Elçin Cəfərov[1][2][3][4][5] (18 oktyabr 1984, Cəlilabad) — Azərbaycan müğənnisi.
Elçin Cəfərov | |
---|---|
Ümumi məlumatlar | |
Ləqəbi | Şipşirin |
Doğum tarixi | 18 oktyabr 1984 (39 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Partnyoru | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2003 - h. h. |
Janr | pop |
Musiqi aləti | vokal |
Təhsili |
Elçin Cəfərov[6][7][8][9][10] 1984-cü ildə oktyabrın 18-i Cəlilabad da dünyaya gəlib. İncəsənət Gimnaziyasını bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Solo oxuma" fakultəsini bitirmişdir. İlk dəfə 10 yaşında peşəkar səhnədə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Oqtay Rəcəbovun "Ağlama anam ağlama" mahnısını ifa edibdir.[mənbə göstərin] 12–13 yaşlarında "7–17" musabiqəsində iştirak edib, 1-ci yeri tutub və Qrand mükafatına layiq görülüb.[mənbə göstərin] 2003-cü ildə ilk albomu çıxıb. Şeron qrupuna qoşulub, bir müddət sonra qrupdan ayrılıb "Solo" karyerasına "Şipşirin" mahnısı ilə başlayıb və böyük uğur əldə edib. İlk dueti İradə İbrahimova ilə oxuduğu "Adımı çağır mənim" mahnısıdır. Bir çox müğənnilər üçün mahnılar bəstələyib.Elçinin ilk bəstələdiyi mahnını Zamiq Hüseynov ifa edib. Əslən Cəlilabad rayonundandır.[mənbə göstərin]
O, 28 aprel 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.[11]
Elçin Cəfərov Aydan adlı xanımla 25 aprel 2016-cı ildə ailə həyatı qurub.[12] Elçinin həyat yoldaşı Aydan xanım isə millət vəkili Sabir Rüstəmxanlının qızıdır[13]. Bu evlilikdən onların 2017-ci ilin 30 iyununda Can adında oğul övladı dünyaya göz açmışdır.[14]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |