Elçin Məmiyev

Elçin Məmiyev (28 yanvar 1966, Masallı rayonu) — Azərbaycan televiziya rejissoru və aktyoru.

Elçin Məmiyev
Digər adı Elçin Cahangirli
Doğum tarixi (58 yaş)
Doğum yeri Qasımlı, Masallı rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycan türkü
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı 3 övladı var
Atası Məmiyev Təvəkkül Sultan oğlu (1943-2002)
Fəaliyyəti rejissor, aktyor, ssenari müəllifi
Fəaliyyət illəri rejissor
aktyor
Mükafatları "Sənət" mükafatı

Azərbaycanın ilk teleserial rejissoru Elçin Təvəkkül oğlu Məmiyev 28 yanvar 1966-cı ildə Masallı rayonu, Qasımlı kəndində Müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra, incəsənət universitetinin aktyorluq fakültəsinə daxil olub. Tələbəlik illərində gənc aktyor kimi Azərbaycan və dünya dramaturqlarının səhnə əsərlərində müxtəlif rollar oynayıb. 1988-ci ildə ali təhsilini başa vurub. Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında çəkdiyi "Leyli və Məcnun" bədii televiziya filmi ilk rejissorluq işidir. 1990-cı illərdə "iynə-sap", "səs", "qorxma atəş aç!" və sair televiziya filmləri ilə tamaşaçıların və sənətşünasların böyük rəğbətini qazanıb. 1992-ci ildə Salam Qədirzadənin eyniadlı hekayəsinin motivləri əsasında çəkdiyi və xalq artisti Arif Quliyevin baş rolda oynadığı "Bığ əhvalatı" televiziya filmidir. 1994-cü ildə "Sənət" mükafatına layiq görülüb. Elçin Məmiyevin "Yanmış körpülər", "Oyunçu", "Susmuş vicdan", "Sevginin Göz Yaşları", "Boyunbağı" teleserialları onun özünün də aktyor kimi oynadığı rejissorluq işlərindəndir. İstedadlı rejissor Elçin Məmiyev baş rolların ifaçısı olmaqla yanaşı, bir çox filimlərin ssenari müəllifləri kimi tanınır. 15.05.2017 tarixindən Lider televiziyasında yayımlanan "Qum Saatı" musiqili, əyləncəli, maarifləndirici verilişinin aparıcı və layihə rəhbəridir.05.01.2018 tarixindən Lider kanalında başlamış "Görüş Yeri" musiqili-əyləncəli verilişin layihə rəhbəridir. Mənəvi Dəyərlərin Təbliği Fondu Lider TV-də efirə gedən “Qum saatı” verilişinin aparıcısı,tanınmış aktyor və kinorejissor Elçin Məmiyevi gənclər arasında vətənpərvərlik dəyərlərinin təbliğində fəaliyyətinə görə mükafatlandırıb.İstedadlı rejissora yaradıcıllığında uğurlar arzulayırıq!

  1. Qatil (film, 1994)
  2. Ayrılıq (film, 1995)
  3. Məhv olmuş gündəliklər (film, 1999)
  4. Yanmış körpülər (serial, 2007)
  5. Şans (film, 2004)
  6. Oyunçu (film, 2008)
  7. Susmuş vicdan (serial, 2010)
  8. Sevginin göz yaşları (teleserial, 2013) # Boyunbağı (serial, 2014) # Qum Saatı (veriliş,2017 Lider TV # Görüş Yeri (veriliş,2018 Lider TV)
  9. "Beşatılan" ilk zəfər filmi