiya üzrə Beynəlxalq konfrans.

— Rostok Universiteti ilə Azərbaycan Texniki Universitetinin birgə keçirdikləri "Thermophysical and mechanical properties of advanced materials" Beynəlxalq simpoziumu. (Bölmə sədri olub)

— "Uluslararası Kerbela ve Hz. Hüseyin Sempozyumu". (Ankara), (Bölmə sədri olub)

— Metrologiya üzrə Dövlətlərarası Şuranın 41-ci Beynəlxalq iclası. (Tacikstan, Düşənbə).

— Beynəlxalq Elmi və praktiki konfrans. (Çex Respublikası, Praqa)

2016 — "Maşınqayırmada intellektual texnologiyalar" mövzusunda Beynəlxalq elmi-texniki konfrans.

- İsrail Dövlətinin Qüds və Yerusəlim şəhərlərində işgüzar səfərdə olub.

— N. Bauman adına Moskva Dövlət Texniki Universitetində elmi ezamiyyətdə olub.

2017 — ABŞ-nin Massaçusets Texnologiya İnstitutu, Boston, Kembric və Harvard Universitetlərində elmi ezamiyyətdə olub.

— "Metal emalı — 2017" Beynəlxalq sərgisi. (Moskva şəhəri, "Ekspocentre" mərkəzi)

— Rusiya Federasiyası Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutunda elmi seminar.

2018 – Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə keçirdikləri "İdeya var" Gənclərin II Ümumrespublika Elmi-Yaradıcılıq Müsabiqəsi. (Diplomla təltif edilib)

— Rusiya Federasiyasının Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Texniki Universiteti tərəfindən ilk dəfə keçirilən "Ölçmə və keyfiyyət: problemlər, perspektivlər" mövzusunda Beynəlxalq Elmi-texniki konfransın təşəbbüsçüsü, təşkilatçısı və bölmə sədri olub.

— K. İ. Satbayev adına Qazaxıstan Dövlət Texniki Universitetində elmi ezamiyyətdə olub.

— TÜRKSOY, Qazaxıstan Mədəniyyət Nazirliyi və Qazaxıstan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Alma-Ata şəhərində keçirilən Çingiz Aytmatovun 90 illik yubiley tədbirində iştirak və məruzə edib.

— "Hexagon Metrology" şirkətində ali tədris treninqi. (Ankara, Türkiyə)

— "Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabətqabiliyyətinin yüksəldilməsi problemləri" mövzusunda Beynəlxalq elmi-praktiki konfrans. (Bakı)

— ABŞ-nin Las-Vegas şəhərində işgüzar səfərdə olub.

2019 — Moskva şəhərində Rusiya Federasiyası Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutunda, "Mitutoyo" və "Hexagon" şirkətlərinin rəsmi təmsilçiliklərində elmi ezamiyyətdə olub.

— 20 may Dünya Metrologiya Gününə həsr olunmuş Respublika elmi-nəzəri seminarın təşkilatçısı və məruzəçisi olub.

— Çex Respublikası, İtaliya və Avstriyada elmi əməkdaşlıqla bağlı işgüzar səfərlərdə olub.

— Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş "Gənclər və elmi innovasiyalar" mövzusunda respublika elmi-texniki konfransı. (Bölmə sədri olub)

— Almaniyanın Rostock Universiteti ilə elmi əməkdaşlıq çərçivəsində Rostok və Hamburq şəhərlərində elmi ezamiyyətdə olub.

— III Azərbaycan Onkologiya və Nüvə Təbabəti Simpoziumu. (Bakı)

— İstanbul Texniki Universitetinin "Neft və qaz mühəndisliyi" kafedrasının müdiri prof. Gürşat Altunun dəvəti ilə həmin kafedrada elmi ezamiyyətdə olub.

2020 – Portuqaliya, Türkiyə və Rusiyada işgüzar elmi səfərlərdə iştirak edib.

— N. Bauman adına Moskva Dövlət Texniki Universitetinin keçirdiyi Beynəlxalq Simpozium.

— Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının XI. Beynəlxalq elmi simpoziumu. (Ankara), (Təşkilat komitəsinin həmsədri olub)

TƏLTİFLƏRİ:

1984 – "Ən yaxşı tələbə elmi işi üçün" medalı.

1986 – ilk elmi ixtirası Bakı Məişət Kondisionerləri zavodunda istehsalata tətbiq olunaraq, ildə 1,2 milyon rubl iqtisadi səmərə verməklə Moskva şəhərində Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Qızıl medalına layiq görülüb.

1995 – Beynəlxalq "Nizami Aydın" mükafatı.

1998 – "Akademik Yusif Məmmədəliyev" mükafatı və medalı.

2000 – "Qızıl Qələm" mükafatına.

2002 – "Hacı Zeynalabdin Tağıyev" mükafatı.

2004 – Azərbaycan Yazıçılar Birliyinin "YADDAŞ" Milli Mükafatı.

– Dünya Gənc Türk Yazarlar Birliyinin "Türk Dünyasına Xidmət" ödülü.

– TÜSİAB (Türkiyə Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti) ödülü.

– Beynəlxalq Rəsul Rza mükafatı.

– Hüseyn Qazi Vakfı (Türkiyə) tərəfindən "Türk elminə və mədəniyyətinə xidmət" mükafatı.

– "KIBATEK xidmət ödülü".

– Ankarada çap olunmuş "Yüreğimin sevda türküleri" və Bakıda çap olunmuş "Çərçivəsiz rəsmlər" kitablarına görə Azərbaycanda İlin ŞAİRİ seçilib.

– "Türk Dünyası Ədəbiyyatına xidmət" diplomu.

– Təsisçisi və baş redaktoru olduğu "Bayatı" dərgisi Azərbaycanda İlin DƏRGİSİ seçilib.

2005 – Avrasiya Dostluq, Mədəniyyət, Sənət və Turizm Qurumunun (Türkiyə) "Türk dünyası elminə üstün xidmət" mükafatı.

– "QARACAOĞLAN" Özəl Ödülü (Türkiyə).

– Qırğızıstanın paytaxtı Bişkek şəhərində çap edilmiş "Kraski vremen" kitabı Qırğızıstan Milli Yazarlar Birliyinin laureatı diplomuna layiq görülüb.

– "Türk dünyasına xidmət" Qızıl medalı (Türkiyə).

– Beynəlxalq Kadr Akademiyasının (Ukrayna) "Elm və təhsilin inkişafındakı xidmətlərə görə" Qızıl Ordeni.

– İran İslam Respublikası Təbriz Dil və Mədəniyyət Akademiyasının Fəxri Diplomu.

– Qırğızıstanda fəaliyyət göstərən "AZƏRİ" Cəmiyyətinin Fəxri Fərmanı.

– Ankara Sincan Sağlık Qrupunun Fəxri diplomu.

– Türkiyə Şəhid Ailələri və Qazilər dərnəyinin özəl ödülü.

– Novosibrsk şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumu tərəfindən Fəxri Fərman.

2006 – Bolqarıstan Türk Kültür Mərkəzinin "Türk Dünyasına xidmət" mükafatı.

– Ömər Lütfi Dərnəyinin (Kırcaali, Bolqarıstan) "Türk Dünyasına xidmət" mükafatı.

– "Türkçem" dərgisinin (Prizren, Kosova) "İlin mükafatı".

– İsparta Göllər Bölgəsi Yazarlar və Şairlər Dərnəyinin (Türkiyə) Şərəf Ödülü.

2007 – Burdur Qəzetəçilər Cəmiyyətinin (Türkiyə) xüsusi mükafatı.

– "BAY" Kültür və Sənət dərgisinin (Kosova) Təşəkkür diplomu.

— Süleyman Brina (Kosova) Balkan ədəbiyyatına xidmət Beynəlxalq mükafatı.

– Uluslararası KIBATEK Ədəbiyyat Mükafatı (İzmir-Türkiyə).

– Avropa Əməkdaşlıq və İnteqrasiya Beynəlxalq Assosiasiyası tərəfindən "Avropa Şahini" Beynəlxalq Mükafatı (Malta).

– Ərəb Ölkələri Yazarlar Birliyinin Fəxri Diplomu (Dəməşq, Suriya).

— Aalen-Antakya Kültür və Sənət Dərnəyi tərəfindən "Hatay ədəbiyyatına xidmət" mükafatı (Antakya-Türkiyə).

– "Türk dili və ədəbiyyatına xidmət" mükafatı (İzmir-Türkiyə)

— Azərbaycan Ali Hərbi Məktəbi tərəfindən Hərbi Vətənpərvərlik ruhunun yüksəldilməsində xidmətlərinə görə Fəxri Fərman.

2008 – Bursa Böyükşehir Bələdiyəsi tərəfindən "Türk Kültürünə və Sənətinə xidmət" mükafatı (Bursa-Türkiyə).

– A. P. Çexov mükafatı və medalı (Moskva, Rusiya).

– A. S. Puşkin Qızıl medalı (Moskva, Rusiya).

– Avropa Akademiyası tərəfindən Avropa Şərəf Ordeni (Hanover-Almaniya).

– Avropa Akademiyası tərəfindən elmi fəaliyyətlərinə görə Avropa Taclı Xidmət Ordeni (Hanover-Almaniya).

2009 – Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Dünya Mədəniyyətinə xidmət" mükafatı (Ankara-Türkiyə).

– Leonardo Da Vinçi medalı (Roma, İtaliya).

– İ. V. Göte medalı (Münhen, Almaniya).

– F. M. Dostoyevski Ordeni (Moskva, Rusiya).

– Kapadokya Kültür Dərnəyinin Xüsusi Diplomu (Köln, Almaniya).

– "Batı-Trakya Türklərinə xidmət" Beynəlxalq mükafatı (Münhen-Almaniya).

– "Türk Ədəbiyyatına xidmət" Qızıl medalı (Gaziantep-Türkiyə).

– "Türk Ədəbiyyatı Şeref Beratı" (Gaziantep-Türkiyə).

– Sergey Yesenin Qızıl medalı (Moskva, Rusiya).

– Yazarlar Təşkilatlarının Beynəlxalq Birliyinin Yubiley medalı (Moskva, Rusiya).

– Rusiya Yazarlar Birliyi Moskva Şəhər Təşkilatının 55 illik Yubiley medalı (Moskva, Rusiya).

– Afina şəhərin xatirə medalı. (Afina-Yunanıstan)

– İLESAM "Türk Dünyası ədəbiyyatına və elminə xidmət" Beynəlxalq mükafatı (Ankara-Türkiyə).

– Çingiz Aytmatov adına Beynəlxalq Ədəbiyyat mükafatı (Ankara-Türkiyə).

— I Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında fəal iştiraka görə Mədəniyyət Nazirliyinin Diplomu.

2010 – Dünya Böyük Şeir Mükafatı (The World Grand Prize for Poetry), (Kurtea de Argeş, Buxarest-Rumıniya).

– Rusiya Dövləti tərəfindən İvan Dolqorukiy Medalı və Beynəlxalq Ədəbiyyat Mükafatı.

– "Roma şəhərinin Fəxri alimi" adına layiq görülüb və şəhərin xatirə medalı.

– Beynəlxalq Mükafat Birliyinin "Mədəniyyətə xidmət" medalı (Cenevrə-İsveçrə).

– Avropa Akademiyası tərəfindən "Böyük Gümüş Ulduz" Lider Ordeni (Hanover, Almaniya).

– "Şərəf və vicdan" ordeni (Moskva).

– Kapadokya Kültür Dərnəyinin "Türk Kültürüne Hizmet" Uluslararası ödülü. (Duisburq-Almaniya).

2011 – Avropanın Fəxri İxtiraçısı Fəxri adı və Qızıl Nişanı (Hanover, Almaniya).

— YUNESKO-nun təsis etdiyi "Kəhrəba" Poeziya medalı (Varşava, Polşa).

– Fridrix Şiller medalı (Almaniya).

– Ahmet Tufan Şentürk adına "Türk şeirinə xidmət" beynəlxalq mükafatı (Türkiyə).

— Polşa Respublikasının Səfirliyi tərəfindən "Çeslav Miloş ili" münasibətilə keçirilən müsabiqənin Fəxri Diplomu.

— II Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında fəal iştiraka görə Mədəniyyət Nazirliyinin Diplomu.

2012 – Avropa Akademiyası tərəfindən "Böyük Qızıl Lider Ulduzu" Ordeni (Hanover, Almaniya).

– Avropanın "Fəxri Mədəniyyət Adamı" mükafatı (Almaniya).

– Eyler medalı (Almaniya).

2013 – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" Dövlət Ədəbiyyat mükafatı.

– Avropanın Fəxri Alimi diplomu və Q. V. Leybnis medalı (Almaniya).

— III Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında fəal iştiraka görə Mədəniyyət Nazirliyinin Diplomu.

2014 – Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2007-ci il tarixli 612 saylı Fərmanına əsasən Prezident təqaüdü.

– Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və anadan olmasının 50 illiyi münasibətilə Fəxri Fərman.

— Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" Fəxri adı və medalı.

— Dünya Söz Akademiyası tərəfindən 50 illik yubileyi münasibətilə "Şərəfli Ömür" Diplomu.

— AMEA-nın Fəlsəfə və hüquq İnstitutunun Fəxri Fərmanı.

— "Kümbet altında" (Türkiyə) dərgisi tərəfindən 50 illik yubileyi münasibətilə Şərəf diplomu.

— Azərbaycan Yazıçılar Birliyinin Fəxri Fərman.

— Dünya Gənc Türk Yazarlar Birliyinin Fəxri Diplomu.

2015 – Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi" fəxri adı və medalı.

— Kosovanın "Türkçem" dərgisinin Fəxri Fərmanı.

— Azərbaycan VI THE FIRST Beynəlxalq mükafatının "İlin Alimi" nominasiyası.

— Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) Fəxri Diplomu.

— IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında fəal iştiraka görə Mədəniyyət Nazirliyinin Diplomu.

2016 – Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2016-cı il tarixli 2364 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adı və medalı.

— Avropa Təbiət Elmləri Akademiyası və Avropa Universiteti (Hanover, Almaniya) tərəfindən elmdə və təhsildə qazandığı uğurlara görə "Avropa Ali Xidmət Ordeni".

— "International Journal of Engineering Research & Science" (Web of Science / Thomson Reuters / Impact Factor) adlı beynəlxalq jurnalın Fəxri Diplomu.

— Ümumtürk mədəniyyəti qarşısında göstərdiyi böyük xidmətlərə görə "Mahmud Kaşqari-1000" medalı.

— Rusiya Yazıçılar Birliyi tərəfindən "İvan Bunin" medalı.

— Dünya metrologiyası Lideri "Hexagon Metrology" şirkətinin sertifikatı (Ankara).

2017 – Türk Dünyası Ədəbiyyatının inkişafındakı xidmətlərinə görə TÜRKSOYun "Yusuf Balasaqun" medalı.

— Vatikanın Bonifasiana Akademiyasının "Şərəf Akademiki" Fəxri ünvanı.

— Türk Dünyasının Mədəniyyət Paytaxtı Türkistanda (Qazaxıstan) Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə keçirilmiş "Türk Dünyası Şairler Buluşması" Beynəlxalq festivalının Fəxri Diplomu.

— Rusiya Yazıçılar Birliyi tərəfindən A. S. Puşkin medalı.

— Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə keçirilmiş şeir müsabiqəsinin Xüsusi diplomu.

— V Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında fəal iştirakına görə Mədəniyyət Nazirliyinin Diplomu.

2018 – Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin Fəxri Diplomu.

— Qazaxıstan Mədəniyyət Naziri A. Müxameduğlı tərəfindən Qazax-Azərbaycan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərə görə Fəxri Fərmanı.

— Avrasiya Yazarlar Liqası və Rusiya Yazıçılar Birliyi tərəfindən Beynəlxalq "Ədəbiyyat Olimpi" mükafatı və medalı.

2019 — İstanbul şəhərində keçirilən Uluslararası 15. İpekyolu Yılın Altın Adamları Ödül Törenində "Türk Dünyası Hizmet Ödülü".

— Saratov şəhərində keçirilən Beynəlxalq Elmi Olimpiadada 1-ci dərəcəli diplom.

— AMEA-nın Tarix İnstitutunun Fəxri Fərmanı.

— VI Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında fəal iştiraka görə Mədəniyyət Nazirliyinin Diplomu.

— Azərbaycan Yazıçılar Birliyinin Fəxri Fərmanı.

— Beynəlxalq Elmlər Akademiyasının Fəxri Fərmanı.

2020 – UNCOPA "Elm və Sülh Səfiri" Fəxri adı. (Cenevrə, İsveçrə)

— Nazim Hikmət adına Beynəlxalq Ədəbiyyat Mükafatı. (Ankara, Türkiyə)

— Avropa Akademiyası tərəfindən texniki elmlər üzrə "İlin Alimi" Beynəlxalq Diplomu. (Almaniya)

ÜZVÜ OLDUĞU TƏŞKİLATLAR:

1997 – Azərbaycan Yazıçılar Birliyi.

1998 – Azərbaycan Jurnalistlər Birliyi.

2003 – "Qafqaz xalqları" Beynəlxalq Elmlər Akademiyası (Tbilisi) — Həqiqi (akademik) üzv.

– Türkiyə İLESAM (Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi).

2005 – Beynəlxalq Kadr Akademiyası – Kiyev — Həqiqi (akademik) üzv.

– Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası. (Ankara) — Həqiqi (akademik) üzv.

– Qırğızıstan Milli Yazarlar Birliyi.

– İran İslam Respublikası Təbriz Dil və Mədəniyyət Akademiyası. — Həqiqi (akademik) üzv.

2006 – Avropa Mədəniyyət Akademiyası (Sofiya, Bolqarıstan) — Həqiqi (akademik) üzv.

– Bolqarıstan Yazarlar Birliyi.

– Rumıniya Yazarlar Birliyi.

– Kosova Türk Yazarlar Birliyi.

2007 – Ukrayna Beynəlxalq Kitab Akademiyası (Kiyev) — Həqiqi (akademik) üzv.

– Türkiyə Yazarlar Sendikası.

— Qazaxıstan Yazarlar Birliyi.

— Rusiya Təbiət Elmləri Akademiyası. (Moskva) — Həqiqi (akademik) üzv.

2008 – Avropa Təbiət Elmləri Akademiyası. (Almaniya) — Həqiqi (akademik) üzv.

— Ukrayna Yazarlar Birliyi.

2009 — İtaliya Beynəlxalq Elmlər Akademiyası (Roma) — Həqiqi (akademik) üzv.

– Rusiya Yazarlar Birliyi.

2010 – İtaliya Sosial və İqtisadi Elmlər Akademiyası (Roma, İtaliya) — Həqiqi (akademik) üzv.

— Makedoniya Yazarlar Birliyi.

2012 — Vatikanın Bonifasiana Akademiyası — Həqiqi (akademik) üzv.

— Yunanıstan Yazarlar Birliyi.

— Gürcüstan Yazarlar Birliyi.

2014 — Dünya Söz Akademiyası (Ankara) — Həqiqi (akademik) üzv.

2017 — İlk Azərbaycanlı alim olaraq Rusiya Metrologiya Akademiyası (Sankt-Peterburq) Həqiqi Üzv — Fəxri Akademik.

2019 — Beynəlxalq Elmlər Akademiyası (Avstriya) — Həqiqi (akademik) üzv.

İŞTİRAK ETDİYİ FESTİVALLAR VƏ ŞÖLƏNLƏR:

2003 – II "Yaşıl irmaq" Şeir Şöləni (Tokat, Türkiyə).

– X "Xəzər" Beynəlxalq Şeir Şöləni (təşkilat komitəsinin üzvü).

– II Uluslararası Füzuli Şeir Yarışması çərçivəsində Türk Dünyası Şairlər Şöləni (Ankara, Türkiyə).

– XI "Xəzər" Beynəlxalq Şeir Şöləni (Elazığ, Türkiyə).

– IX KIBATEK Ədəbiyyat Şöləni. (Buxarest, Rumıniya)

– III. Geleneksel Uluslararası Karacaoğlan Şelale Şiir Akşamları. (Tarsus, Türkiyə)

– X KIBATEK Ədəbiyyat Şöləni (Kiyev, Ukrayna).

– XI KIBATEK Ədəbiyyat Şöləni (Lefkoşa, Quzey Kıbrıs).

– IV. Geleneksel Uluslararası Karacaoğlan Şelale Şiir Akşamları (Tarsus, Türkiyə).

2006 – KIBATEK XII. Uluslararası Ədəbiyyat Qurultayı (Baş koordinator).

– Yunus Əmrə Uluslararası Kültür və Sənət Həftəsi (Əskişəhər, Türkiyə).

– V. Geleneksel Uluslararası Karacaoğlan Şelale Şiir Akşamları (Tarsus, Türkiyə).

– KIBATEK XIII. Uluslararası Ədəbiyyat Şöləni (Türkiyə, Suriya).

2007 — I. Uluslararası İskele Şeir Şöləni (KKTC).

— I. Uluslararası Çukurova Ədəbiyyat Festivalı (Antakya, Adana-Türkiyə).

– KIBATEK XXIV. Beynəlxalq Şeir Festivalı (İzmir, Türkiyə), (Şərəf qonağı olub).

– I. Uluslararası Datça Şeir Şöləni (Muğla-Türkiyə).

– VI. Geleneksel Uluslararası Karacaoğlan Şelale Şiir Akşamları (Tarsus, Türkiyə).

2008 – 47. Beynəlxalq Struqa Poeziya Festivalı (Struqa, Ohrid, Skopye-Makedoniya).

– III. Uluslararası Bursa Aşıklar ve Şairler Şöleni. (Münsiflər Heyətinin üzvü olub), (Bursa, Türkiyə).

– II. Uluslararası Datça Şeir Şöləni (Muğla-Türkiyə)

– I. Uluslararası Marmaris Şeir Şöləni (Marmaris-Türkiyə).

– II. Uluslararası Çukurova Ədəbiyyat Festivalı (Antakya, Adana-Türkiyə).

– KIBATEK XXV. Beynəlxalq Şeir Festivalı (İzmir, Türkiyə)

– VII. Geleneksel Uluslararası Karacaoğlan Şelale Şiir Akşamları (Tarsus, Türkiyə).

2009 – 48. Beynəlxalq Struqa Poeziya Festivalı (Struqa, Ohrid, Skopye-Makedoniya).

– III. Uluslararası Çukurova Ədəbiyyat Festivalı (Antakya, Adana-Türkiyə).

– IV. Uluslararası Bursa Aşıklar ve Şairler Şöleni. (Münsiflər Heyətinin üzvü olub), (Bursa, Türkiyə).

– KIBATEK XXVI. Beynəlxalq Şeir Festivalı (İzmir, Türkiyə).

– Ukrayna Milli Yazarlar Birliyinin Beynəlxalq Forumu (Kiyev-Ukrayna).

– Beynəlxalq Turan Festivalı (Astana, Qazaxıstan).

– VIII. Geleneksel Uluslararası Karacaoğlan Şelale Şiir Akşamları (Tarsus, Türkiyə).

– XIX. Hazar Şiir Akşamları (Elazığ-Türkiyə).

2010 — Beynəlxalq Şeir Festivalı (Köln-Almaniya).

– 49. Beynəlxalq Struqa Poeziya Festivalı (Struqa, Ohrid, Skopye-Makedoniya).

– IV. Uluslararası Çukurova Ədəbiyyat Festivalı (Antakya, Adana-Türkiyə).

– V. Uluslararası Bursa Aşıklar ve Şairler Şöleni. (Münsiflər Heyətinin üzvü olub), (Bursa, Türkiyə).

– I. Beynəlxalq Şeir Festivalı (Saloniki, Kamotini-Yunanıstan).

– KIBATEK XXVII. Beynəlxalq Şeir Festivalı (İzmir, Türkiyə).

– V. Beynəlxalq Ədəbiyyat Festivalı (Lvov, Ukrayna).

2011 – 50. Beynəlxalq Struqa Poeziya Festivalı (Struqa, Ohrid, Skopye-Makedoniya).

– KIBATEK XXVIII. Beynəlxalq Şeir Festivalı (İzmir, Türkiyə).

2012 – 51. Beynəlxalq Struqa Poeziya Festivalı (Struqa, Ohrid, Skopye-Makedoniya).

2013 – Beynəlxalq Şeir Festivalı (Komotini, Yunanıstan).

– V. Uluslararası Çukurova Ədəbiyyat Festivalı (Antakya, Adana-Türkiyə).

2017 — TÜRKSOY və Qırğızıstan Mədəniyyət Nazirliyi tərəfindən keçirilən İmadəddin Nəsiminin 650-ci ildönümünə həsr olunmuş "Türk Dünyası Şairlər Buluşması" beynəlxalq şeir festivalı. (Oş – Qırğızstan)

2018–14. Vezirköprü Kültür — Sanat — Doğa ve Turizm Uluslararası Festivalı. (Samsun-Türkiyə)

ƏLAVƏ MƏLUMATLAR:

* "VEKTOR" Beynəlxalq Elm Mərkəzini təsis edib. (1994)

* "VEKTOR" Beynəlxalq Elm Mərkəzi tərəfindən Xudu Məmmədov adına Beynəlxalq Elm mükafatı və Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatı təsis edib. (2003)

* Şahmar ƏKBƏRZADƏ adına Beynəlxalq Mədəni Əlaqələr Vəqfini təsis edib. (2003)

* "BAYATI" Beynəlxalq ədəbi-sənət dərgisini təsis edib və baş redaktoru seçilib. (2003)

* "VEKTOR" Beynəlxalq elm dərgisini təsis edib və baş redaktoru seçilib. (2003)

* "VEKTOR" Nəşrlər Evini təsis edib. (2003)

* Avrasiya Dostluq, Mədəniyyət, Sənət və Turizm Qurumunun (Türkiyə) Asiya ölkələri üzrə Mədəniyyət Səfiri təyin edilib. (2003)

* Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü seçilib. (2003)

* Avrasiya Dostluq, Mədəniyyət, Sənət və Turizm Qurumunun (Türkiyə) Asiya ölkələri üzrə Fəxri Başkanı seçilib. (2005)

* Beynəlxalq Mükafat Birliyinin (Cenevrə, İsveçrə) Türkiyə və Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi – Mədəniyyət səfiri təyin edilib. (2009)

* Avropa Təbiət Elmləri Akademiyasının (Hanover-Almaniya) Türk Dünyası Bölməsinin sədri təyin edilib. (2009)

*Afina şəhərinin Fəxri vətəndaşı seçilib (Afina, Yunanıstan). (2009)

*Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Texniki elmlər üzrə Ekspert Şurasının üzvü seçilib. (2009)

* Aalen-Antakya Kültür və Sənət Dərnəyinin (Almaniya-Türkiyə) Fəxri Başkanı seçilib.

*Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən D02.171 Dissertasiya Şurasının üzvü və həmin Şuranın Elmi Seminarının sədr müavini təyin edilib. (2015)

*Azərbaycanda ilk dəfə ən müasir elm sahəsi olan Koordinat metrologiyası üzrə "Hexagon" laboratoriyası qurub. (2016)

* Avropa Təbiət Elmləri Akademiyasının (Hannover, Almaniya) vitse-prezidenti seçilib və Fəxri Professoru adına layiq görülüb. (2020)

* Dünyanın müxtəlif ölkələrində keçirilmiş 100-dək Beynəlxalq, regional və respublika miqyaslı elmi qurultay, konqres, simpozium və konfransların iştirakçısı və təşkilatçısı olub.

* 300-dən çox elmi əsərin, 56 ixtiranın, 32 elmi monoqrafiya və dərs vəsaitinin (onlardan 6-sı xarici ölkələrdə yayınlanmaqla), 97 (onlardan 29-u xarici ölkələrdə yayınlanmaqla) bədii kitabın, 126 çevirmə kitabının müəllifidir.

* 500-dək bədii və elmi kitabların elmi redaktoru olub.

* "Ədəbiyyat" qəzetinin, "Müəllim sözü" qəzetinin "Mars" dərgisinin, "Alov" dərgisinin, "Yeni nəşrlər" dərgisinin, "Yazıçı" dərgisinin, "Doqquz iqlim" dərgisinin (Azərbaycan), "Kümbət" dərgisinin, "İhlamur" dərgisinin (Türkiyə), "Turnalar" dərgisinin (Quzey Kıbrıs), "Kaynak" dərgisinin (Bolqarıstan), "Türkçem" dərgisinin (Kosova), "Jalın" dərgisinin (Kazaxıstan), "Kərkük" dərgisinin (İraq) və digər nəşrlərin Redaksiya şurasının üzvüdür.